Azerbaijan Budo- Japanese Martial Arts Festival

Azerbaijan Budo- Japanese Martial Arts Festival

Share

5 oktyabr- yalnız 1 gün Bakı İdman Sarayında yapon döyüş növlərini birləşdirən I Azərb

14/10/2022

2nd Azerbaijan Budo Festival!

01/10/2022

All are welcome to 2nd Baku Budo Festival - Japanese Martial Arts Festival 🥋🥋🥋

08.10.2022 - Baku Sports Hall

Əziz izləyicilərimiz,

📣Uzun müddətdir gözlənilən Budo Festivalı üçün sayılı günlər qaldı!

💁Festival 8 oktyabr saat 12:00-da başlayacaq.

💪Festivalda cüdo, aikido,kendo, jiu-jitsu,karate kimi ənənəvi yapon döyüş sənətləri üzrə çoxlu maraqlı nümunəvi çıxışlar, göstərilər nəzərdə tutulmuşdur.

🇯🇵Bununla da tamaşaçıların yapon döyüş sənətlərinə olan maraq və biliklərinin artması, idman vasitəsilə Azərbaycan və Yaponiya arasında ikitərəfli qarşılıqlı əlaqələrin daha da dərinləşməsi gözlənilir.

✅Giriş sərbəst olacaqdır! Hər kəsi tədbirimizdə görməkdən məmnun olarıq!

24/09/2022
21/04/2021
04/02/2021

Əziz Budo sevərlər,

Yaponiya Səfirliyi 2022-ci il "Yaponiya-Azərbaycan Dostluq ili" üçün loqo yarışmasına start verib. Siz də dostluq ilinə rəng qatmaq üçün loqo ideyalarınızla bölüşə bilərsiniz😊

Ətraflı məlumat səfirliyin səhifəsində:
https://m.facebook.com/story.php?story_fbid=1685076765006113&id=510284159152052

Əziz izləyicilərimiz,

Çoxlarınızın səbrsizliklə gözlədiyi xəbəri nəhayət paylaşmaq istərdik!

"Yaponiya-Azərbaycan Dostluq İli- 2022-ci il" üçün loqo yarışmasına start veririk!

İlk növbədə, bundan öncə keçirdiyimiz sloqan yarışmasında aktiv iştirakınız üçün bir daha təşəkkür edirik.

2022-ci ili sizin iştirakınız ilə daha təntənəli və gözəl şəkildə keçirmək üçün sizin loqo ideyalarınızı səbrsizliklə gözləyirik. Seçiləcək loqo 2021-ci il və 2022-ci il ərzində "Dostluq İli" ilə bağlı bütün tədbir və məlumatlarda istifadə olunacaqdır.

Loqo təqdim etmək üçün son tarix: 25 fevral, 2021-ci il
Loqo qalibi səfir Vada Cüniçi tərəfindən təltif olunacaqdır.

Loqo yarışmasının qaydaları haqqında detallı məlumat üçün bu linkdə daxil ola bilərsiniz:
https://www.az.emb-japan.go.jp/itpr_ja/11_000001_00161.html

Gəlin birgə 2022-ci ili yaddaşlarda qalacaq, möhtəşəm ilə çevirək!
-----
「日アゼルバイジャン友好年2022年」事業にかかるスローガン募集には、たくさんの方々からのご応募いただきました。
同年を盛り上げ、両国国民の相互理解を更に深めていくため、ロゴを募集いたします。採用されたロゴは、「友好年」を象徴する印として、2021年から2022年まで両国において行われる様々な交流事業やその広報物等において用いられます。応募締め切り2月25日です。奮ってご応募ください。

ロゴ募集に関する詳細は以下のリンクから御覧ください。
https://www.az.emb-japan.go.jp/itpr_ja/11_000001_00160.html

2022年を共に盛り上げましょう!

05/09/2020

Yaponiyanın Azərbaycana yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Vada Cüniçi öz hobbiləri haqqında danışmışdır. Cənab səfirin idmana olan sevgisini nəzərə alaraq, videonu sizinlə bölüşürük. Yeni videolar Yaponiya Səfirliyinin səhifəsində bundan sonra da yayımlanacaqdır😊

Photos 23/10/2019

Kendoçularımıza uğurlar arzu edirik !! 🇦🇿🇦🇿🇦🇿⚔⚔⚔

26-27 Oktyabr tarixlərində 🇬🇪Tbilisi🇬🇪 şəhərində 2-ci Beynəlxaq Taikai(yarışma) və seminarı təşkil olunacaqdır. Seminar İsrail Kendo Federasiyasının baş məşqçisi 5-ci Dan Kendo ustası Pasha Volodarsky-nin rəhbərliyi ilə keçiriləcəkdir. Bundan əlavə, seminarda münsiflər heyəti qismində Avropa Kendo Federasiyasına üzv ölkələrdən dəvət olunmuş müəllimlərdə iştirak edəcəkdir:

1. Aurelia Blanchard - Kendo Grade: 6.Dan🇨🇵;
2. Pasha Volodarsky - Kendo Grade: 5.Dan🇮🇱;
3. Young Park - Kendo Grade: 5.Dan🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿;
4. S.Can Aydogdu - Kendo Grade: 5.Dan🇹🇷;
5. Andres Tores Cruz - Kendo Grade: 5.Dan🇪🇦;

Münsiflər heyətinin köməkçiləri:
6. Josh Barnard - Kendo Grade: 4.Dan🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿;.
7. Gia Amkoladze - Kendo Grade: 4.Dan🇱🇹;

Azərbaycan Kendo Təşkilatı Beynəlxalq yarışmada ölkəmizi təmsil edəcikdir. İdmançılarımıza imtahanda uğurlar, yarışmada isə qələbə arzulayırıq!💪⚔

#кендо #япония #баку #азербайджан

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Neftçilər 26A
Baku