22/06/2026
14-15 iyun Pankration və Grappling idman növləri üzrə keçirilən Ölkə birinciliyi!
13🥇
4🥈
10🥉
Azərbaycan MMA Pankration və Grappling Federasiyası NAXGİN Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi Xeyal Abdullayev
22/05/2026
Məcid Seyidov Naxçıvanda uğurlu nəticələri ilə fərqlənən "Turan" Fight Club'un idmançıları ilə görüşüb!🇦🇿
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifələrini icra edən, nazir müavini Məcid Seyidov “Turan” Fight Clubu ziyarət edərək idmançılarla görüşüb, onların məşq prosesini izləyib və əldə olunan nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.
Görüş zamanı idmançıların hazırlıq səviyyəsi, məşq şəraiti və gələcək yarışlara hazırlıq prosesi ilə maraqlanılıb, məşqçi heyəti ilə fikir mübadiləsi aparılıb.
"Turan” Fight Club Bakıda keçirilən “Legion Fighting Championship - LFC” turnirində Naxçıvanı 30 idmançı ilə təmsil edib. Klub 38 qızıl, 22 gümüş medal göstəricisi ilə komanda hesabında birinci yerə layiq görülüb.
19/06/2025
Gladiator döyüş liqasının keçirdiyi turnirdən! .pankration.grappling_ .khasan .asgarov
28/04/2025
Yalnız qızlar üçün!
Yalnız az yaşlı qızlar üçün məşqlərimiz başlayır! Məqsəd qızların rahat şəkildə və uşaq yaşlarından döyüş idman növlərini(MMA, Grappling, Kikboksinq)mənimsəməsidir.Özünü müdafiə, həvəskar və peşəkar səviyyədə idmanla məşğul olmaq istəyənlər əlaqə saxlaya bilər.May ayının 1 dən etibarən məşqlərə start veriləcək.
13/03/2025
Naxçıvan idmançıları Bakıda 🇦🇿 keçirilən MMA turnirində uğurla çıxış ediblər 🥇
ℹ️ “Zeyd” Döyüş Mərkəzinin uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında I MMA turniri keçirilib. Bakı İdman Sarayında 3 gün davam edən yarışda 62 klubu təmsil edən 459 idmançı iştirak edib.
🏆 “Turan” Döyüş Klubunun baş məşqçisi Xəyal Abdullayevin rəhbərliyi ilə Naxçıvandan yarışa 15 idmançı qatılıb. Klub idmançıları 4-ü qızıl 🥇, 2-si gümüş 🥈 və 5-i bürünc 🥉 olmaqla, ümumilikdə 11 medal əldə ediblər. Bu göstərici ilə “Turan” yekun komanda sıralamasında yüksək nəticə göstərən 4️⃣-cü klub olub.
🎯 Təmsilçilərimizdən Nurəddin Əliyev (39 kq) 2008-2009-cu il, Əli Əbilov (42 kq) 2012-ci il, Rəhim Quluzadə (38 kq) 2010-2011-ci il, İsmayıl Hüseynzadə isə (85 kq) 2008-2009-cu il təvəllüdlülər arasında bütün rəqiblərini üstələyərək qızıl medal qazanıblar.
20/02/2025
19 fevral 2025 ci il tarixində, Naxçıvan Gənçlər və İdman nazirliyinin təşkilatçılığı ilə"Qorxuya meydan oxu"! adlı gənclər üçün əlbəyaxa və özünü müdafiə təlimi keçirildi.Bu təlimdə əsas məqsəd gənclərin idmana marağını artırmaq,sağlam bir gəncliyin formalaşmasına və idmanın insan həyatına nə kimi müsbət təhsir göstərdiyini aşılamaq və həmçinin özünü necə müdafiə edə biləcəyini göstərməkdir.Bu tipli tədbirlərimiz gələcək aylarda da davam edəcək.