09/08/2026
🥋 Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb. Yarışın son günündə Azərbaycan milli komandası 2 qızıl və 4 bürünc medal qazanıb.
Xədicə Qədəşova (-57 kq) və Davud Namazlı (-100 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Nərgiz Əhmədova, Gülgəz Musayeva (hər ikisi -48 kq), Aytən Verdiyeva (-57 kq) və Canpolad Əliyev (-100 kq) isə bürünc medala layiq görülüblər.
Xatırladaq ki, yarışın ilk günündə Nilgün Rzayeva (-63 kq) üçüncü olmuşdu.
Beləliklə, 2 qızıl və 5 bürünc olmaqla ümumilikdə 7 medal qazanan yığmamız 33 ölkənin iştirak etdiyi Avropa Kubokunu üçüncü pillədə tamamlayıb.
09/08/2026
Cüdo üzrə Azərbaycan milli komandası Qazaxıstanın Almatı vilayətində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir.
Avqustun 5-də Olimpiya Hazırlığı Bazasında start götürən toplanış dünyanın 30 ölkəsindən 700-dən çox cüdoçunu bir araya gətirib. Yığmamızın üzvləri məşqlər çərçivəsində fiziki və texniki hazırlıq üzərində çalışır, müxtəlif ölkələrin cüdoçuları ilə randori sessiyalarında iştirak edirlər.
Qarşıdakı beynəlxalq turnirlərə hazırlıq xarakteri daşıyan beynəlxalq təlim-məşq toplanışı avqustun 15-dək davam edəcək.
08/08/2026
🥋 Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokunun ilk günündə bir cüdoçumuz fəxri kürsüyə qalxıb.
-63 kq çəki dərəcəsində çıxış edən Nilgün Rzayeva üçüncü yer uğrunda görüşdə rumıniyalı Maya Adamaçiyə qalib gələrək bürünc medal qazanıb. 🥉🇦🇿
📌 Sabah turnirdə daha 10 cüdoçumuz mübarizəyə qoşulacaq.
07/08/2026
Cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində dünya çempionatı ərəfəsində yeniyetmələrdən ibarət Azərbaycan millisinin üzvləri üçün seminar keçirilib.
Seminara Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri, Hakimlər Komitəsinin sədri Natiq Bağırov rəhbərlik edib. Məşğələdə yığmanın məşqçilər korpusunun üzvləri də iştirak ediblər.
Seminarın əsas məqsədi idmançıları cüdoda tətbiq olunan son yeniliklər barədə məlumatlandırmaq, yarış zamanı qarşılaşa biləcəkləri müxtəlif epizodlar üzrə hakimlik meyarlarını izah etmək olub. Natiq Bağırov qaydalardakı yeniliklər, onların praktiki tətbiqi və ayrı-ayrı vəziyyətlərin qiymətləndirilməsi ilə bağlı ətraflı məlumat verib.
Məşğələ zamanı müxtəlif yarış epizodları təhlil olunub, idmançı və məşqçiləri maraqlandıran suallar cavablandırılıb.
05/08/2026
20–23 avqust tarixlərində Ekvadorun Quayakil şəhərində cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı keçiriləcək. Azərbaycan mötəbər yarışda 9 çəki dərəcəsində 14 idmançı (10 oğlan, 4 qız) ilə təmsil olunacaq.
Kollektivə yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.
Dünya çempionatında 61 ölkədən 459 idmançı (242 oğlan, 217 qız) mübarizə aparacaq.
Qızlar
-40 kq
Sunay Salamova
Zəhra Quliyeva
-44 kq
Pərvin Sevxanlı
-48 kq
Könül Eyvazlı
Oğlanlar
-50 kq
Fərid Rzazadə
-55 kq
Fərid Xudiyev
İbrahim Talıbov
-66 kq
İlkin Qarayev
-73 kq
Yusuf Nəzər
Sadiq Məmmədov
-81 kq
Ayxan Həsənli
Yaqub Məmmədov
-90 kq
Ömər Axundov
Nurəddin Əliyev
05/08/2026
Siz hələ də bilet almamısınız?
Gəlin doğma arenamızda mübarizə aparacaq idmançılarımıza birlikdə dəstək olaq!