PilatesLife Baku

PilatesLife Baku

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from PilatesLife Baku, Gym/Physical Fitness Center, Af Mall Самед Вургун 34, Baku.

Photos from PilatesLife Baku's post 22/07/2026

Bu gün mənim peşəkar fəaliyyətimdə çox önəmli bir mərhələni sizinlə bölüşmək istəyirəm.

Artıq rəsmi olaraq EREPS (European Register of Exercise Professionals) sertifikatına sahibəm! 🌍✨

EREPS Avropanın ən nüfuzlu və müstəqil peşəkar reyestrlərindən biridir. Burada qeydiyyatdan keçmək yalnız beynəlxalq standartlara uyğun təhsil, bilik və peşəkar təcrübəyə malik mütəxəssislər üçün mümkündür. EREPS qeydiyyatı EuropeActive peşə standartlarına əsaslanır və Avropa üzrə fitness və hərəkət sahəsində çalışan mütəxəssislərin ixtisasını təsdiqləyir.

Bu sertifikat mənim üçün sadəcə növbəti diplom deyil. Bu, illərlə davam edən zəhmətin, davamlı öyrənmənin, minlərlə saatlıq tədrisin, yüzlərlə yetişdirilmiş məşqçinin və Pilates sahəsinin Azərbaycanda inkişafı istiqamətində görülən işlərin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

2017-ci ildən etibarən PilatesLife komandası ilə birlikdə ölkəmizdə Pilates mədəniyyətinin inkişafı, beynəlxalq təhsil standartlarının tətbiqi və peşəkar məşqçilərin hazırlanması istiqamətində çalışırıq. Bu gün isə bu yolun daha bir mühüm nəticəsini görmək qürurvericidir.

Bu nailiyyət yalnız mənə aid deyil. Bu, PilatesLife komandasının, SEAM Academy ilə əməkdaşlığımızın, bizimlə öyrənən və inkişaf edən bütün məşqçilərin ortaq uğurudur.

İnanıram ki, inkişafın sonu yoxdur. Öyrənməyə, öyrətməyə və beynəlxalq standartları Azərbaycanda tətbiq etməyə davam edəcəyəm.

Bu yolda mənə dəstək olan hər kəsə sonsuz təşəkkür edirəm! ❤️

15/06/2026

🤰 Hamilə qadınlarla peşəkar işləmək üçün daha çox bilik və əminlik qazanmaq istəyirsiniz?

Sizi 25 iyul tarixində PilatesLife-da keçiriləcək “Hamiləliyə Hazırlıq, Hamiləlik və Bərpa - Elmi və Praktik Yanaşma” workshopuna dəvət edirik.

Bu workshopda hamiləliyə hazırlıq, hamiləlik dövründə qadın orqanizmində baş verən dəyişikliklər, təhlükəsiz fiziki aktivlik və doğuşdan sonrakı bərpa mövzularını həm tibbi, həm də hərəkət elmi baxımından öyrənəcəksiniz.

👩‍⚕️ Elnurə Vəliyeva - Mama-ginekoloq
👩‍🏫 Nailə Abdulzadə - SEAM Academy Master Trainer

✅ Hamilə qadınlarla işləməyin əsas prinsipləri
✅ Təhlükəsiz məşq və əks göstərişlər
✅ Doğuşdan sonrakı bərpa mərhələləri
✅ Praktik tövsiyələr və real nümunələr

🎯 Pilates və fitness məşqçiləri, fizioterapevtlər, reabilitasiya mütəxəssisləri və bu sahəyə marağı olan bütün peşəkarlar üçün.

🎓 Workshopun sonunda Türkiyənin SEAM Academy tərəfindən sertifikat təqdim olunacaq.

📅 25 iyul
🕙 10:00 – 17:00
📍 PilatesLife, Kövkəb Səfərəliyeva küç. 16X

📌 Yerlərin sayı məhduddur. Qeydiyyat üçün +994514995550

Photos from PilatesLife Baku's post 08/03/2026

PilatesLife olaraq, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edirik!
Siz bizim üçün çox dəyərlisiniz və yeriniz əvəzolunmazdır. 💐

03/03/2026

Martın ən gözlənilən aksiyası başladı ✨

Bu şərtlər qısa müddət üçündür və təkrarlanmayacaq.

Özünüzə yatırım etmək, nəticəni ölçmək və davamlılığı qorumaq üçün ən doğru vaxtdır.
Həm hədiyyə InBody ölçümü, həm də əlavə üstünlüklərlə başlamaq şansı indi sizdədir.

Uzunmüddətli abunə seçənlər üçün isə daha böyük fürsət var 👌
Daha çox məşq, daha çox nəticə.

📅 3–7 mart
📍 Bütün PilatesLife filiallarında

23/12/2025

Yeni ilə özün üçün dəyərli bir addımla başla. Ayın sonuna kimi abunəlik al və hədiyyə qazan. Bu fürsət sağlamlığını ön plana çəkənlər üçün ideal seçimdir.✨

Aksiya müddətində InBody ölçülmə, kardio trenajorlara 3 giriş və 1 seans masaj 50% endirimlə təqdim olunur. Yeni ilə sağlam vərdişlərlə başlamaq üçün uyğun fürsətdir.

Dəyişikliyi sabaha saxlamadan indi başla.💌
📍Kövkəb Səfərəliyeva16X
📱(+99451)9220550
📍AF MALL 4-cü mərtəbə
📱(+99450)9950550
📍Nərimanov,Faiq Yusifov 15
📱(+99451)9920550

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Af Mall Самед Вургун 34
Baku

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 18:00