31/07/2026
Bu gün əfsanəvi kapitanımız və Klubumuzun səfiri Franco Baresi 66 yaşında həyata gözlərini yumdu.
Hər zaman qəlbimizdə olacaqsan 💔🖤
AC Milan'ın Azərbaycandakı rəsmi Fan Klubunun facebook hesabı
Fossa dei Azeri 🔴⚫ Böyük AC Milan Ailəsi Uğrunda !
31/07/2026
Bu gün əfsanəvi kapitanımız və Klubumuzun səfiri Franco Baresi 66 yaşında həyata gözlərini yumdu.
Hər zaman qəlbimizdə olacaqsan 💔🖤
Salam, uşaqlar. Axşamınız xeyir 🔴⚫️
Hələ ki, sakitlikdi. Oyunçu satmağa çalışırlar - xüsusilə də Leão'nu. Hazırda marketdə əsas hədəf Karetsas'dı, amma onun üçün hərəkətə keçməzdən əvvəl Leão satılmalıdı. Amorim'in oyunçu ilə birbaşa telefon danışığı baş tutub. Amma Borussia bu yarışda AC Milan'ı qabaqlayır. AC Milan'ın bu transferdə yalnız Borussia'nın uğursuzluq yaşayacağı təqdirdə ciddi şansının olacağı gözlənilir.
Leão ilə bağlı isə dəyişən heç nə yoxdur. Türkiyə Klublarından (GS, FB) başqa heç bir təklif yoxdur. Fenerbahçe'nin məcburi alış hüququ ilə təklifi rədd edildi. AC Milan oyunçunu birbaşa satmaq istəyir. Türkiyə Klubu rəsmi şəkildə oyunçuya və Kluba rəsmi təklif göndərdiklərini yalanlasa da, danışıqların gizli (şübheli) qalmasını istədikləri üçün belə bir açıqlama verdikləri ehtimal olunur. Fenerbahçe'nin bir neçə təmsilçisi danışıqlar üçün Milandadır.
Bundan əlavə, Estupiñán üçün Aston Villa ilə danışıqlar yavaşlayıb. Görünür, tələb və təklif arasındakı fərq məsələsi hələ ki, öz həllini tapmayıb, amma transferin baş tutacağı da istisna olunmur.
Hələ ki, belə. Nəsə ciddi bir progress olsa, yazacam.
25/07/2026
⏸️ | "Celtic Park"da keçirilən mövsümün ilk yoldaşlıq görüşündə Şotlandiya təmsilçisi ilə Rossoneri öz qüvvələrini sınayıb:
𝗙𝗧: Celtic F.C 2️⃣-2️⃣ AC Milan
⚽️ 11' Camilo Durán (1-0)
⚽️ 28' James Forest (2-0)
⚽️ 47' Francesco Camarda (penalti) (1-1)
⚽️ 52' Francesco Camarda (2-2)
#𝗖𝗲𝗹𝘁𝗶𝗰𝗠𝗶𝗹𝗮𝗻 | #𝗙𝗼𝗿𝘇𝗮𝗠𝗶𝗹𝗮𝗻 | #𝗦𝗲𝗺𝗽𝗿𝗲𝗠𝗶𝗹𝗮𝗻
24/07/2026
💬 | #𝗟𝗲𝗮̃𝗼:
"Yeni bir təcrübə yaşamaq ehtimalı barədə Klubla artıq danışmışdım. Bunun baş tutub-tutmayacağını bilmirəm.
Ayın 29-da orada olmalıyam, buna görə də orada olduğum müddətdə, mənə hər şeyi bəxş etmiş formaya həmişə hörmət edərək, əlimdən gələnin ən yaxşısını edəcəm.
Bu, çətin qərardır, çünki söhbət mənim böyüməyimin şahidi olan və hər cəhətdən mənə çox kömək edən bir Klubdan gedir, lakin düşünürəm ki, həyatda həmişə başqa hədəflərə can atırıq.
Variantları dəyərləndirəcəm, amma təbii ki, hələ də AC Milan'ın oyunçusuyam. Görək necə olacaq"
🎙 [Podcast programında] 🔴⚫️
24/07/2026
✅️❗️ #𝐎𝐅𝐅𝐈𝐂𝐈𝐀𝐋 | Francesco Camarda və Christian Comotto müqavilə müddətlərini 2031-ci ilə kimi uzatdılar ✍️🏻🔴⚫️
24/07/2026
✅️ ❗️𝐇𝐄𝐑𝐄 𝐖𝐄 𝐆𝐎 🔴⚫️
"AC Milan Fransanın Troyes Klubundan 20 yaşlı fransalı mərkəz müdafiəçisi Sankhoun Diawara'nın transferi ilə bağlı Fransa təmsilçisi ilə razılıq əldə etdi.
Rossoneri, fransızın keçidi üçün qarşı tərəfə €2M ödəyəcək. Yaxın zamanda tibbi müayinələrin keçirilməsi planlaşdırıb"
🇫🇷 [ #𝗙𝗮𝗯𝗿𝗶𝘇𝗶𝗼𝗥𝗼𝗺𝗮𝗻𝗼 yazır] ✍️🏻✅️
21/07/2026
✅️❗️ #𝐁𝐑𝐄𝐀𝐊𝐈𝐍𝐆 | Luka Modrić, növbəti mövsümdə də AC Milan'da çıxış edəcək. Yeni müqavilə ilə bağlı tərəflər arasında razılıq əldə olundu"
🇭🇷 ✍️🏻 [ #𝗙𝗮𝗯𝗿𝗶𝘇𝗶𝗼𝗥𝗼𝗺𝗮𝗻𝗼 yazır] 🔴⚫️
21/07/2026
👕 #𝐎𝐅𝐅𝐈𝐂𝐈𝐀𝐋 | Rossoneri, Pippo Inzaghi'nin təqdimatı ilə 2026/27 mövsümünün yeni səfər forması dəstini təqdim edib.
Formanın dizaynı 2007-ci ildə Afinada qazanılan UEFA Çempionlar Liqası zəfərinə ithaf olunub.
"İstanbuldan sonra həmişə Afina olur"
20/07/2026
Bir neçə yerli futbol səhifələrində Gabriel Jesus ilə bağlı xəbərləri görmüşəm. Onu deyim ki, AC Milan hazırda nəinki Gabriel Jesus, ümumiyyətlə heç bir mərkəz hücumçusu ilə maraqlanmır.
Hazırda heyətdə 4 hücumçu var. Əgər heyətdə hücumçulardan ikisi komandanı tərk edərsə, bu halda Rossoneri hücumçu axtarışında ola bilər, amma bu, hazırda prioritet bir məsələ deyil.
Ona görə ki, Ramos'un əsas hücumçu olması ilə birlikdə, yaxın zamanlarda Camarda ilə müqavilə 2031-ci ilə kimi uzadılacaq. Kostić ilə bağlı xəbərlər mövsümöncəsi təlim-məşq toplanışında özünü yaxşı tərəfdən göstərdiyi yönündədir və o da böyük ehtimalla Amorim tərəfindən əsas komandada dəyərləniriləcək.
Komandanı tərk etməsi gözlənilən yeganə hücumçu Santiago Giménez'dir. O, ya birbaşa satılacaq, ya da satın alma maddəsi və yaxud məcburi alış bəndi ilə icarəyə veriləcək. Ən p*s halda sadə icarə ehtimal olunur.
Nəticə etibarilə, bu gün başqa bir hücumçunun transferi gündəmdə deyil. Klub hazırda satışlar üzərində işləyir və transfer olunacaq ilk futbolçu hücumameyilli yarımmüdafiəçi olacaq.
Kind Regards,
AC Milan Azerbaijan.
20/07/2026
🚨❗️| "Stuttgart, Warren Bondo'nu transfer etmək üçün AC Milan ilə danışıqlara başlayıb.
Udinese də fransalı ilə maraqlanır"
🇫🇷 [ #𝗡𝗶𝗰𝗼𝗦𝗰𝗵𝗶𝗿𝗮 yazır] 🔴⚫️