Judo2017

Judo2017

Share

Спортивный зал judo

Photos from Judo2017's post 22/05/2026

Nərmini U-17 Liqa yarışının çempionu olması münasibətilə ürəkdən təbrik edirəm! 🏆🥋

Bu uğur əzmkarlığın, zəhmətin və intizamın nəticəsidir. Sənə gələcək yarışlarda daha böyük nailiyyətlər arzulayıram.

Fuad müəllim, bu uğurun ən böyük pay sahiblərindən biri sizsiniz. Nərminin bu çempionluğa gedən yolunda göstərdiyiniz zəhmət, verdiyiniz bilik və daim göstərdiyiniz dəstək bu nəticədə böyük rol oynayıb. Bu çempionluq həm idmançının, həm də məşqçinin zəhmətinin bəhrəsidir.

Hər ikinizi ürəkdən təbrik edir, yeni uğurlar və yeni çempionluqlar arzulayıram! 👏🇦🇿🥋🏆

Photos from Judo2017's post 25/02/2026

ASA və ACF-in əməkdaşlığı çərçivəsində keçirilən cüdo məşqçilərinin sertifikatlaşdırılması təlimlərində III səviyyə məşqçi və “Təlimçi təlimi” sertifikatlarını uğurla əldə etdim.
Bu sertifikat Azərbaycan daxilində məşqçilik üzrə ən yüksək ixtisas səviyyəsidir.
Öyrənməyə, inkişaf etməyə və öz üzərimizdə komanda olaraq çalışmağa davam edirik.
Cüdo məşqçisi daim öyrənən, öz üzərində çalışan və inkişafa açıq olmalıdır. Çünki hər bir məşqçi öz tələbəsi üçün ilk növbədə rol modeldir.
Proqramın birgə təşkilinə görə Azərbaycan Cüdo Federasiyasına və Azərbaycan İdman Akademiyasına təşəkkür edirəm.
Eləcə də Ömürboyu təhsil şöbəsinin müdiri Lalə Məmmədovaya, koordinator və layihə üzrə təlimçi Xəyalə Quliyevaya, baş mütəxəssis Elnarə Həsənliyə və Rüstəm Rüstəmliyə təşəkkürümü bildirirəm

Photos from Judo2017's post 23/09/2025

Azerbaycan İdman akademiyasında cüdo məşqçiliyi ixtisası üzrə 1 ci və 2 ci kurs tələbələrinə praktiki dərslər başladı

Photos from Judo2017's post 15/09/2025

Bakıda keçirilən "Kodokan Seminarı"nda uğurla iştirak edərək, Kime-no-Kata və Ne-Waza üzrə Kodokan ekspertləri Hiroyuki Hirano və Mikihiro Mukai tərəfindən sertifikatla təltif olundum. Bu imkan üçün Azərbaycan Cüdo Federasiyasına təşəkkür edirəm!*

Photos from Judo2017's post 12/09/2025

*"Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə Yaponiyadan gələn Kodokan mütəxəssisləri ACF-in Biləcəri zalında Şuşa UGİM və RKİM-in cüdoçuları üçün seminar keçdilər."*

Photos from Judo2017's post 30/08/2025

Məşqçilərin 3-cü səviyyə sertifikatlaşdırılması

Lider komandasının ev tapşırığı yerinə yetirərkən

Lider komandası
Məmmədov
Mariya Novruzova AzeJudo
Natiq Qurbanlı
Malik Allahverdiyev
Asiman Allahverdiyev

04/12/2024
Photos from Qarabağ Regional Gənclər və İdman İdarəsi's post 24/07/2024
07/04/2024

Atilla 2000 il.

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Baku

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 16:45 - 19:00
Wednesday 09:00 - 17:00
Thursday 16:45 - 19:00
Friday 09:00 - 17:00
Saturday 16:45 - 19:00