Khazar Sailing Club

Khazar Sailing Club

Share

Sailing sport Klubumuzda ümumi-fiziki hazırlıq,üzgüçülük və yelkən idmanı üzrə dənizdə və idman zalında məşğələlər keçirilir.

"Xəzər" Yelkənli Qayıqlar İdman Klubu "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin 16 may 2014-cü il tarixli,77 nömrəli əmri ilə yaradılmışdır. Klubun məqsədi yelkən idmanı sahəsi üzrə təhsil alan və bu idman növünə marağı olanların,o cümlədən təsisçinin işçilərinin və Azərbaycan Dövlət Dəniz Akademiyasının müdavimlərinin və digər üzvlərinin bədən tərbiyəsi,yelkən idmanı və idma

Photos from Khazar Sailing Club's post 03/05/2026

⛵️ ASCO yelkənçilərindən növbəti uğur!

Bakıda keçirilən yelkən idmanı üzrə “Prezident Kuboku 2026” turniri başa çatıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Xəzər Yelkənli Qayıqlar İdman Klubu”nun üzvləri yarışda uğurla çıxış edərək mükafatçılar sırasında yer alıblar 👏

🥉 Əmir Ələkbərov – “ILCA 4.7” sinfi üzrə 3-cü yer
🥈 Gülistan Elif Gözəl – “Optimist” sinfi üzrə (yeniyetmələr) 2-ci yer
🥉 Dmitri Petrenko – “Optimist” sinfi üzrə (yeniyetmələr) 3-cü yer

Qeyd edək ki, turnir Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunub.

18/04/2026
Photos from Khazar Sailing Club's post 21/03/2026

ASCO-nun “Xəzər” Yelkənli Qayıqlar İdman Klubu Azərbaycan Su İdman Növləri Federasiyasının təşkilatçılığı ilə Bakı bulvarında keçirilən Novruz tədbiri çərçivəsində yelkənli qayıqları ilə Xəzərin sularında nümayiş çıxışı ilə diqqət çəkib.

Yelkənli qayıqlar bayram şənliyinə xüsusi rəng qataraq sahil boyunca toplaşan tamaşaçılara xoş anlar yaşadıb.

Qeyd edək ki, tədbir Qız Qalası ilə üzbəüz dəniz akvatoriyasında təşkil olunub.

20/03/2026

✨ Evinizdə şənlik, süfrənizdə bərəkət əskik olmasın. Hər kəsə sevgi dolu günlər arzulayırıq.

🔥 Novruz bayramımız mübarək!

17/03/2026

Torpaq çərşənbəniz mübarək! 🌱

10/03/2026

Yel çərşənbəniz mübarək! 🪽
🎐 Qoy bu yel həyatınıza sevinc və xoş başlanğıclar gətirsin.

Yel çərşənbəniz mübarək! 🪽

🎐 Qoy bu yel həyatınıza sevinc və xoş başlanğıclar gətirsin.

05/03/2026

5 mart Bədən Tərbiyəsi və İdman Günüdür! 💪

📺 Bu videoda yelkənçilərimizin küləklə mübarizəsini izləyə bilərsiniz. ️

⛵ Siz də yelkənli idmanın sirlərini kəşf etmək istəyirsinizsə, Khazar Sailing Club-da yolunuzu gözləyirik.

📍 Ünvan: Neftçilər prospekti, Yaxt-klub

24/02/2026

Su çərşənbəniz mübarək! 💦 🌊
Həyatın başlanğıcı sayılan su kimi ömrünüz saf və bərəkətli olsun! 💙

27/01/2026

Küləyi ram etməyə hazırsınız? 🎐

⛵️ Elə isə “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunda sizi gözləyirik.

🌊 İlin bütün mövsümlərində klubumuza üzv olaraq yelkənli idmanın sirlərini nəzəri və praktiki şəkildə öyrənə, fiziki aktivliyinizi qoruya və diqqət, koordinasiya tələb edən bu idman növünün psixoloji müsbət təsirini hiss edə bilərsiniz.

📲 Ətraflı məlumat: +994 50 243 91 65

20/01/2026

Vətən yolunda canlarından keçən qəhrəmanlar qəlblərdə və yaddaşlarda əbədi yaşayırlar.

Şəhidlərimizin əziz xatirəsini qürur və ehtiramla anırıq!

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Address


Baku
AZ1005

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00