Aquatic Palace

Aquatic Palace

Share

The Baku Aquatic Palace is an iconic sporting venue of Azerbaijan.

12/06/2026

🏊‍♀️☀️ Yay mövsümü başlayır!

📢 Əziz qonaqlarımız,

15 iyun tarixindən etibarən Su İdmanı Sarayının açıq hovuzları fəaliyyətə başlayır!

💦 Təmiz və rahat mühitdə üzgüçülükdən zövq alın, isti yay günlərini bizimlə daha aktiv və sağlam keçirin.

🕗 İş saatları: 08:00 – 22:00

Sizi və ailənizi açıq hovuzlarımızda görməkdən məmnun olarıq!

📍 Su İdmanı Sarayı

09/06/2026

💧NİYƏ MƏHZ SU İDMANI SARAYI?

Çünki burada idman sadəcə məşq deyil — sağlamlıq, inkişaf və uğura aparan yoldur 💙

🏊‍♀️ Peşəkar məşqçilərimizin rəhbərliyi ilə məqsədlərinizə daha sürətli çatın!

🌟 Müasir, rahat və təhlükəsiz şəraitdə məşq edin

🤝 Motivasiya dolu mühitdə özünüzü daha güclü və enerjili hiss edin

🎯 İstər sağlam həyat tərzi, istər peşəkar inkişaf üçün doğru ünvandayıq

Su İdmanı Sarayında hər məşq sizi daha sağlam, daha güclü və daha inamlı edir!

📍 Əhəd Yaqubov küç. 15
📞 (+994) 12 491 91 91
📱 (+994) 50 670 91 91

08/06/2026

💙 Uşağınızın sağlam, çevik və zərif inkişafını istəyirsiniz?

Bədii üzgüçülük uşaqlarda elastiklik, koordinasiya, dözümlülük və özünəinam formalaşdırır. Musiqi və hərəkətin harmoniyası isə onların estetik zövqünü inkişaf etdirir.

✨ Peşəkar məşqçi Yekaterina Matviyenko
✨ Müasir və təhlükəsiz şərait
✨ Fərdi yanaşma

🌊 Uşağınızın idman yoluna bizimlə başlayın!

📍 Əhəd Yaqubov küç. 15
📞 (012) 491 91 91
📱 (050) 670 91 91

05/06/2026

💦 Su İdmanı Sarayında suya tullanma məşqləri davam edir!

Peşəkar məşqçilərimizin rəhbərliyi ilə uşaqlar bu maraqlı və dinamik idman növünün sirlərini öyrənirlər. Hər məşq onlara yalnız texniki bacarıqlar qazandırmır, həm də cəsarət, çeviklik, intizam və özünəinam hissini inkişaf etdirir. 🏊‍♂️✨

Suya hər tullanış yeni təcrübə, hər məşq isə böyük uğurlara aparan yolun bir hissəsidir. Burada gələcəyin güclü və perspektivli idmançıları formalaşır! 🏆

Siz də övladınızın sağlam, aktiv və maraqlı idman mühitində inkişaf etməsini istəyirsinizsə, bizə qoşulun!

📍 Əhəd Yaqubov küç. 15
📞 (+994) 12 491 91 91
📱 (+994) 50 670 91 91

04/06/2026

İyunun 4-də Bakı Su İdmanı Sarayında Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinin açılış mərasimi keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev çıxış ediblər.

Açılış mərasimindən sonra yarışlara rəsmi start verilib. Final mərhələsində Azərbaycan və Türkiyədən idmançılar mübarizə aparır. Azərbaycan komandası Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Mingəçevir şəhərləri, eləcə də Goranboy, Balakən və İsmayıllı rayonlarını təmsil edən iştirakçılarla yarışlarda təmsil olunur.

Bu gün keçirilən yarışlarda idmançılar 10–11, 12–13, 14–15, 46–50, 51–55, 56–60 və 61 yaşdan yuxarı kateqoriyalar üzrə medallar uğrunda mübarizə aparırlar.

Qeyd edək ki, yarış sabah yekun vurulacaq.

Photos from Aquatic Palace's post 03/06/2026

Su İdmanı Sarayı ölkənin ən çoxfunksiyalı idman komplekslərindən biridir. Kompleksin ərazisində Bakı Avropa Oyunları Parkı yerləşir. Burada futbol məşqləri keçirilir, açıq hovuzlardan istifadə etmək mümkündür. Həmçinin voleybol, stritbol, padel-tennis, çimərlik voleybolu meydançaları, müasir kartinq mərkəzi və sağlamlığınız, eləcə də aktiv istirahətiniz üçün hər cür şərait mövcuddur. 💙🏊‍♂️⚽🏐🏎️

✅Bundan əlavə, dostlarınızla xoş və aktiv vaxt keçirmək üçün kortlarımızı əvvəlcədən rezervasiya edə bilərsiniz.

Sizi Su İdmanı Sarayında gözləyirik!

Dünya Kuboku ilə bağlı Su İdmanı Sarayında genişmiqyaslı hazırlıq işlərinə başlanılıb 02/06/2026

Dünya Kuboku ilə bağlı Su İdmanı Sarayında genişmiqyaslı hazırlıq işlərinə başlanılıb

Dünya Kuboku ilə bağlı Su İdmanı Sarayında genişmiqyaslı hazırlıq işlərinə başlanılıb Oktyabrın 1-3-də Bakıda keçiriləcək üzgüçülük üzrə Dünya Kubokunun yüksək səviyyədə təşkili, iştirakçıların təhlükəsizliyinin təmin edilməsi, eləcə də beynəlxalq federasiyanın texniki və təşkilati tələblərinin yerinə yetirilməsi məqsədilə Su İdmanı Sar...

02/06/2026

Aquanetix Open klublararası yarışında komandamız uğurla çıxış edərək yüksək nəticələr əldə edib.

İdmançılarımızın əzmi, zəhməti və peşəkar hazırlığı sayəsində komandamız yarışda ümumilikdə:

🥇 16 qızıl medal
🥈 21 gümüş medal
🥉 18 bürünc medal qazanıb.

Bu möhtəşəm nəticə idmançılarımızın məqsədyönlü hazırlığının və məşqçilərimizin fədakar əməyinin göstəricisidir.

Bütün qaliblərimizi və mükafatçılarımızı ürəkdən təbrik edirik, gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq!

🏆 Ümumi nəticə: 55 medal

01/06/2026

🎾 Padel Tennis Su İdmanı Sarayında!

Dostlarınızla birlikdə açıq havada idman edin, enerjinizi yüksəldin və maraqlı vaxt keçirin! 💙

☀️ Açıq hava şəraitində müasir kort
👥 Dostlar və ailə ilə oyun üçün ideal seçim
🏃‍♂️ Aktiv istirahət və əyləncə bir arada

💰 1 saat — 50 AZN

📲 Rezervasiya üçün:
+994 50 491 01 09

Sizi kortumuzda gözləyirik!

29/05/2026

🏊‍♂️ Aquanetix Open klublararası yarışından anlar!

18 yaşadək iştirakçılar arasında keçirilən yarışda gənc idmançılar öz bacarıqlarını nümayiş etdirərək maraqlı və rəqabətli çıxışlarla yadda qaldılar.

Qalibləri təbrik edirik, bütün iştirakçılara gələcək yarışlarda uğurlar arzulayırıq!

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Səbail Rayonu, Akademik Əhəd Yaqubov Küçəsi 15
Baku
AZ1003

Opening Hours

Monday 07:00 - 23:00
Tuesday 07:00 - 23:00
Wednesday 07:00 - 23:00
Thursday 07:00 - 23:00
Friday 07:00 - 23:00
Saturday 07:00 - 23:00
Sunday 07:00 - 23:00