Azərbaycan Wing Chun Federasiyası

Azərbaycan Wing Chun Federasiyası

Share

Wing Chun Federation

17/05/2026

İdman TV-də yayımlanan ‘Nokaut’ verilişində Vin Çun döyüş sisteminin nəzəri və praktik aspektləri (13.05.2026)
̇dmannazirliyi

10/05/2026

Bu gün müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin doğum günüdür.

08/05/2026
Photos from Azərbaycan Wing Chun Federasiyası's post 28/04/2026

26 aprel 2026-cı il tarixində Bakı şəhərində vinq çun idman növü üzrə növbəti Bakı çempionatı və birinciliyi keçirilmişdir. Yarış Bakı Şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Vinq Çun Federasiyası və Bakı Biznes Universiteti tərəfindən birgə təşkil olunmuşdur. Tədbir Bakı Biznes Universitetinin idman arenasında baş tutmuşdur.

Yarışda federasiyaya üzv olan Bakı şəhəri üzrə 12 idman klubundan ümumilikdə 150-yə yaxın idmançı iştirak edərək qələbə uğrunda mübarizə aparmışdır.

Açılış mərasimində çıxış edən Asif Sayadov — Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının prezidenti — iştirakçılara uğurlar arzulamış, eyni zamanda qarşıda keçiriləcək mötəbər turnirlər haqqında məlumat vermişdir. Həmçinin Cavidan Heydarov — Bakı Biznes Universitetinin prorektoru — çıxış edərək yarış iştirakçılarına müvəffəqiyyətlər diləmişdir. Daha sonra Mahmud Mehtioğlu — federasiyanın vitse-prezidenti — və baş hakim Hakim Tağıyev idmançılara yarış qaydaları barədə ətraflı məlumat vermişlər.

Yarışın yekununda müvafiq yerləri tutan idmançılar federasiya tərəfindən diplom və medallarla təltif olunmuşdur. İlk üç yeri qazanan idmançılar 14 iyun tarixində Lənkəran şəhərində keçiriləcək Azərbaycan çempionatında iştirak etmək hüququ əldə etmişlər.

Photos from Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi's post 19/03/2026

Təbrik edir və qürur duyuruq.

09/03/2026

Təbrik edir və qürur duyuruq.

Amerikanın Hyuston şəhərində keçirilən Çin döyüş növləri üzrə “Dünya Ulduzları” beynəlxalq turnirində Çin Döyüş Növləri Assosiasiyasının prezidenti, vinq çun üzrə usta 🥇Asif Sayadov ustadlar kateqoriyasında qızıl medala sahib olub. Digər idmançımız 🥉Şıxəli Hümmətov (18–36 yaş) isə vinq çun taolu üzrə bürünc medal qazanıb.
Təbrik edirik!🇦🇿

̇mi̇bi̇rli̇kdə

18/01/2026

Vinq Çun insanda özünəinam, sakitlik və məsuliyyət hissini inkişaf etdirir. O, gücdən sui-istifadə etməməyi, qarşı tərəfə hörmətlə yanaşmağı və çətin anlarda soyuqqanlı qalmağı öyrədir. Bu sənət təkcə döyüş deyil, xarakter məktəbidir.

24/12/2025

Doğum gününüz mübarək, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev! 🇦🇿

15/12/2025

14 dekabr 2025-ci il tarixində Azərbaycan Vinq Çun @ Federasiyası tərəfindən ASAN Könüllüləri üçün özünümüdafiə seminarı keçirildi. Seminarın əsas mövzusu şiddət və zorakılıq hallarına qarşı özünümüdafiə idi. Tədbir çərçivəsində iştirakçılara təhlükəni vaxtında dərk etmə, qorxunu idarə etmə və düzgün reaksiya vermə kimi psixoloji, nəzəri və praktiki bilgilər təqdim olundu. Seminar iştirakçılar üçün faydalı və maarifləndirici oldu.

Photos from Azərbaycan Wing Chun Federasiyası's post 09/11/2025

08.11.2025-ci il tarixində Bakı Biznes Universiteti və Azərbaycan Vinq-Çun Federasiyasının birgə təşkilatçılığı ilə 8 Noyabr Zəfər Gününə həsr edilmiş Vinq-Çun idman növü üzrə açıq turnir keçirilmişdir.

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Hasan Bey Zardabi Street, Azerbaycan
Baku
AZ1007