Ocaq Sport Klubu

Ocaq Sport Klubu

Share

"Ocaq Sport" Klubu- Azərbaycanda fəaliyyət göstərən peşəkar idman klubudur.

21/05/2026

🇦🇿 1 İyun — Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş açıq birincilik!

“Ocaq Sport” klubu sizi kişi və qadın idman gimnastikası üzrə keçiriləcək yarışa dəvət edir. Gəlin, gənc idmançılarımızın ilk böyük uğurlarına birlikdə şahid olaq və onları dəstəkləyək!

📅 Tarix: 1 iyun 2026
⏰ Saat: 10:00
📍 Məkan: Heydər Əliyev adına İdman-Konsert Kompleksi (Abbas Səhhət küç. 2)
Hər kəsi gözləyirik! 🤸‍♂️✨

20/05/2026

🇦🇿 1 İyun — Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş daxili birincilik!

“Ocaq Sport” klubu sizi kişi idman gimnastikası üzrə keçiriləcək daxili yarışa dəvət edir. Gəlin, gənc idmançılarımızın ilk böyük uğurlarına birlikdə şahid olaq və onları dəstəkləyək!

📅 Tarix: 1 iyun 2026
⏰ Saat: 10:00
📍 Məkan: Heydər Əliyev adına İdman-Konsert Kompleksi (Abbas Səhhət küç. 2)
Hər kəsi gözləyirik! 🤸‍♂️✨

Photos from Ocaq Sport Klubu's post 13/05/2026

Portimaoda keçirilən beynəlxalq turnirdə fəxri kürsüyə qalxan gimnastlarımız “Ocaq Sport” klubunun yetirmələridir! 🇦🇿

Nəticələr:
Azadə Atakişiyeva — Komanda hesabında 1-ci yer 🥇 və fərdi proqramda (top) 1-ci yer 🥇

Gövhər İbrahimova — Fərdi proqramda (top) 2-ci yer 🥈

Gimnastlarımızı və məşqçilərimizi bu parlaq qələbə münasibətilə ürəkdən təbrik edirik!

Photos from Ocaq Sport Klubu's post 12/05/2026

31-ci Bakı çempionatının mükafatlandırma mərasimindən ən yadda qalan anlar. «Ocaq Sport» klubu gələcəyin ulduzları ilə qürur duyur! 🌟🥇

09/05/2026

10 May — müasir Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.

Dahi siyasi xadimin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik. 🇦🇿

08/05/2026

9 May — xalqımızın gücü, iradəsi və qəhrəmanlıq ruhunun təcəssümüdür.
Bu gün Vətən uğrunda canından keçən igidlərimizi dərin hörmət və ehtiramla anırıq. 🇦🇿

Qəhrəmanlarımızın şücaəti və əziz xatirəsi daim yaşayacaq.

05/05/2026

“Fidda Cup” Beynəlxalq Turnirinin nəticələri! 🏆🇦🇿

“Ocaq Sport” klubunun gimnastları Maltada keçirilən yarışda yüksək nəticələr göstəriblər:

🥇 Milana Loyko
• Çoxnövçülük, dayaqla tullanma, parallel qollar, gimnastika tiri — 1-ci yer 🥇
• Xalça üzərində hərəkətlər — 2-ci yer 🥈

🥈 Aylin Şahbazlı
• Gimnastika tiri, dayaqla tullanma — 2-ci yer 🥈
• Çoxnövçülük, xalça üzərində hərəkətlər, parallel qollar — 3-cü yer 🥉

🥈 Esmiralda Əzizova
• Gimnastika tiri — 2-ci yer 🥈

🥉 Ləman Məmmədzadə
• Parallel qollar, dayaqla tullanma — 3-cü yer 🥉

Gimnastlarımızı və məşqçilərimizi təbrik edirik! 🎉🤸‍♀️

Photos from Ocaq Sport Klubu's post 05/05/2026

İdmançılarımızın beynəlxalq arenada qazandığı uğurlu nəticələrdən sonra cənab nazirlə keçirilən görüş.

“Ocaq Sport” klubu olaraq idmançılarımızın qazandığı uğurlu nəticələr ilə qürur duyuruq və onlara gələcək yarışlarda yeni nailiyyətlər arzulayırıq. 🏆🇦🇿

05/05/2026

🏆 Böyük qürur, böyük uğur! 🇦🇿

“Ocaq Sport” klubunun üzgüçüsü Amin Oruclu “İdman Ustası” adına layiq görülüb. 💪🌊

Əzmkarlığı, zəhməti və uğurlu nəticələri ilə bu ada sahib olan idmançımızı təbrik edir, gələcək yarışlarda yeni zirvələr arzulayırıq! 👏

“Ocaq Sport” ailəsi olaraq səninlə qürur duyuruq!⭐

30/04/2026

“Ocaq Sport” klubunun qadın idman gimnastikası üzrə komandası Maltaya yola düşür! ✈️🇲🇹
Gimnastlarımız 1-3 may tarixlərində baş tutacaq “Fidda Cup” beynəlxalq turnirində ölkəmizi təmsil edəcəklər. 🏆 Yarışdan dərhal sonra isə komandamız təcrübələrini artırmaq və ustalıqlarını təkmilləşdirmək üçün təlim-məşq toplanışında iştirak edəcək. 🤸‍♀️💪
Gimnastlarımıza və məşqçi heyətimizə bu çətin və məsuliyyətli yolda uğurlar arzulayırıq! Qələbə sədaları ilə görüşmək ümidi ilə! 🥇🇦🇿

29/04/2026

Rəqsin zərifliyi gimnastikanın gücü ilə birləşəndə ortaya əsl möcüzə çıxır! 💪💃
Ocaq Sport Klubu olaraq hər kəsi Beynəlxalq Rəqs Günü münasibətilə təbrik edirik. Hərəkətdə qalın, sevgiylə rəqs edin!

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Abbas Səhhət 2
Baku
1072

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00