28/08/2026
Peşəkarlıq bizim üçün nə deməkdir?
Peşəkarlıq yalnız öz sahəni bilmək və yaxşı dərs keçmək deyil.
Peşəkarlıq — etika, sərhəd, hörmət və etimaddır.
Tələbənin şəxsi, maddi və sosial vəziyyətini müzakirə etməmək; şəxsi və fiziki sərhədlərinə hörmət etmək; razılığı olmadan toxunmamaq.
Dərsə fokuslanmaq, tələbələrin qarşısında bayağı söhbətlərə, studiyanın və həmkarların müzakirəsinə yol verməmək.
Studiyanın etimadından istifadə edib tələbəni şəxsi kanallara və xidmətlərə yönləndirməmək.
Çalışdığın studiyanın qaydalarına, standartlarına və nüfuzuna hörmət etmək. Fikir ayrılıqlarını tələbələrin qarşısında deyil, rəhbərliklə peşəkar şəkildə müzakirə etmək.
Sənə göstərilən etimada layiq olmaq.
Tələbənin yanında başqa, rəhbərlik və kollektiv daxilində başqa cür davranmamaq. Tələbəni studiyadan uzaqlaşdırmağa və ya başqa istiqamətə yönləndirməyə çalışmamaq.
Bizim üçün akademiya sadəcə dərs keçilən məkan deyil. Burada bir korporativ mədəniyyət və standart formalaşdırılır.
Bəzən bu standartları qorumaq asan olmur. Hətta itki bahasına seçim etmək lazım gəlir. Amma düzgün insanlarla işləmək və sağlam iş mühitini qorumaq bizim üçün daha vacibdir.
Bu yolda bizimlə olan və bizə güvənən hər kəsə təşəkkür edirik💜
21/08/2026
Fərqli məktəblər, eyni yol!
Hər birimiz fərqli yoga məktəblərindən dərs almış, fərqli müəllimlərin yanaşmalarını mənimsəmiş ola bilərik. Klassik yoga təlimlərinə zamanla müxtəlif müəllimlər tərəfindən əlavə edilmiş metod və yanaşmalar əsasında dərs keçə, bəzən onların mahiyyətini bilərəkdən və ya bilmədən təbliğ edə, hətta digər yanaşmaları tənqid edə bilərik.
Bəzən bunu anatomik və elmi araşdırmalara əsaslanaraq edirik, bəzən isə heç bir dərin araşdırma aparmadan, sadəcə “klassik belə deyir” düşüncəsinə söykənirik.
Amma, əsas məsələ bunlardan heç biri deyil.
Tarix boyu bütün elmlərdə və bütün məktəblərdə müxtəlif yanaşmalar, mübahisələr və fikir ayrılıqları olub. Yoga da inkişaf etdikcə müxtəlif insanlar öz biliklərini, təcrübələrini və baxışlarını bu sahəyə əlavə ediblər. Buna görə də fikir ayrılıqları və müzakirələr qaçılmazdır.
Əsas olan isə bir yoga müəllimi, tələbəsi və bütövlükdə yoga cəmiyyəti olaraq bütün bu yanaşmalara hörmətlə yanaşa bilməyimizdir.
Bilmədiyimiz bir məsələ haqqında qəti hökm verməməli, araşdırmadan, məsələnin dərinliyini anlamadan qarşımızdakı müəllimin dediyinin “səhv” və ya “doğru” olduğunu iddia etməməliyik.
Mənə görə, paylaşdığımız hər bir məlumat kiməsə fayda verə bilirsə, dəyərlidir. Amma çalışaq ki, elmi xurafatla qarışdırmayaq və elmin bizi qərəzə, ədalətsizliyə və başqalarını kiçiltməyə aparmasına icazə verməyək.
Yoga — birləşməkdir. Yoga — sevgidir.
Ona görə də bir-birini davamlı olaraq tənqid edən, təhqir edən, digər məktəbləri və müəllimləri kiçildən bir yoga cəmiyyətinə çevrilməyək.
Fərqli ola bilərik. Fərqli düşünə bilərik. Amma bir-birimizə hörmət etməyi bacaraq.
Daha çox araşdıraq, daha az hökm verək.
Daha çox dinləyək, daha az təhqir edək.
Yoga bizi ayırmasın, birləşdirsin. 🙏
18/08/2026
Təşviş pozuntusu və Yoga.
Təşviş yalnız düşüncələrdən ibarət deyil. Bədən və sinir sistemi də bu prosesin bir hissəsidir.
Təşviş zamanı simpatik sinir sistemi daha uzun müddət aktiv qala bilər. Ürək döyüntüsünün sürətlənməsi, nəfəsin dəyişməsi, əzələ gərginliyi, sinədə sıxılma və daim “hazır vəziyyətdə olmaq” hissi bunun fiziki əlamətlərindəndir.
Panik atak zamanı isə bu reaksiya daha kəskin şəkildə özünü göstərə bilər. Bədəndə yaranan hisslər təhlükə kimi qəbul edildikdə, qorxu və fiziki simptomlar bir-birini gücləndirə bilər.
Bəs yoga burada hansı rolu oynayır?
Yoga yalnız fiziki hərəkət deyil. Nəfəs, hərəkət, diqqət və bədən fərqindəliyinin birlikdə istifadəsi sinir sisteminin tənzimlənməsini və daha sakit fizioloji vəziyyətə keçidi dəstəkləyə bilər.
Bu səbəbdən təşviş və panikaya meyllilik zamanı çox sürətli və yüksək intensivlikli dinamik dərslər tövsiyə edilmir. Daha yavaş, ritmik, nəfəs yönümlü, yumşaq və fərdiləşdirilmiş praktikalar daha uyğun seçim ola bilər.
Məqsəd bədəni daha çox stimullaşdırmaq deyil — sinir sisteminin tənzimlənməsinə və bədənlə daha təhlükəsiz əlaqə qurmağa şərait yaratmaqdır.
Əgər təşviş, panika və ya yuxu problemləri ilə bağlı hansı yoga praktikasının sizə uyğun olduğunu öyrənmək istəyirsinizsə, bizimlə əlaqə saxlaya bilərsiniz.
📩 Fərdi seanslar və uyğun yoga praktikasının seçimi haqqında ətraflı məlumat üçün DM-ə yazın.
15/08/2026
Beynəlxalq Yoga Müəllimlik Təlimi üçün SON qeydiyyat başladı 📢
Yoga müəllimliyi sahəsində peşəkar bilik və Beynəlxalq səviyyədə tanınan sertifikat əldə etmək istəyənlər üçün yeni qrupun qeydiyyatı açıqdır.
🗓️Təlim tarixləri: 7 sentyabr – 12 oktyabr
Dərslər həftəiçi keçiriləcək:
• 1-ci, 3-cü və 5-ci günlər:
🕝 14:00–20:00
• 2-ci və 4-cü günlər:
🕝 09:00–15:00
Modullar üzrə ətraflı dərs cədvəli yalnız kursla maraqlanan və qeydiyyat üçün müraciət edən iştirakçılarla paylaşılacaq.
Tədris materialları Azərbaycan, İngilis və Rus dillərində təqdim olunur.
📜Təlimi uğurla başa vuran iştirakçılar Yoga Academy Baku və The Yoga Academy UK Ltd tərəfindən təqdim olunan ikili sertifikat əldə edəcəklər.
Proqramın üstünlükləri
• 10 ildən artıq müəllimlik və təlim təcrübəsi
• Hissəli ödəniş imkanı
• Beynəlxalq tədris proqramı
• Praktiki və nəzəri biliklərin balanslaşdırılmış tədrisi
Qeydiyyat üçün son tarix: 30 Avqust !
⚠️ 30 avqustdan sonra qeydiyyat qəbul edilməyəcək. Tədris proqramının planlaşdırılması səbəbindən son anda edilən müraciətlər üçün istisna nəzərdə tutulmur.
Əlaqə və qeydiyyat:
✉️[email protected]
📞+994 55 446 48 02
11/08/2026
🔥 БАЛАНСЫ НА РУКАХ — МАСТЕР-КЛАСС
На этом мастер-классе мы будем исследовать разные виды нижних балансов на руках и учиться находить устойчивость, силу и контроль в каждом движении.
👨🔧Разберём технику и правильное выравнивание
💪 Поработаем с силой и стабильностью
🧘♀️ Научимся лучше контролировать тело и находить баланс
Мастер-класс подойдёт как новичкам, так и практикующим, которые хотят попробовать новые элементы и расширить свою практику.
📅 23 августа
⏰ 12:00–14:00
📍 Yoga Academy Baku
☕ Чай и кофе включены
📩 Для записи: Direct или 055 446 48 02
Количество мест ограничено — бронируйте своё место заранее 🤍
#баланснаруках #йогабаку
02/08/2026
🇬🇧 Become a Yoga Alliance–certified yoga teacher with Yoga Academy UK.
Applications are now open for Yoga Academy UK’s 200-Hour Yoga Teacher Training (RYT 200) in Baku.
This immersive teacher training is designed for dedicated practitioners who wish to deepen their practice and gain the knowledge, practical skills, and confidence to teach professionally. The programme is delivered by a Yoga Alliance Registered Yoga School (RYS 200) and meets internationally recognised Yoga Alliance educational standards.
During the training you will explore:
✔ Asana, alignment & adjustments
✔ Pranayama & meditation
✔ Functional anatomy & biomechanics
✔ Yoga philosophy & ethics
✔ Teaching methodology, sequencing & practicum
The programme is led by Yoga Academy Baku & UK Founder & Program Director Gultakin Azimova together with
Lead Trainer Flora Loder(E-RYT500,YACEP).
Our international journey in yoga education began in 2018 through our partnership with Yoga in the World School, an internationally accredited Registered Yoga School (RYS). Over the years, we have delivered local teacher trainings, CPD programmes, and specialist courses, supporting practitioners and teachers in their professional development.
Most recently, we introduced Yoga Academy UK’s 100-hour Teacher Training curriculum to Baku. Building on that experience, we are now proud to offer our first fully Yoga Alliance–registered 200-Hour Teacher Training, combining years of teaching experience with internationally recognised standards.
📅 19 October – 12 December 2026
📍 Yoga Academy Baku
👥 Limited to 12 participants
📝 Applications close: 30 September 2026
Whether you dream of becoming a yoga teacher or simply want to deepen your personal practice, this training offers the knowledge, experience, and internationally recognised certification to support your journey.
Applications are now open. Secure your place via the link in our bio.
25/07/2026
💳 Artıq Yoga Academy Baku-da ödənişlər daha rahat!
Bütün kurslarımız, müəllim hazırlığı proqramlarımız və abunə dərslərimiz üçün BirKart ilə ödəniş edə bilərsiniz.
✔️ Müştərinin istəyinə uyğun hissə-hissə ödəniş imkanı
✔️ Rahat və sürətli rəsmiləşdirmə
✔️ Kursa dərhal başlama imkanı
Birbank
Ətraflı məlumat və qeydiyyat üçün:
📞 055 446 48 02
📩 [email protected]
📱 Yoga Academy Baku by Gultakin Azimova
24/07/2026
📣 Beynəlxalq Yoga Müəllim Hazırlığı Proqramına növbəti qeydiyyat açıqdır!
Bu proqram sistemli yanaşma üzərində qurulmuş, Beynəlxalq və peşəkar təhsil standartlarını özündə birləşdirən müəllim hazırlığı proqramıdır.
Proqram sizə nə qazandıracaq?
• Beynəlxalq kurrikulum əsasında təhsil
• Yoga anatomiyası, fəlsəfəsi, pranayama, meditasiya və asana metodikası üzrə dərin nəzəri və praktiki biliklər
• Təhlükəsiz və peşəkar tədris metodologiyası
• Düzgün texnika, müşahidə və düzəliş bacarıqları
• Şəxsi praktikanızda inkişaf və özgüvənli tədris bacarığı
🌍 Əlavə imkanlar
• Beynəlxalq sertifikat
• Böyük Britaniya və ABŞ-dakı əməkdaş studiyalar üçün tövsiyə məktubu (yaşayış və iş hüququ olduğu halda)
📅 Başlanğıc: 7 sentyabr 2026
⏰ Dərslər: Həftəiçi günlər, əsasən 13:00–20:00 aralığında keçiriləcək. Dəqiq cədvəl qeydiyyata maraqlı iştirakçılarla paylaşılır
⚠️ Son qeydiyyat tarixi: 30 avqust, saat 20:00
📍 Yoga Academy Baku
📩 Ətraflı məlumat və qeydiyyat üçün bizə Direct (DM) yazın və ya WhatsApp vasitəsilə əlaqə saxlayın.
📧 [email protected]
📞 +994 55 446 48 02
20/07/2026
Yoga Academy Baku olaraq son zamanlar Yoga Alliance akkreditasiyası ilə bağlı geniş yayılmış yanlış anlaşılmaların və yanlış yönləndirmələrin qarşısını almağı, yoga ictimaiyyətini düzgün məlumatlandırmağı öz üzərimizə götürürük.
İlk növbədə onu qeyd etmək istəyirik ki, sertifikatın üzərində “RYT 200” və ya “RYT 500” yazılması, yaxud Yoga Alliance loqosunun olması hələ həmin sertifikatın Yoga Alliance tərəfindən tanınması demək deyil.
Yoga Alliance qaydalarına əsasən, gələcəkdə sizin RYT kimi rəsmi qeydiyyatdan keçə bilməyiniz üçün yalnız təhsil aldığınız saatlar deyil, həmin təhsili verən qurum və proqram da müəyyən standartlara cavab verməlidir.
Bunun üçün:
✅ Təhsil aldığınız məktəb Yoga Alliance-da qeydiyyatdan keçmiş RYS (Registered Yoga School) olmalıdır.
✅ Proqramın Lead Trainer-i minimum E-RYT 500 statusuna malik olmalıdır.
✅ Sertifikat həmin RYS məktəbi tərəfindən təqdim edilməlidir.
Müəllim hazırlığı proqramına yazılmazdan əvvəl sizə dərs keçəcək Lead Trainer-in və məktəbin adını Yoga Alliance-ın rəsmi sistemində yoxlamağınızı tövsiyə edirik.
Əgər sizə proqram təqdim edən şəxs və ya məktəb öz Yoga Alliance qeydiyyatını göstərə bilmirsə, yaxud proqram rəsmi RYS tərəfindən həyata keçirilmirsə, həmin proqramın sonunda verilən sertifikat gələcəkdə Yoga Alliance qeydiyyatı üçün əsas olmaya bilər.
Təəssüf ki, son illərdə studiyamıza müəllim kimi müraciət edən bəzi şəxslərin bu cür yanlış məlumatlandırıldığının şahidi olmuşuq. Onlar illərlə Yoga Alliance sertifikatı aldıqlarını düşündükləri halda, sonradan bu sertifikatların Yoga Alliance qeydiyyatı üçün uyğun olmadığını öyrəniblər.
Bu paylaşımın məqsədi heç kimi tənqid etmək deyil. Məqsədimiz yoga müəllimi olmaq istəyən hər kəsin doğru məlumat əsasında seçim etməsinə kömək etmək və gələcəkdə belə halların qarşısını almaqdır.
Məlumatlı olun. Yoxlayın. Sonra qərar verin.
15/07/2026
Növbəti Uşaq Yoqası Müəllim Hazırlığı Kursuna qeydiyyat başladı! 🥳
Yoga Academy Baku növbəti Uşaq Yoqası Müəllim Hazırlığı Kursu üçün qeydiyyatı açıq elan edir.
📢 Diqqət! Bu kurs yay mövsümündə keçiriləcək son Uşaq Yoqası Müəllim Hazırlığı Kursu olacaq. Yer sayı məhdud olduğundan qeydiyyatınızı öncədən tamamlamağınızı tövsiyə edirik.
⏳ Son qeydiyyat tarixi: 18 avqust
🗓 Cədvəl:
📅 24 avqust | 🕝 14:30–17:00
📅 26 avqust | 🕝 14:30–17:00
📅 28 avqust | 🕝 14:30–17:00
📅 31 avqust | 🕝 14:30–17:00
📝 İmtahan
📅 5 sentyabr | 🕛 12:00
📍 Məkan: Yoga Academy Baku
📍 Ünvan: Bəşir Səfəroğlu 123, Old Town Plaza, 5-ci mərtəbə, ofis 504
👥 Kurs kimlər üçün nəzərdə tutulub?
* Yoga üzrə baza təhsili olan müəllimlər
* Məktəbəqədər təhsil müəssisələrinin (bağça) müəllimləri
* Məktəb müəllimləri
* Uşaq psixoloqları
* Gimnastika və digər idman növləri üzrə müəllim və məşqçilər
📞 Qeydiyyat və ətraflı məlumat:
055 446 48 02
Bu proqram uşaqlarla çalışan mütəxəssislərə uşaq yoqasının metodikasını, yaş xüsusiyyətlərinə uyğun dərs planlaşdırılmasını və təhlükəsiz tədris prinsiplərini öyrətmək məqsədi daşıyır. 💚