Velo Təlim Səhərlə

Velo Təlim Səhərlə

Share

Əziz xanımlar! Velosiped sürmək istəyirsiz, lakin bacarmırsız? Bizə müraciət edin! Professionel xanım velosipedçi ilə professional təlimə qoşulun!

Tez ve asan, yixilmadan oyrenin!0514916778

16/06/2026

Azərbaycanda ilk dəfə!

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə Məktəblilərin Respublika İdman Olimpiadası (MRİO 2026) keçiriləcək.

Olimpiadanın rəsmi açılış mərasimi iyunun 20-də Bakı Kristal Zalında baş tutacaq.

MRİO Azərbaycanın müxtəlif bölgələrindən məktəbliləri bir araya toplayacaq. İdman yarışları 21-26 iyun tarixlərini əhatə edəcək.

🥇 12 idman növü
📍 59 bölgə
👥 2000+ iştirakçı

✅ Bu layihə məktəblilər arasında idmanın inkişafına, sağlam həyat tərzinin təşviqinə, fiziki hazırlığın yüksəldilməsinə və istedadlı gənclərin üzə çıxarılmasına xidmət edir.

Gələcəyin çempionları Məktəblilərin Respublika İdman Olimpiadasında müəyyənləşəcək!

05/06/2026
03/06/2026

Call now to connect with business.

Photos from Azerbaijan Cycling Federation's post 03/06/2026
03/06/2026

🇦🇿 Ümumdünya Velosiped Günümüz mübarək 🥰

🌍 Happy World Bicycle Day 🚴‍♂️

➡️ UCI • UEC - Union Européenne de Cyclisme •

Photos from Naxçıvan MR Gənclər və İdman Nazirliyi's post 26/05/2026
Photos from Velo Park İcması's post 17/05/2026
30/04/2026

3 may ilə hərəkətdə qalmaq, özünlə yarışmaq və minlərlə insanlarla eyni enerjini paylaşmaq həqiqətən unudulmaz olacaq😍 Təşəkkürlər 🤍 💜

13/04/2026

Maşının arxasına bu cür velosiped daşıyıcısı bərkidirsən və düşünürsən hər şey qaydasındadır.

Amma qanun başqa şey deyir. 👇

"Yol hərəkəti haqqında" Qanunun 32-ci maddəsinin III hissəsinə görə yükün daşınmasına yalnız bu şərtlə icazə verilir:

✅ Sürücünün ətrafı görməsini məhdudlaşdırmamalıdır

✅ Xarici işıq siqnallarının, işıqqaytarıcıların üstünü tutmamalıdır

✅ Dövlət qeydiyyat nişanının üstünü tutmamalıdır

✅ Yükün qabaritinin kənarından 1 metrdən çox kənara çıxdıqda, "İri qabaritli yük" tanınma nişanı ilə işarələnməlidir

✅ Gecə vaxtı: qabaqdan ağ, arxadan isə qırmızı işıq fənəri ilə işarə olunmalıdır

Şəkildəki daşıyıcıda nə problem ola bilər?

🔴 Arxa qeydiyyat nişanı tam örtülərsə, bu birbaşa pozuntudur

🔴 Arxa işıq siqnalları görünməzsə, başqası sənin əyləclədiyini görmür

🔴 Gecə işıqsız aparılırsa, əlavə təhlükə + qanun pozuntusu

Cəriməsi nədir?

Bu pozuntular İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə düşür — yük daşıma qaydalarının pozulması:
💸 40 manat cərimə

Düzgün necə aparmalı?

→ Qeydiyyat nişanı mütləq görünməlidir
→ Arxa işıqlar açıq qalmalıdır.
→ Gecə aparırsansa, qırmızı işıqqaytarıcı mütləqdir

Velosiped aparmaq qadağan deyil. Amma düzgün aparılmalıdır. 🚗🚲

Bu məlumat lazımlı oldu? Dostuna göndər 👇

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Heydar Aliyev Avenue, Surakhany Circle
Baku