12/06/2026
✅“Sabah”da braziliyalı müdafiəçi
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Braziliyalı müdafiəçi Junior Erivaldo Almeyda bundan sonra “bayquşlar”ın uğurları üçün çalışacaq. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.
Almeyda Portuqaliyanın “Maritimu” klubundan transfer edilib.
12/06/2026
🇦🇿🔹11 klub “Turan Tovuz”a görə CAS-a müraciət etdi
Azərbaycan Premyer Liqasında mübarizə aparan klublardan birinin təşəbbüsü ilə UEFA-ya və CAS-a müraciət olunub.
Müraciət “Turan Tovuz”un 2026/27 mövsümü avrokuboklardan uzaqlaşdırılması barədə UEFA-nın verdiyi qərarla bağlı bağlıdır.
Tovuz klubunun CAS-a şikayətinə dəstək məqsədilə ünvanlanan müraciəti komandanın Konfrans Liqasında mümkün əvəzləyicisi “Zirə” də daxil olmaqla Misli Premyer Liqasında yarışan 11 klub (“Turan Tovuz” istisna olmaqla) imzalayıb.
Məktubda “Turan Tovuz”un Azərbaycan futbolunun inkişafında oynadığı mühüm rol, son illər apardığı işlər və daha öncə baş verən proseslərin əvvəlki rəhbərliyin dövründə olduğu qeyd edilib.
CAS-da “Turan Tovuz”un şikayətinə iyunun 15-də baxılacağı gözlənilir.
12/06/2026
⭕️ Tuxel Sautqeytin İngiltərə millisindəki qaydasını dəyişdi
Baş məşqçi Tomas Tuxelin rəhbərlik etdiyi İngiltərə millisində yeni qərar qəbul edilib. O, futbolçuların həyat yoldaşları və sevgililərinin komanda ilə birgə qalmasına icazə verib.
Almaniyalı mütəxəssis əvvəlki baş məşqçi Qaret Sautqeytin dövründə tətbiq olunan sərt qaydanı ləğv edib. Beləliklə, futbolçuların ailə üzvləri komandanın düşərgəsində yerləşən oteldə qala biləcək.
Bildirilir ki, bu qərar ABŞ-nin Florida ştatının Uest-Palm-Biç bölgəsində yerləşən oteldə tətbiq olunacaq. Əvvəllər oteldə qalmağa yalnız futbolçular və texniki heyətə icazə verilirdi.
12/06/2026
🗣 Vardi İtaliya futbolunun bərbad vəziyyətdə olmasının səbəbini dəqiqliklə izah edib
-------
"Kremoneze”nin hücumçusu Ceymi Vardi, İtaliya futbolu ilə İngiltərə futbolu arasındakı fərqlərdən danışıb.
İngiltərəli futbolçu, İtaliyada məşqlərin intensivliyinin oyunçuların matçlara yorğun çıxmasına səbəb olduğunu bildirib:
“İtaliyada çox məşq edirlər, oyunlar üçün enerjiniz qalmır. İngiltərə ilə müqayisədə burada futbol daha yavaşdır və daha çox müdafiəyə əsaslanır. Daim qaçırsan, məşq edirsən, sonra matça çatanda özünü yorğun hiss edirsən.
İngiltərədə öyrəşdiyimiz kimi, bir dəfə əvvəlki oyundan sonra bir gün istirahət etdik. Hamı meydana təzələnmiş çıxmışdı və 3:1 hesabı ilə qalib gəldik. Düşünürdüm ki, bundan sonra metodlar dəyişəcək, amma dəyişmədi. Səbəb kimi isə növbəti oyunun vacibliyi göstərildi. Mənim fikrimcə isə hər matç vacibdir”
12/06/2026
📺 Dünya çempionatının bu gün və sabah keçiriləcək oyunları
Günün oyunları – TV
Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək. Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir: 12 iyun DÇ-202623:00 Kanada - Bosniya və H (İctimai TV, TRT 1, Matç Premyer, Matç TV) 13 iyun DÇ-202605:00 ABŞ - Paraqvay (İ...
11/06/2026
⚽️ Reytinq: Azərbaycan millisi 2 pillə gerilədi
Azərbaycan millisi FİFA reytinqində iki pillə geriləyib.
Ayxan Abbasovun baş məşqçisi olduğu komanda hazırda 1132.00 xalla 126-cı sırada qərarlaşıb.
Komanda bu ay yoxlama oyununda Maltaya uduzub (0:2), San Marinoya isə qalib (2:1) gəlib.
Reytinqdə son dünya çempionu Argentina seçməsi (1877.27) liderdir. İspaniya (1874.71) ikinci, Fransa (1870.70) üçüncü yerdədir.
11/06/2026
DÇ-2026: Azərbaycanlı məşqçilər hansı komandalara azarkeşlik edəcək❓
Link şərhdə⬇️
11/06/2026
✅RƏSMİ
"Qarabağ”dan braziliyalı futbolçu ilə yeni müqavilə
“Qarabağ” futbolçusu Pedro Bikalyo ilə müqavilənin müddətini uzadıb.
“Köhlən atlar” braziliyalı yarımmüdafiəçi ilə yeni 3 illik sözləşmə imzalayıb. Razılaşmaya əsasən, Pedro Bikalyo 2029-cu ilin yayına qədər komandanın uğurları üçün mübarizə aparacaq.
2025-ci ildən “Qarabağ”ın formasını geyinən 24 yaşlı oyunçu 51 oyun keçirib və 1 qola imza atıb.
11/06/2026
🔴 Kasilyas keçmiş klubundan 3,7 milyon avro tələb edir
İspaniya millisinin və “Real”ın sabiq qapıçısı İker Kasilyas keçmiş klubu “Portu”dan ciddi məbləğdə kompensasiya tələb edir.
Sabiq futbolçu, Portuqaliya komandasında məşq zamanı keçirdiyi infarkt səbəbilə 3,7 milyon avro təzminat istəyir.
Hadisədən bir neçə ay sonra Kasilyas peşəkar karyerasını başa vurmaq qərarına gəlmişdi.
O, iddia edir ki, ürək tutması məşq zamanı həddindən artıq fiziki yüklənmə nəticəsində baş verib və bu hadisə onun həyatına ciddi təsir göstərib:
“İdman zalına gedirəm, padel (tennis) oynayıram, amma çox qaça bilmirəm. Maksimum 50 metr”.
Kasilyas 2020-ci ilin yayında karyerasını başa vurub.