Azerbaijan Fencing Federation

Azerbaijan Fencing Federation

Share

Ünvan: Bakıxanov küç., 6, Bridge Plaza
10-cu mərtəbə, AZ 1065

01/06/2026

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

28/05/2026

28 May – Müstəqillik Günüdür!

27/05/2026

Qurban Bayramınız mübarək! 🌙🐑

Bərəkətli və xoş bayram keçirməyiniz diləyi ilə! 🤍

Photos from Azerbaijan Fencing Federation's post 25/05/2026

Perunun paytaxtı Lima şəhərində keçirilən qılıncoynatmanın sablya növü üzrə qadınların Dünya Kubokuna yekun vurulub. Anna Başta, Səbinə Kərimova, Palina Kaspiaroviç və Zərifə Hüseynovadan ibarət millimiz komanda yarışında yekun sıralamada 24 ölkə arasında 6-cı olub. İlk görüşdə Kolumbiya yığmasına 45:27 hesabı ilə qalib gələn qadın sablyaçılarımız, ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada turnirin reytinq favoritlərindən sayılan Yaponiya seçmə kollektivini 45:39 hesabı ilə məğlub edib.

Bürünc medalın bir addımlığında olan millimiz yarımfinal uğrunda qarşılaşmada Polşa sablyaçıları ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüş Polşa yığmasının 45:44 hesablı qələbəsi ilə başa çatıb.

Komandamız 5-8-ci yerlər uğrunda keçirilən görüşlərdə Koreya Respublikası yığmasını 45:41 hesabı ilə məğlub edib, İtaliya seçmə kollektivinə 42:45 hesabı ilə uduzub.

🤺🇦🇿

Photos from Azerbaijan Fencing Federation's post 24/05/2026

Azərbaycan Texniki Universitetinin qılıncoynatma zallarında yeniyetmə və gənclər arasında Bakı birinciliyinə yekun vurulub.
İki gün davam edən yarışda qılıncoynatmanın sablya və şpaqa növləri üzrə qaliblər müəyyənləşib:

Sablya üzrə yeniyetmə qızlar:
1.İrina Lobas
2.Vikrotiya Lazareva
3.Zəhra Xəlilova, Cahan Sadıxova

Sablya üzrə yeniyetmə oğlanlar:
1.Nəcəf Şabanlı
2.Əbdülmalik Nəsibzadə
3.David Dametov, Sultan Sultanov

Şpaqa üzrə yeniyetmə qızlar:
1.Mirnuray Abasova
2.Aydan Atakişiyeva
3.Jasmin Əliyeva,Esnad Mirzəyeva

Şpaqa üzrə yeniyetmə oğlanlar:
1.Rəhman Məmmədov
2.Bəhram Əliyev
3.Ağamusa Məmmədov,İbrahim İmirzayev

Sablya. Gənclər.
Qızlar:
1.Leyla Əhmədova
2.Ayan Ağasıyeva
3.Fərəh Abasova, İrina Lobas

Oğlanlar:
1.Abbas Hüseynov
2.Nahid Məmmədli
3.Səid Sultanlı, Timur Husnaddinov

Şpaqa. Gənclər.
Qızlar:
1.Xədicə Həsənli
2.Mirnuray Abasova
3.Nəzrin Mehdiyeva,Jasmin Əliyeva

Oğlanlar:
1.Oruc Mİsirzadə
2.Mirxətai Məmmədov
3.Emin Səfərbəyov,Rəhman Məmmədov

Qalib və mükafatçılar diplom və medallarla təltif olunublar.

🤺🇦🇿

AzerbaijanFencing в TikTok 21/05/2026

Rəsmi TikTok hesabımızı təqdim edirik!

🤺🇦🇿

AzerbaijanFencing в TikTok Подписчики: 172, подписки: 3, лайки: 823 — AzerbaijanFencing создает классные короткие видеоролики

10/05/2026

10 May - Ümummilli Lider Heydər Əliyevin doğum günüdür

Photos from Azerbaijan Fencing Federation's post 03/05/2026

Mayın 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Küləyə qalib gəl" şüarı altında növbəti dəfə "Bakı Marafonu - 2026" keçirilib. Marafonda iştirak edənlər arasında qılıncoynadanlarımız da olub.

🤺🇦🇿

31/03/2026

Bu gün 31 Mart soyqırımından 108 il ötür🥀

Faciə qurbanlarının əziz xatirəsini dərin hüzn və hörmətlə yad edirik.

30/03/2026

Bu gün adını Azərbaycan və dünya qılıncoynatma tarixinə qızıl hərflərlə yazdıran Yelena Jemayevanın doğum günüdür. Yelena Jemayeva 1999-cu ildə Koreya Respublikasının Seul şəhərində keçirilən sablya üzrə qadınlar arasında ilk dünya çempionatının qalibidir. İkiqat dünya və Avropa çempionumuz Yelena Jemayevanı yubiley münasibətilə səmimi qəlbdən təbrik edir, gələcək işlərində uğurlar arzu edirik! 🎈🎁🎉🎉🎉🤺🇦🇿

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Bakıxanov Küç. , 6, Bridge Plaza
Baku
AZ1066