03/07/2026
VİTR Fitness sadəcə bir idman zalı deyil, zirvəyə gedən yolda sənə dəstək olan bir icmadır! 🤝
Biz birlikdə daha güclüyük. Sən də bu yolda bizimlə addımlamağa hazırsanmı?
✨ Komandamıza qoşul, dəyişimi hiss et!
25/06/2026
Gücümüz birliyimizdə, intizamımız isə xarakterimizdədir! 🇦🇿🔥
Dözümlülüyün, cəsarətin və polad iradənin canlı nümunəsi olan bütün hərbçilərimizi 26 İyun — Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edirik.
Təbiətdə və zalda, hər yerdə ən güclü olmaq üçün nizam-intizam şərtdir. Ordumuzun sarsılmaz gücü hər zaman bizə motivasiya olsun! 💯💪
FitnessBaku
26/05/2026
Qurban Bayramınız Mübarək! 👋 Bayramın enerjisini məşqlərinə də yansıt! 🔥
Bayram özəl kampaniyamız başladı: LİMİTSİZ ABONƏLİKLƏRƏ 20% ENDİRİM! 😱
⏳Tələs, kampaniya 31 Maya qədər davam edir!
09/05/2026
Güclü dövlət, güclü lider və sağlam gələcək. Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümündə Onun əziz xatirəsini dərin hörmətlə anırıq.🇦🇿
20/03/2026
VİTR Fitness ailəsi olaraq, bu mübarək günün sizə və ailənizə sevgi, sülh və bərəkət gətirməsini arzulayırıq. Qəlbiniz hüzurla, süfrəniz ruzi ilə dolsun.
🗓️ Xatırlatma: 20-21-22 mart tarixləri klubumuzda qeyri-iş günləridir.
💪 23 martdan etibarən məşqlərimizə qaldığımız yerdən, daha böyük ruh yüksəkliyi ilə davam edəcəyik!
19/03/2026
Baharın gəlişi – Novruz bayramı və müqəddəs Ramazan ayı münasibətilə hər birinizi ürəkdən təbrik edirik! 🎉
Bayram günlərində dincəlməyiniz və sevdiklərinizlə vaxt keçirməyiniz üçün, 20-21-22 mart tarixlərində VİTR Fitness-də qeyri-iş günləri elan olunur. Bu tarixlərdə klubumuz bağlı olacaq.
23 mart tarixindən etibarən yenidən enerjili məşqlərimizə davam etmək üçün sizi gözləyirik. Bayramlarınız mübarək! 💪
17/03/2026
Torpaq oyanır, sən də oyan! 🔥💪
Gücünüz tükənməz, çərşənbəniz mübarək olsun! 🇦🇿🏋️♂️
07/03/2026
Gücü ilə ilham verən, zərifliyi ilə dünyanı gözəlləşdirən bütün xanımların 8 Mart Beynəlxalq Qadınlar Günü mübarək! 🌸💪
Hər zaman enerjili və hədəflərinizə sadiq qalmağınız diləyi ilə!
04/03/2026
🏋🏻♂️ 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü
Bütün idmançıları, məşqçiləri və sağlam həyat tərzini seçən hər kəsi ürəkdən təbrik edirik!
Zəhmətiniz, intizamınız və mübariz ruhunuz daim uğur gətirsin.
Gücünüz daimi, hədəfləriniz böyük olsun! 💪🔥
26/02/2026
🕯 26 Fevral 1992
Xocalı — yaddaşımızdan silinməyən iz, ürəyimizdə bitməyən ağrı.
Unutmadıq. Unutmayacağıq. 🇦🇿