24/05/2026
28 may - Respublika Gününə həsr olunmuş komandalar arası "Respublika Günü Kuboku 2026"🏆 turniri keçiriləcək.
Hər komanda 1-5-ci liqa səviyyəsinə qədər olan oyunçuları təmsil edən, ümumi liqa səviyyəsi 8 olmalı 3 nəfərdən ibarət olacaq. Məsələn, 1+3+4; 1+2+5; 2+2+4; 2+3+3.
Liqada iştirak etməyən oyunçular isə iştirak etdiyi dövrdəki ən yüksək reytinqlə qatıla bilərlər.
⚠️ Turnirdə cəmi 8 komanda iştirak edəcək.
Olimpiya sistemi ilə keçiriləcək turnirdə rəqib-komandalar püşkatma ilə müəyyən olunacaq.
Komandalar öz aralarında 1 setdən ibarət 3 qoşa matçlar keçirəcək.
2 qələbə qazanan komanda qalib olacaq və növbəti mərhələyə keçəcək.
Qalib komanda İrmik Cup-dan 300 AZN mükafat, Mobitek-dən hədiyyələr, Glasstechden kuboklar 🏆🏆🏆 və 17-19 iyul tarixində Bakıda keçiriləcək beynəlxalq turnirə iştirak haqqı qazanacaq.
Başlama saatı: 10.00
24/05/2026
Qurban Bayramına həsr olunmuş
*Tie Break King 2026* turniri
📅 27 may
🕚 Saat: 11:00
Turnir olimpiya sistemi ilə keçiriləcək. Fərqli səviyyəli oyunçular arasında balansı qorumaq üçün “handicap” sistemi tətbiq olunacaq və hesab 10-a kimi oynanılacaq. Məqsəd bütün liqa oyunçularını eyni turnirdə bir araya gətirmək, dostluq və sağlam rəqabət mühitini gücləndirməkdir.
🏆 Mükafatlar:
🥇 1-ci yer — Walker's coffee house-dan 300 AZN kupon
🥈 2-ci yer — Walker's coffee house-dan 200 AZN kupon
🥉 3-cü yer — Walker's coffee house-dan 100 AZN kupon
Qalib oyunçu həmçinin Gardashlar Mebel tərəfindən kubokla 🏆 təltif olunacaq və qaliblər 17–19 iyul tarixlərində Bakıda keçiriləcək beynəlxalq turnirdə iştirak haqqı qazanacaq.
Oyunçuların liqa səviyyəsinə əsasən başlanğıc hesab fərqli olacaq:
Liqalar Başlanğıc hesab
1️⃣ vs 2️⃣ 0–3
1️⃣ vs 3️⃣ 0–5
1️⃣ vs 4️⃣ 0–7
1️⃣ vs 5️⃣ 0–8
2️⃣ vs 3️⃣ 0–3
2️⃣ vs 4️⃣ 0–5
2️⃣ vs 5️⃣ 0–7
3️⃣ vs 4️⃣ 0–3
3️⃣ vs 5️⃣ 0–5
4️⃣ vs 5️⃣ 0–3
⏳ Qeydiyyat üçün son tarix:
📅 26 may, saat 12:00
14/05/2026
İdris Namazov — ardıcıl 3-cü çempionluq 🏆
Ardıcıl üçüncü çempionluq (60–61–62) onun Liqadakı dominantlığını bir daha təsdiqlədi. Mövsüm boyu sabit oyun, soyuqqanlı qərarlar və kritik anlarda göstərilən oyun bu titulun əsas açarları oldu.
19/04/2026
Tennis.az-ın keçirdiyi sorğunun nəticələrinə əsasən, Azərbaycanda ən çox tanınan tennisçi Maria Sharapova seçilib.
O, Women's Tennis Association reytinqində karyerası ərzində bir neçə dəfə dünya №1 olub və ümumilikdə 5 “Böyük Dəbilqə” turnirinin qalibidir.
Maria Sharapova peşəkar tennis karyerasını 2020-ci ildə başa vurub. O, 19 aprel 1987-ci ildə anadan olub və bu gün 39 yaşını qeyd edir 🎾
Sizcə, siyahıda başqa kimlər olmalı idi? 👇
28/03/2026
🎾 Rafiq Həsənov Tennis.az Liqasının Fəxri Üzvü elan olundu!
🔹 Liqaya uzunmüddətli töhfələri, nümunəvi davranışı və daim fəal iştirakı nəzərə alınaraq, 22 mart tarixində Rafiq müəllim bu fəxri ada layiq görüldü.
✨ Varlığı ilə motivasiya verən, hər zaman hər sahədə dəstək olan və liqamıza güc bəxş edən Rafiq müəllimi ürəkdən təbrik edirik!
👏 Ona gələcək fəaliyyətində daha böyük uğurlar arzulayırıq!
11/03/2026
Idris Namazov — ikiqat çempion: 61-ci Liqada inamlı qələbə
61-ci Liqa 2025-ci ilin dekabrından 2026-cı ilin fevralınadək davam edərək son dövrlərin ən uzunmüddətli etapı oldu — turnir müxtəlif divizion və qruplarda onlarla oyunçunu bir araya gətirdi. İdris Namazov çempionluq statusunu qoruyaraq ardıcıl olaraq iki dəfə çempion titulunu qazandı.
61-ci Liqadakı qələbə İdris üçün ardıcıl ikinci çempionluqdur (60-cı və 61-ci Liqalar).
Üç ay davam edən müddət ərzində göstərilən sabit oyun tərzi onun həm ustalığını, həm də psixoloji dayanıqlığını nümayiş etdirdi.
Gərgin rəqabət şəraitində Namazov bütün oyunlarda üstünlüyünü qorumağı bacardı və ciddi səhvə yol vermədi.
Ümumi mükafat fondu 2000 AZN olan mərhələnin çempionu İdris Namazov 500 AZN, ikinci yerin sahibi Mohamed Helmi isə 250 AZN pul mükafatı qazandı.
Mövsüm başa çatdıqdan sonra İdris Namazov fikrini belə bildirdi:
“Liqanın çempionu olmaqdan daha yaxşı nə ola bilər ki? Məncə Liqanı ikinci dəfə qazanmaq.”
61-ci Liqa başa çatdı. İndi hamını maraqlandıran sual budur: növbəti mərhələdə kimsə çempionun qələbə seriyasını dayandıra biləcəkmi?
31/12/2025
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bütün tennis ailəmizi ürəkdən təbrik edirik!
Qoy birliyimiz kortda da, həyatda da bizi daha güclü etsin. Uğurlarımız daim artsın, bir olaq, həmrəy olaq. 🎾🔥Qarşıdan gələn yeni il bizə sağlamlıq, uğur və böyük qələbələr gətirsin.🤗
01/12/2025
🎾 Liqada Yeni Çempion – İdris Namazov! 🎉
Böyük məmnuniyyətlə bildiririk ki, 60-cı liqanın çempionu İdris Namazov oldu!
İdris liqa boyunca göstərdiyi əzmkarlıq və yüksək performansla 7 oyundan 7 qələbə qazanaraq möhtəşəm nəticə ortaya qoydu.
Bu liqada göstərdiyi oyunla həm rəqiblərinə nümunə oldu, həm də liqanın yeni tarixini yazdı.
Təbrik edirik, İdris! Uğurlarının davamını arzu edirik! 👏🔥
26/11/2025
170 azn
Qrupda 4 nəfər olur
Həftədə 2 dərs olur
90azn
Qrupda 4 nəfər olur
Həftədə 1 dərs olur