14/05/2018
Şağan FK ucun Region LIqa'si bitdi
Şağan FK na destek olan her zaman yanimizda olan oz azerkewlerimize minnetdarligimizi bildiririk coxsagolun her zman yanimizda olduz...
Yeni movsumde gorusmek umidi ile...
13/05/2018
Region Liqasının Play-off mərhələsinə vəsiqə qazanan"Şağan FK" bugün Bayıl Arena stadionunda Sumqayıtın "Uğur FC" komandası ilə qarşılaşacaq.
Komandamızı bu vacib oyunda tək qoymaq olmaz!
Rəqibimizlə oyunda sizin də dəstəyinizlə qələbəyə inanırıq!
Gəlin və 12-ci oyunçumuz siz olun!
⚽ “Şağan FK” - “Uğur FC”
🗓 13/05/2018
🕘 17:00
🏟 “Bayıl Arena”
📱
05/05/2018
Region Liqasının XII turunda "Şağan FK" səfərdə Qobustanın "Şıxlar" komandası ilə qarşılaşacaq,
Play-off mərhələsinə vəsiqə qazanan Şağanımız qrupda son oyununa çıxacaq
⚽ “Şıxlar” - “Şağan FK”
🗓 06/05/2018
🕘 14:00
🏟 “Dalğa Arena”
📱
22/04/2018
Region Liqasının XI turu çərçivəsində keçirilən oyunda "Şağan FK" klubu "Tufan FK" kollektivinə 2:1 hesabı ilə qalib gələrək turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.
⚽ "Şağan FK" 2:1 "Tufan FK"
📍 Şağan OİK stadionu
📱
Xəzərin sahilindən , zirvələrə doğru !
19/04/2018
"Şağan FK" ın futbolçusu Tural Lətifov aprelin 22 si baş tutacaq Tufan ilə görüş barədə fikirlərini bildirib.
- Bazar gününki matç final oyunu kimidir. Uduzsanız,Region Liqası sizin üçün erkən bitə bilər. Bu mənada, “Tufan FK” ilə qarşılaşma sənə əlavə motivasiya verir?
Mənim üçün “Şağan FK” forması geyinmək özü bir motivasiyadır. Ölüm-dirim oyunu olacaq. Hər oyunda komandama xeyir verməyə çalışıram. Birinci növbədə komandanı, sonra isə azarkeşləri düşünürəm.
- Oyun haqda təəssüratlarınız necədir?
Bizim üçün həlledici oyun olacaq , meydandan 3 xalla ayrılmağa çalışacağıq.
- Tufan ilə əvvəlki oyunları nəzərə alsaq rəqibinizdən üstün olmaqınız diqqət çekir , buda əlavə arxayınçılıq kimi qəbul edilə bilər , Belə matça köklənmək çətin deyil?
Bizdə bu cür təcrübə var. Rahatlaşmaq olmaz. Çünki rəqib bizim kimi qələbəyə oynayacaq. Çalışacağıq ki, qələbə qazanaq.
- Hücumameylli oynamaq sizə rahatdır?
Açığı, oyuna çıxanda bunu düşünmürəm. Mənim əsas fikrim komandamın uğur qazanmasıdır , baş məşqçi hansı tapşırığı versə, onu etməyə çalışacam.
19/04/2018
Region Liqasının XI turunda "Şağan FK" doğma meydanda Bakının "Tufan FK" komandası ilə qarşılaşacaq ,play-off mərhələsinə vəsiqə üçün mubarizədə komandamıza dəstək olmaqa dəvət edirik.
⚽ “Şağan FK” - “Tufan FK”
🗓 22/04/2018
🕘 13:00
🏟 “Şağan OİK stadionu”
📱
18/04/2018
Komandamızın futbolçusu Tural Lətifovun premyer.az saytına verdiyi müsahibəni sizə təqdim edirik.
(LAYİHƏ) REGİON LİQASI: "Onları tanıyaq" rubrikasında - Tural Lətifov ("Şağan" FK, VİDEO, FOTOLAR)
AFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az saytı Ölkədaxili yarışlar” layihəsi çərçivəsində Region Liqasını işıqlandırmaqda davam edir. Premyer.az saytı Region Liqasında çıxış