31/08/2026
Yay tətilinin son günlərində avarçəkmə və kanoe idmanını öyrən
Azərbaycan Su İdman Növləri Federasiyası tərəfindən 7–11 sentyabr tarixlərində 12–16 yaşlı məktəblilər üçün yay məktəbi təşkil olunacaq.
Yay tətilinin son günlərini səmərəli və faydalı keçirmək məqsədilə keçiriləcək layihə çərçivəsində iştirakçılar su idmanı növləri ilə tanış olacaq, kayak, kanoe və akademik avarçəkmə üzrə praktiki məşğələlərdə iştirak edəcəklər.
Proqrama uşaqların Bakı Avarçəkmə və Kanoe İdmanı Klubuna gedişi-gəlişi (Azneft dairəsi / 10:00-16:00) və qidalanma daxildir.
Təlimlər zamanı iştirakçıların su idmanına marağının artırılması, fiziki aktivliyə və sağlam həyat tərzinə təşviq olunması əsas diqqət mərkəzində saxlanılacaq. Yay məktəbi çərçivəsində keçiriləcək məşğələlər zamanı xüsusi bacarığı və potensialı ilə seçilən uşaqlar da müəyyənləşdiriləcək.
Perspektivli iştirakçıların gələcəkdə su idmanı növləri üzrə məşqlərə cəlb olunması və onların idman karyeralarının inkişafına dəstək göstərilməsi nəzərdə tutulur.
Azərbaycan Su İdman Növləri Federasiyası bu layihə ilə məktəblilərin asudə vaxtının səmərəli təşkilinə, su idmanı növlərinin təbliğinə və yeni istedadların üzə çıxarılmasına töhfə verməyi qarşıya məqsəd qoyur.
Adıyla və dadıyla!
27/08/2026
“Sağlam həyat üçün avar çək!” şüarı ilə Mingəçevirdə kütləvi idman tədbiri keçirilib 🎪
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında Mingəçevirdə “Sağlam həyat üçün avar çək!” devizi altında kütləvi idman tədbiri təşkil olunub. “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən tədbirdə 50-dən çox yeniyetmə və gənc avarçəkən kayak, kanoe və akademik avarçəkmə qayıqlarında nümunəvi çıxışları ilə yadda qalıb.🚣🏻
Tədbirin keçirilməsində əsas məqsəd avarçəkmə idman növünün geniş kütlələr arasında təbliği, sağlam həyat tərzinin təşviqi, fiziki aktivliyin artırılması və insanların su idman növlərinə marağının gücləndirilməsidir.✅
Gənclər və İdman Nazirliyi
26/08/2026
“Viki şəhər” layihəsi çərçivəsində keçirilən beynəlxalq düşərgənin iştirakçıları avarçəkmə bazası ilə tanış olublar
12-16 avqust tarixlərində Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vikimedia Azərbaycan” istifadəçi qrupunun təşkilatçılığı ilə Mingəçevirdə vikipediyanın 25 illik yubileyinə həsr olunmuş “Viki şəhər” layihəsi çərçivəsində “Viki Mingəçeviri sevir” beynəlxalq düşərgəsi keçirilib.
Düşərgə çərçivəsində Azərbaycanla yanaşı Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstandan olan Viki-icmalarının fəal nümayəndələrinin iştirakı ilə zəngin təlim və təcrübə mübadiləsi panelləri baş tutub.
Düşərgədə iştirak edən qonaqlar üçün kanoe və avarçəkmə bazası ilə tanışlıq, praktiki kayak sürüşləri, habelə müxtəlif intellektual yarışlar təşkil olunub.
Gənclər və İdman Nazirliyi Azərbaycanca Vikipediya
26/08/2026
Avarçəkmə “Sea Breeze”də Yay İdman Festivalında 🚣🏻
🗓️27-28 avqust tarixlərində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sea Breeze” ərazisində, “Shore House”un qarşısındakı meydançada Yay İdman Festivalı keçiriləcək.
Saat 16:00-dan 19:00-dək davam edəcək festival çərçivəsində 16 idman növü üzrə nümunəvi çıxışlar və müxtəlif interaktiv fəaliyyətlər təşkil olunacaq.🥮
Festivalda avarçəkmə xüsusi diqqət çəkən idman növlərindən biri olacaq. İştirakçılar avarçəkmə ilə yaxından tanış olmaq, bu idman növünün xüsusiyyətlərini öyrənmək və avarçəkmə avadanlıqları ilə praktiki şəkildə tanış olmaq imkanı əldə edəcəklər.⛵
̇mi̇bi̇rli̇kdə
SEA BREEZE Resort Shore House Restaurant
24/08/2026
Su İdman Növləri Federasiyası SUP (ayaqüstü avarlı lövhə) üzrə turnir keçirib 🏄♂️
Bakı şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Su İdman Növləri Federasiyası (ASİNF) və “Windsurfing Baku” klubunun birgə təşkilatçılığı ilə “Baku SUP Turniri” keçirilib. Bakı şəhərində, Şıxov çimərliyində, Veloparkla üzbəüz ərazidə təşkil olunan yarış kişilər, qadınlar və uşaqlar olmaqla, üç kateqoriya üzrə keçirilib.✅
Maraqlı və əyləncəli mübarizə şəraitində keçən yarışda qaliblər diplom və medallarla mükafatlandırılıb. Həmçinin onlara SUP və kayak üzrə bir günlük dərslərdə ödənişsiz iştirak etmək şansı verilib.🥇🥈🥉
Qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd gənclər arasında SUP idman növünün daha geniş təbliğ olunması, bu sahəyə marağın artırılması və sağlam həyat tərzinin təşviq edilməsidir.
Yarışın texniki nəticələri:
Kişilər
I – Tair Salixov
II – Nail Ramazanov
III – Fərid Vəzirov
Qadınlar
I – Əsmər Qasımova
II – Gülzar Nəcəfli
III – Cəmilə Quliyeva
Uşaqlar
I – Mikayıl Məmmədzadə
II – Kamal Bəşirli
III – Nurlan Ağazadə
Adıyla və dadıyla! Bakı Şəhər Gənclər və İdman İdarəsi Windsurfing Baku
23/08/2026
24-30 avqust tarixlərində Amsterdamda akademik avarçəkmə üzrə Dünya Çempionatında iştirak edəcək Ziya Məmmədzadə və Nurlan Paşayev Niderlanda yola düşüb. 🚣♀️
Qeyd edək ki, təmsilçilərimiz ikinəfərlik qayıqda yüngül çəkidə mübarizə aparacaqlar.
Gənclər və İdman Nazirliyi National Olympic Committee .europe Everything canoe, kayak, and SUP World Rowing Adıyla və dadıyla!
Зия Мамедзаде
22/08/2026
🚣🏻Kanoeçimiz Polşada keçiriləcək Dünya Çempionatında iştirak edəcək
📅26-30 avqust tarixlərində Polşanın Poznan şəhərində kayak və kanoe üzrə Dünya Çempionatı keçiriləcək. Azərbaycan Su İdman Növləri Federasiyası yarışda Tatyana Smilovenko ilə təmsil olunacaq. Komandaya kanoe üzrə yığmanın baş məşqçisi Aleksandr Jukovski rəhbərlik edəcək.
Xatırladaq ki, Tatyana iyulda Macarıstanın Seqed şəhərində gənclər və 23 yaşadək avarçəkənlər arasında keçirilmiş Avropa çempionatında gümüş medal qazanıb.🥈
Gənclər və İdman Nazirliyi National Olympic Committee .europe Everything canoe, kayak, and SUP World Rowing Adıyla və dadıyla!
Tanya Smulovenko
20/08/2026
Bakı komandasının növbəti məşqindən maraqlı görüntülər🚣🏻
Adıyla və dadıyla!