Sabah FC

Sabah FC

Share

Sabah Futbol Klubu - Rəsmi səhifəsi
Sabah Football Club official page

Photos from Sabah FC's post 09/08/2026

Futbol həyəcanı start fitindən öncə başlayır! 🩷🖤

“Sabah” – “Orhus” oyunundan 2 saat əvvəl stadiona gəl, fan zonada bizə qoşul və böyük qarşılaşmanın ab-havasını elə ilk andan hiss et! 🏟️🔥

Oyuna birlikdə köklənək, Avropa gecəsini birlikdə yaşayaq!

Sabah bizik!🦉

09/08/2026

KİV-in diqqətinə

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Orhus” oyunu öncəsi təşkil ediləcək açıq məşqlərin və mətbuat konfranslarının vaxtları bəlli olub.

“Sabah”ın oyun öncəsi mətbuat konfransı avqustun 10-da, saat 17:45-də Şüvəlanda yerləşən Ağır Atletika Akademiyasının zalında baş tutacaq. Komandamızın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə həmin gün saat 18:15-də “Sabah” Futbol Mərkəzində keçiriləcək.

“Orhus”un oyun öncəsi mətbuat konfransı avqustun 10-da saat 17:30-da, ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə saat 18:00-da, “Bank Respublika Arena”da baş tutacaq.

“Sabah” – “Orhus” oyunu avqustun 11-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.

Photos from Sabah FC's post 08/08/2026

Bəs sən, biletini almısan? 🕸️🎟️

07/08/2026

Avropa gecəsinə son 4 gün! ⚡️🏟️

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Orhus”la doğma meydanda qarşılaşırıq. Qarşıda bizi 90 dəqiqəlik böyük mübarizə və yüksək temp gözləyir. 🔥

Tribunalardakı hər səs, hər dəstək komandamıza əlavə güc verəcək. İlk fitdən son saniyəyə qədər birlikdə olaq! 🩷🖤

Sabah meydanda, siz tribunalarda — birlikdə daha güclüyük.
Çünki Sabah bizik! 🦉

06/08/2026

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Orhus” oyununa akkreditasiya üçün qeydiyyat başlanılıb.

Qeydiyyat üçün aşağıdakı məlumatlar tələb olunur:

* Qeydiyyatdan keçən şəxsin adı və soyadı;
* Təmsil etdiyi KİV-in adı;
* Vəzifəsi;
* 2025/26 mövsümü üçün PFL vəsiqəsinin surəti;
* Oyundan əvvəl və oyundan sonra keçiriləcək mətbuat konfranslarında iştirak edib-etməyəcəyi barədə məlumat (yerlər məhdud olduğundan, yalnız ilk müraciət edənlərin istəyi nəzərə alınacaq).

Hər KİV üçün 1, televiziya kanalları üçün isə 2 (1 müxbir və 1 operator) akkreditasiya nəzərdə tutulub. Qeydiyyatdan keçmək istəyən şəxslərdən yuxarıda qeyd olunan məlumatları avqustun 9-u, saat 18:00-dək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Təsdiq e-poçtu almış şəxslər akkreditasiyadan keçmiş hesab olunacaqlar.

Photos from Sabah FC's post 05/08/2026

Sizin dəstəyiniz bizi öz evimizdəki kimi hiss etdirdi və komandamıza əlavə motivasiya verdi. Hər zaman yanımızda olduğunuz üçün minnətdarıq! 🇦🇿

Birlikdə daha güclüyük. 🖤🩷

Photos from Sabah FC's post 05/08/2026

Mübarizə dolu gecədən görüntülər. 💪📷

05/08/2026

Əziz azarkeşlər, baş məşqçimiz Valdas Dambrauskasın sizə sözü var.

Hər birinizi avqustun 11-də, "Bank Respublika Arena"da gözləyirik.

Baş məşqçimizin daha ətraflı şərhi ilə yutub kanalımızda tanış ola bilərsiniz.

05/08/2026

Oyun başa çatdı. Bu hələ ilk hissə idi. Bizi qarşıdakı həftədə “Bank Respublika Arena”da cavab oyunu gözləyir. Sizin də dəstəyinizlə mübarizəmiz davam edir!

Orhus - Sabah 2:1

05/08/2026

Umaralidən dəqiq ötürmə, Simiçdən eyni dəqiqlikdə zərbə! Hesab arasındakı fərq azalır.

Orhus - Sabah 2:1

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Qurtuluş 93, Bank Respublika Arena
Baku
0116