“Queen & King of the Court Mixed” turnirindən maraqlı görüntülər 🎞️
2 avqust 2026
Bakı Su İdmanı Sarayı
Azərbaycan Voleybol Federasiyası / Azerbaijan Volleyball Federation
Azərbaycan Voleybol Federasiyasının rəsmi Facebook səhifəsi
🏖️🏐 Çimərlik voleybolu üzrə “Queen & King of the Court Mixed” turnirinin qalibləri təəssüratlarını bizimlə bölüşüblər.
🤴 Vilde Atvars
👸🏻 İlze Atvars
”‘Queen & King of the Court Mixed’ artıq başa çatdı. Bizə iştirak etmək imkanı yaratdığınız üçün təşəkkür edirik. Burada oynamaq bizim üçün çox həyəcanlı idi. Hava kifayət qədər isti olsa da, bunun öhdəsindən gəldik. Bir daha təşəkkür edirik. Turnirin hər anından böyük zövq aldıq.”
“Bu qədər gözəl təşkil olunmuş yarış üçün təşəkkür edirik. Hər şey çox yüksək səviyyədə idi. Çox sağ olun!”
02/08/2026
“Queen & King of the Court Mixed” turnirindən fotolar📸
2 avqust 2026
Bakı Su İdmanı Sarayı
02/08/2026
Bu gün Bakıda çimərlik voleybolu üzrə növbəti “Queen & King of the Court Mixed” turniri keçirilib.
Bakı Su İdmanı Sarayında təşkil olunan yarışda 12 komanda çempionluq uğrunda mübarizə aparıb. Turnirdə həm peşəkar, həm də həvəskar voleybolçular iştirak ediblər. Hər komanda bir qadın və bir kişi voleybolçudan ibarət olub.
Bütün rəqiblərini məğlub edən Vilde Atvars və İlze Atvars cütü turnirin qalibi adını qazanıb.
Yarışın sonunda qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Qaliblərə tac, diplom, medal, eləcə də Azərbaycan Voleybol Federasiyasının tərəfdaşları tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.
Mükafatları VFM Şirkətlər Qrupunun brend meneceri Əli Yusubov, “Djevo” şirkətinin rəhbəri Cavid Salayev və “Fənərbahçe” klubunun Azərbaycandakı idman məktəblərinin direktoru Amin Həmzəyev təqdim ediblər.
02/08/2026
🏐😎 Bizdə olan və bizə lazım olan emojilər!
Bəs sizcə, voleybolu daha yaxşı ifadə edən hansı emoji olmalıdır? 🤔
Fikrinizi şərhlərdə bizimlə bölüşün! 💬
01/08/2026
Çimərlik voleybolu 🏖️🏐 üzrə “Queen & King of the Court Mixed” turniri keçiriləcək
Avqustun 2-də Bakı Su İdmanı Sarayında təşkil olunacaq yarışda 12 komanda çempionluq uğrunda mübarizə aparacaq. Turnirdə həm peşəkar, həm də həvəskar voleybolçular iştirak edəcəklər. Hər komandanın heyətində bir qadın və bir kişi voleybolçu yer alacaq.
Qeyd edək ki, bu il ilk dəfə təşkil olunan “Queen & King of the Court Mixed” turnirinin qalibləri Xədicə Hadızadə və Tural Həsənli cütü olublar.
Oyun proqramı:
2 avqust
🕓 16:00 – Qrup oyunları
🏆 17:15 – Final oyunu
Final oyunundan sonra mükafatlandırma mərasimi keçiriləcək.
📍 Məkan: Bakı Su İdmanı Sarayı
🎟 Giriş sərbəstdir.
01/08/2026
1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü
31/07/2026
Avropa çempionatına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Yunanıstanda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayıb.
Komandamız Afinada Yunanıstan yığması ilə iki dəfə qarşılaşıb. Hər iki oyunda millimiz 3:1 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, yığmamızın Avropa çempionatına hazırlığının son mərhələsi Bakıda təşkil olunacaq.
Azərbaycan - Yunanıstan 3:1 (25:17, 25:17, 21:25, 26:24)
Azərbaycan - Yunanıstan 3:1 (25:15, 25:23, 19:25, 25:18)
30/07/2026
Qadın voleybolçular arasında Avropa çempionatı ilk dəfə 1949-cu ildə təşkil olunub. Qitənin nüfuzlu turniri bu il 34-cü dəfə keçiriləcək.
İki ildən bir təşkil olunan yarışın sonuncusu 2023-cü ildə keçirilib. FIVB tərəfindən beynəlxalq yarış təqvimində edilən dəyişikliklərə uyğun olaraq, növbəti Avropa çempionatı əvvəlcədən nəzərdə tutulduğu kimi 2025-ci ildə deyil, 2026-cı ildə təşkil olunacaq. Bu dəyişiklik CEV tərəfindən təsdiqlənmiş beynəlxalq yarış təqviminə əsasən həyata keçirilib.
Bu ilki Avropa çempionatı 21 avqust – 6 sentyabr tarixlərində Azərbaycan, Türkiyə, Çexiya və İsveçin birgə ev sahibliyi ilə keçiriləcək.
Turnirin qrup mərhələsinin oyunları dörd ölkədə təşkil olunacaq. A qrupunun qarşılaşmaları İstanbulda (Türkiyə), B qrupunun oyunları Brnoda (Çexiya), C qrupunun görüşləri Bakıda (Azərbaycan), D qrupunun qarşılaşmaları isə Höteborqda (İsveç) keçiriləcək.
Bakıdakı qarşılaşmalar Milli Gimnastika Arenasında, İstanbuldakı oyunlar Sinan Erdem İdman Zalında, Brnodakı görüşlər Brno Exhibition Centre-də, Höteborqdakı qarşılaşmalar isə Scandinavium Arenasında təşkil olunacaq.
İstanbul və Brno şəhərləri pley-off mərhələsinin oyunlarını da qəbul edəcək. Yarımfinal, üçüncülük və final qarşılaşmaları İstanbulda keçiriləcək.
Avropa çempionatında qitənin 24 ən güclü yığma komandası mübarizə aparacaq. Azərbaycan millisi tarixində 11-ci dəfə Avropa çempionatının final mərhələsində iştirak edəcək. Bundan əvvəl millimiz yarışda iki dəfə dördüncü yeri tutub.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Website
Address
Baku
Opening Hours
| Monday | 10:00 - 18:00 |
| Tuesday | 10:00 - 18:00 |
| Wednesday | 10:00 - 18:00 |
| Thursday | 10:00 - 18:00 |
| Friday | 10:00 - 18:00 |