03/08/2026
• Darıxırıq ?
Bayern Münhen-in Azərbaycandaki ən böyük FAN səhifəsi. Azərbaycanda İlk Bayern München azarkeş səhifəsi...
19.02.2011
03/08/2026
• Darıxırıq ?
03/08/2026
🚨 RƏSMİ: “Bayern Münhen” João Palinya, Brayan Saraqosa və Saşa Boeyi transferə çıxarıb. 🔴⚪️👋🏼
“Bayern”in idman direktoru Maks Eberl bu üç futbolçu barədə bildirib:
“Biz bu oyunçularla yollarımızı ayırmaq istərdik. Çünki komandada qalsalar, oyun vaxtı qazanmaq onlar üçün çox çətin olacaq.”
“Onların ‘Bayern’də məşq etmək və öz keyfiyyətlərini göstərmək üçün tam hüquqları var. Amma bir məqam aydın olmalıdır: bizim gələcəklə bağlı planlarımız başqadır.” ❌
03/08/2026
• Eberl: Nəsə qlobal bir hadisə baş verməsə bizim üçün transfer pəncərəsi bitib. Sadəcə hazırda Palhinya, Zaraqoza və Boye-nin gedişi gündəmdədir. Biz klub olaraq hər üç oyunçuya bildirmişik ki, Bavariya olaraq sizin xidnətinizdə maraqlı deyilik. Əgər klubda qalmaq istəyirsinizsə qalın, amma əsas heyət sizin üçün zəmanətli deyil. Yenə də onlar bizim futbolçularımızdır və biz onlara Bavariya adından ən yaxşı hörməti göstərəcəyik.
03/08/2026
• Böyük kapitan Stefan Effenberg bu gün 58 yaşını qeyd edir. Təbriklər əfsanə !
02/08/2026
• Bavariya Benjamin Şeşkonu Harri Keynin potensial uzunmüddətli varisi kimi görür.
(Mənbə: )
01/08/2026
Uli Höness bildirib ki, “Bayern”in yay transfer pəncərəsindən çox razıdır:
“Keçən il olduğu kimi, bu il də mükəmməl transfer pəncərəsi keçirdik. Komandamıza çox faydalı olacaq iki futbolçu transfer etdik.
Satdığımız oyunçulara gəlincə, ayrı-ayrı transfer məbləğləri bəlkə də çox böyük deyildi, amma ümumilikdə kifayət qədər ciddi məbləğ alındı. Bu yaxınlarda Herbert Hayner və Müşahidə Şurasının bir neçə üzvü ilə görüşümüz oldu və Maks Eberl bildirdi ki, artıq 40 milyon avrodan çox gəlir əldə etmişik.
Əgər indi istədiyimiz kimi daha bir və ya iki futbolçunu da yola sala bilsək, bu ideal olar. Amma bir məqamı da qəti şəkildə vurğulamaq istəyirəm: “Bayern”lə bağlanmış müqavilə toxunulmazdır. Yəni sonda bir həll yolu tapa bilməsək, həmin futbolçuları komandada saxlamaq məcburiyyətində qalacağıq.”
01/08/2026
Rouven Kasper hesab edir ki, Bundesliqa klubları liqanın xaricdə tanıdılması üçün kifayət qədər iş görmür:
“Mövsüm başa çatdıqdan sonra “Leyptsiq” Cənubi Afrikaya turneyə getdi. Bu yay bizdən başqa yalnız “Borussiya Dortmund” səfərə çıxır, “Paderborn” isə sentyabrda ABŞ-a gedəcək. Bu, olduqca azdır. Bundesliqa klubları daha strateji düşünməlidir. İngiltərə klubları bütün dünyada fəal fəaliyyət göstərirlər – bu o deməkdir ki, Almaniya klubları da təşəbbüskar olmalıdır. Evdə oturub sonra gəlirlərin azalmasından şikayət etmək olmaz. Heç nə etməsən, nəticə də olmayacaq.
“Bayern” Bundesliqanın beynəlxalq tanıdılması sahəsində öncül və əsas hərəkətverici qüvvədir. Biz istəyirik ki, liqa və digər klublar da qlobal rəqabət qabiliyyətini qorumaq üçün bu istiqamətdə daha fəal və birgə fəaliyyət göstərsinlər. Alman futbolunun, Bundesliqanın daha böyük görünürlüğə ehtiyacı var.
Təəssüf ki, ABŞ və Yaponiya kimi ölkələrdə media gəlirlərinin hazırda azalması faktdır. Buna görə də liqanın bizimlə birlikdə fəaliyyətləri artıracaq strateji mexanizmlər hazırlaması son dərəcə vacibdir. “Bayern Münhen” hər yerə səfər edə bilməz. Biz liqa olaraq birlikdə hərəkət etməli və daha kiçik bazarları da inkişaf etdirməliyik.”
01/08/2026
Manuel Noyer bu gün düz 15 il əvvəl “Bayern” forması ilə ilk rəsmi oyununa çıxmışdı.
O vaxtdan bəri o, klubun heyətində 598 oyunda iştirak edib, 269 oyunda qapısını toxunulmaz saxlayıb və 32 titul qazanıb. 🐐
01/08/2026
🚨 Bavariya hələ də Benjamin Seskonu Harri Keynin uzunmüddətli varisi hesab edir.
Bundesliqa çempionu Seskonu 2024-cü ildə də istədi və onu qısa siyahılarında saxlamağa davam edəcək.
Bavariya gələcək transfer barədə qərar verməzdən əvvəl bu mövsüm hücum variantlarını qiymətləndirəcək.
(Mənbə: Kristian Falk)
31/07/2026
• Bolo Yeung (Bolo Yanq): Çində futbola maraq bir o qədər də güclü deyil. Gənclər əsasən şərq döyüş sənətlərinə maraq göstərir. Amma Bavariya mənim üçün olduğu kimi bir çox çinli gənclərə görə də istisnadır. Gerd Müller, Beckenauer, Sepp Mayerin dövründən Bavariyaya azarkeşlik edirəm. Hələ Beckenbauer ilə çoxlu görüşlərimiz olub. Onu Çində öz evimdə qəbul etmişəm. Çox səmimi bir cənab idi. Hörmətlə anıram onu, Gerd Mülleri. Sonuncu dəfə 2013-cü ildə Münhendə Yuventusa qarşı oyunda Uli Höneslə fəxri tribunada oturub oyunu izlədim. Daha sonra təzyiqimlə bağlı səfərlərə yollana bilmədim. Amma indi də oyunlarını izləyirəm. Gənc məşqçiləri ilə güclü komanda qurublar. Onlara sadəcə və sadəcə uğurlar arzulayıram. Bavariyanın Çində futbol akademiyası və qlobal sponsorları var. Tez tez bura səfər edirlər. Növbəti səfəri gözləyirəm.
CCTV-5 kanalına açıqlamasında.