Azərbaycan Karate Federasiyası

Azərbaycan Karate Federasiyası

Share

Azərbaycan Karate Federasiyasının (AKF) rəsmi facebook hesabı

29/08/2026

📱 “Karate Azerbaijan” mobil tətbiqi artıq Google Play-də!

Azərbaycan Karate Federasiyasının rəsmi “Karate Azerbaijan” mobil tətbiqi Android istifadəçiləri üçün istifadəyə verilib.

Tətbiqi yükləmək üçün telefonunuzda Google Play tətbiqini açaraq axtarış bölməsinə “Karate Azerbaijan” yaza və ya aşağıdakı birbaşa keçiddən istifadə edə bilərsiniz:

🔗 https://play.google.com/store/apps/details?id=az.azkf.official

Tətbiq Azərbaycan Karate Federasiyasının rəqəmsal xidmətlərinə, rəsmi məlumatlarına və yeniliklərinə mobil cihazlardan daha rahat çıxışın təmin edilməsi məqsədilə hazırlanıb.

Android istifadəçilərini tətbiqi yükləməyə və yenilikləri mobil cihazlarından izləməyə dəvət edirik.

Növbəti mərhələdə tətbiq iOS istifadəçiləri üçün də əlçatan olacaq. App Store -da yayımlanma ilə bağlı əlavə məlumat ictimaiyyətə təqdim ediləcək.

Karate

29/08/2026

Bügün AKF -in yeniyetmə və gənclərdən ibarət milli komandasının baş məşqçisi Anar Allahverdiyevin doğum günüdür.

Azərbaycan Karate Federasiyası adından səmimi-qəlbdən Anar müəllimi təbrik edirik!

Hər zaman sağlam, enerjili və qələbələrlə dolu olun! Doğum gününüz mübarək! 🎉



Photos from Azərbaycan Karate Federasiyası's post 29/08/2026

Azərbaycan Karate Federasiyasının rəhbərliyinin iştirakı ilə dənizkənarı ərazidə karate üzrə genişmiqyaslı texniki seminar keçirilib.

Seminarda ölkənin müxtəlif bölgələrini təmsil edən 300 -ə yaxın məşqçi, 17 yaşdan yuxarı idmançı və qara kəmər sahibləri iştirak ediblər.

Texniki seminar Milli Məclisin deputatı, Azərbaycan Karate Federasiyasının prezidenti, 8-ci dan qara kəmər sahibi Ülvi Quliyev tərəfindən keçirilib. Təlim zamanı karate texnikasının əsas elementləri, müasir məşq metodları, texniki hazırlığın təkmilləşdirilməsi, peşəkarlığın artırılması və idmançıların uzunmüddətli inkişafı ilə bağlı praktiki məşğələlər təşkil olunub.

Seminarda Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin üzvləri, federasiya nəzdində fəaliyyət göstərən üslublar üzrə rəhbər şəxslər, məşqçilər və təcrübəli idmançılar da iştirak ediblər.

Tədbirin əsas məqsədi Azərbaycanda karatenin davamlı inkişafına töhfə vermək, məşqçi və idmançıların texniki hazırlıq səviyyəsini yüksəltmək, vahid metodiki yanaşmanı gücləndirmək, eləcə də yeni nəsil karateçilərin peşəkar inkişafına dəstək göstərmək olub.

Azərbaycan Karate Federasiyası ölkədə karatenin kütləviliyinin artırılması, yüksək səviyyəli idmançıların hazırlanması və Azərbaycan karatesinin beynəlxalq arenadakı mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.



26/08/2026

26 avqust Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür

Milli-mənəvi dəyərlərimizin qorunması, zəngin mədəni irsimizin dünyada tanıdılması yolunda böyük xidmətlər göstərən, ölkəmizin inkişafı naminə misilsiz fəaliyyət göstərən və idmana, xüsusilə karateyə diqqət və dəstəyini əsirgəməyən Azərbaycanın Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevanın doğum günüdür.

Mehriban xanım Əliyeva həm də Prezident İlham Əliyevin ən yaxın silahdaşı və etibarlı dəstəkçisidir. Qayğıkeş ana, sədaqətli həyat yoldaşı və yüksək insani keyfiyyətləri ilə xalqımızın böyük məhəbbətini qazanmışdır.

Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxt ömür və şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!



26/08/2026

Əziz və dəyərli Qabil müəllim! 🎉

Sizi 50 illik yubileyiniz münasibətilə Azərbaycan Karate Federasiyası adından səmimi-qəlbdən təbrik edirik.

Uzun illər ərzində Azərbaycan karatesinin inkişafına, federasiyanın fəaliyyətinin təşkilinə və bu sahədə görülən işlərə verdiyiniz töhfələrə görə Sizə təşəkkürümüzü bildiririk.

Sizə möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

50 illik yubileyiniz mübarək! 🥋🇦🇿

Hörmətlə,
Azərbaycan Karate Federasiyası

Photos from Azərbaycan Karate Federasiyası's post 22/08/2026

Azərbaycan karateçiləri İstanbulda keçirilən “Turkish Open” beynəlxalq karate turnirində iki gümüş medal qazanıblar.

27 ölkədən 1100-ə yaxın idmançının iştirak etdiyi yarışda "Qaraqaplan Karate Klubu"nun idmançısı Qəhrəman Rzaquliyev 12-13 yaş, -45 kq çəki kateqoriyasında 5 görüş keçirərək finala yüksəlib. Şəxsi məşqçisi Asiman Qurbanlının rəhbərliyi altında çıxış edən Qəhrəman finalda Özbəkistan təmsilçisinə məğlub olaraq ikinci yeri tutub.

"Arpaçay Karate Klubu"nun idmançısı Məmmədrəhimov Ömər isə kata üzrə 16-17 yaş kateqoriyasında finala yüksələrək gümüş medal qazanıb. Ömərin şəxsi məşqçisi Roman Heydərov, yığma komandanın baş məşqçisi isə Vüqar Kərimovdur.

Beləliklə, Azərbaycan təmsilçiləri “Turkish Open” turnirini iki gümüş medalla başa vurublar.



18/08/2026

28 avqust 2026-cı il tarixində, saat 06:30-da Novxanı qəsəbəsində Azərbaycan Karate Federasiyasının prezidenti, VIII dan qara kəmər sahibi Ülvi Quliyevin rəhbərliyi ilə seminar keçiriləcəkdir.

Seminar Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərən bütün karate üslublarını əhatə edəcəkdir.

Seminarda 17 yaşdan yuxarı qəhvəyi və qara kəmər sahiblərinin iştirakı nəzərdə tutulur.

Tədbirin əsas məqsədi karate üslubları üzrə texniki və praktiki biliklərin təkmilləşdirilməsi, təcrübə mübadiləsinin aparılması və peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsidir.

Tarix: 28 avqust 2026-cı il
Saat: 06:30
Məkan: Novxanı (dəniz kənarı)
İştirakçılar: 17 yaşdan yuxarı qəhvəyi və qara kəmər sahibləri iştirak edə bilərlər.



14/08/2026

Şəhid Vasif İsmayılovun adına karate klubu fəaliyyətə başlayıb

Xətai rayonunda şəhid Vasif İsmayılov Süleyman oğlunun adına yeni karate klubu istifadəyə verilib.

Şəhid Vasif İsmayılov Süleyman oğlu 12 avqust 1974-cü ildə Masallı rayonunun Tüklə kəndində anadan olmuşdur. Tüklə kənd orta məktəbini bitirdikdən sonra bir müddət sovxozda fəhlə işləmişdir.

30 dekabr 1992-ci ildə hərbi xidmətə yollanmış, 40 gün sonra - 9 fevral 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə itkin düşmüş və ona şəhidlik statusu verilmişdir.

Şəhidin adının əbədiləşdirilməsi və gələcək nəsillərə çatdırılması məqsədilə onun adını daşıyan karate klubunun fəaliyyətə başlaması böyük mənəvi əhəmiyyət daşıyır.

Klubda uşaqların və yeniyetmələrin karate ilə məşğul olması, onların sağlam və vətənpərvər ruhda yetişdirilməsi istiqamətində məşqlər keçiriləcək.

Şəhidlərimizin adı və əziz xatirəsi daim yaşadılacaq.

12/08/2026

Azərbaycan Karate Federasiyasında elektron idarəetmə sistemi mygov İD platforması ilə inteqrasiya olunub

Azərbaycan Karate Federasiyasında rəqəmsal idarəetmənin inkişafı istiqamətində növbəti mühüm layihə uğurla həyata keçirilib.

Federasiyanın e-doc.azkf.az Elektron Sənəd Dövriyyəsi Sistemi və azkf.az elektronlaşdırılmış məlumat bazası mygov İD dövlət platforması ilə tam inteqrasiya olunub.

Yeni inteqrasiya nəticəsində istifadəçilər mygov İD üzərindən təhlükəsiz şəkildə autentifikasiya olunaraq sistemə daxil ola bilirlər.

İnteqrasiya sayəsində Federasiya daxilində rəsmi sənəd dövriyyəsi tam elektron mühitdə həyata keçiriləcək. Daxil olan müraciətlərin qəbulu, sənədlərin hazırlanması, icrası, razılaşdırılması, təsdiqlənməsi və arxivləşdirilməsi vahid elektron sistem üzərindən idarə olunacaq.

Bununla yanaşı, Federasiya daxilində məşqçi-müəllimlərin, idmançıların və karate klublarının qeydiyyatı, lisenziyalaşdırılması, üzvlük məlumatlarının idarə olunması və digər inzibati proseslər də azkf.az elektronlaşdırılmış məlumat bazası vasitəsilə həyata keçiriləcək.

Yeni rəqəmsal həll idarəetmənin operativliyinin, şəffaflığının və səmərəliliyinin artırılmasına, eyni zamanda Azərbaycan Karate Federasiyasında bütün inzibati proseslərin vahid elektron platforma üzərindən idarə olunmasına xidmət edir.



AzerbaijanKarateFederation

10/08/2026

📍 SmartArena -da yeni rəqəmsal imkanlar!

İştirakçıların, məşqçilərin, hakimlərin və qonaqların tədbir zamanı rahatlığını təmin etmək məqsədilə SmartArena platformasında məkan xidmətləri daha da genişləndirilmişdir.

Artıq tədbirin keçirildiyi arena və məkan üzrə:

🏨 Booking tərəfdaşlığı çərçivəsində hotel, hostel, kirayə mənzil və digər yerləşmə imkanları avtomatik təqdim olunur.

🍽️ Arenaya yaxın kafe, restoran və digər iaşə obyektləri haqqında məlumatlar avtomatik yenilənir.

🗺️ Arenaya rahat çatmaq üçün Google Maps, Apple Maps və digər naviqasiya tətbiqlərinə birbaşa keçid imkanı yaradılmışdır. Eyni zamanda seçdiyiniz məkanla aranızdakı dəqiq məsafə də göstərilir.

Bu funksiyadan istifadə etmək üçün:
✔️ SmartArena platformasında istədiyiniz tədbiri seçin;
✔️ “Məkan (Venue)” bölməsinə daxil olun.

SmartArena - yarışların idarə olunması ilə yanaşı, iştirakçıların səfər və logistikasını da vahid rəqəmsal platformada birləşdirir.

Ətraflı:
https://smart-arena.org


Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Heydər Əliyev Prospekti 138a
Baku