888 Boxing Club

888 Boxing Club

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 888 Boxing Club, School Sports Team, Baku.

Photos from 888 Boxing Club's post 25/05/2022

Klubumuzun idmançıları Ağayev Elvin və Aysu Devrişova Kikboksinq Federadiyasının keçirdiyi Azərbaycan çempionatlığında iştirak edərək fəxri kürsünün ən yüksək dərəcəsinə ucalıb 1ci yerə və qızıl medala laiq görüldülər . Beləliklə onlar 5ci İslam həmrəyliyi oyunlarına lisenziya qazandılar. Bu münasibətlə onları klubumuzun adından təbrik edirik və idmanda müvəffəqiyyətlətinin davamını arzu edirik. Hər xaman 3 rəngli şanlı bayrağımızı zəfər zirvələrində dalğalandırmağa çalışıb, nail olsunlar!!!

13/05/2022

Məşqdən sonra kulubumuzun qonağı olan Məhərrəm Əliyevlə xatirə şəkli.


🇦🇿 🇦🇿

08/05/2022

08.05.2022 Bugün keçirilən yarışda kulubumuzun idmançısı Nurlan Əliyev rəqibinə qalib gələrək finala çxdı. Uğurlar sabah inşallah final

Photos from 888 Boxing Club's post 30/04/2022
13/04/2022

Məşqdən sonra xatirə şəkli


🇦🇿 🇦🇿

12/04/2022

Bu gün klubumuzun nümunəvi idmançısı Vüsalın 16 yaşı tamam oldu. Komandamızdakı hər kəs onu səmimi şəkildə təbrik edir, uzun ömür, can sağlığı və həyatla mübarizəsində daimi müvəffəqiyyətlər arzu edir 🥇

Photos from 888 Boxing Club's post 10/04/2022

Nərimanov rayonun idmançıları və gəncləri “Sağlam həyat” günlərində fəal iştirak etmişlər

10 aprel 2022-ci il tarixdə Dənizkənarı Milli Parkda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sağlam həyat” günləri çərçivəsində keçirilən yarışlarda Nərimanov rayonunun idmançıları və gəncləri fəal iştirak etmişlər. İştirakçılara göstərdikləri nəticələrə müvafiq olaraq “qızıl”, “gümüş” və “bürünc” sertifikatlar təqdim edilmişdir.
Sevindirici haldır ki, Nərimanov rayonunda fəaliyyət göstərən 888 Boks və Döyüş Növləri kulubunun təsisçisi və rəhbəri, Əməkdar məşqçi Habil Hümbətovun rəhbərliyi ilə klubun idmançıları da yarışlarda iştirak etmişlər. Klubun üzvlərindən olan Nicat Abidov bütün yarışın paralel qollarda dayaq vəziyyətində qolların bükülüb - açılması nominasiyasında 77 dəfə edərək rekord qırmışdır.

22/03/2022

Bu gün soyuq havada hamı isdi evdə bayram yeməkləri yeyərkən, biz bu soyuqda yarışa hazırlaşmaq üçün yorulmadan, dayanmadan qaçırıq. Çünki qələbənin sirri dayanmadan çalışmaqdadır. Rəqiblərimiz şəkərbura, paxlava yeyib nuş eləsinlər 👍🏼

18/03/2022

Qızlatımızın DÜNYA KUBOKUNA haxıtlığı 🏆🥇🇦🇿

Photos from 888 Boxing Club's post 06/03/2022

5 mart ölkəmizdə Bədən Tərbiyəsi və İdman günüdür. Bu münasibətlə kulubumuzin idmançıları tədbirdə iştirak ediblər.


🇦🇿 🇦🇿

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Baku