allaboutsport.aze

allaboutsport.aze

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from allaboutsport.aze, Sport & recreation, G. Garayev str, Baku.

30/03/2020

Sörloth üçün "Real Madrid" iddiası

allaboutsport.aze Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda futbol üzrə Türkiyə çempionatında bombardirlik yarışında liderlik edən "Trabzonspor"un hücumçusu Alexander Sörloth İspan nəhəngi "Real Madrid"in hədəfindədir. Türkiyə mətbuatının iddiasına əsasən hazırda transfer hüququ İngiltərə Premier League klublarından olan "Crystal Palace"a məxsus olan və icarə əsasında "Trabzonspor"da çıxış edən Norveçli qolçu alman klubu "Borussia Dortmund"da çıxış edən həmyerlisi Haaland ilə birlikdə "Real Madrid" skautlarının diqqətini cəlb edib və bu transferlə bağlı yaxın aylarda "Real Madrid"in hərəkətə keçəcəyi bildirilir.

Qeyd edək ki, Sörloth bu mövsüm "Trabzonspor" formasıyla ümumilikdə 39 oyuna çıxıb və bu oyunlarda 25 qol vurmaqla yanaşı 7 məhsuldar ötürmə edib.

30/03/2020

Həm qolçu, həm "offside" kralı

Türkiyə nəhənglərindən olan "Beşiktaş"ın 34 yaşındakı kapitanı Burak Yılmaz futbol üzrə Türkiyə çempionatında geridə qalan 26 həftədə 11 qolla komandanın bombardiri olmaqla yanaşı, oynanan matçlarda 27 dəfə offside-a düşməklə bu göstərici üzrə "rekord"a imza atıb. Xatırladaq ki, futbolçu kimi karyerasını "Beşiktaş"da sonlandırmağı bəyan edən Burak daha öncə də "Beşiktaş", "Galatasaray", "Fenerbahçe" və "Trabzonspor" klublarının formasını geyinib.

30/03/2020

Xavi-nin "Barcelona" xəyalı

allaboutsport.aze İspan mətbuatına əsasən xəbər verir ki, "Barcelona"nın canlı əfsanələrindən olan Xavi Hernandez İspan nəhəngində baş məşqçi kimi çalışmaq arzusundadır. Hazırda Qatar futbol klubu "Al Sadd"ı çalışdıran bir zamanların məşhur futbolçusu bu niyyətini mətbuata özü açıqlayıb.Xavinin fikrincə artıq yetərincə təcrübə qazanıb və bir zamanlar futbolçu olaraq müxtəlif titullar qazandığı "Barcelona"da eyni uğurları baş məşqçi kimi də təkrarlaya bilər.

FİKRİMCƏ "BARCELONA"NI UĞURLARA DAŞIMAQ ÜÇÜN HAZIRDA O QƏDƏR DƏ SƏS-KÜYLÜ TRANFERLƏRƏ EHTİYAC YOXDUR. NEYMAR GERİ DÖNSƏ ƏLA OLAR.RƏHBƏRLİK QARŞISINDA ŞƏRTLƏRİMƏ GƏLİNCƏ - SIFIRDAN BİR PROYEKT YARATMAQ DÜŞÜNCƏMİN OLDUĞUNU BƏ BU ÇƏRÇİVƏDƏ KLUBLA, TRANSFERLƏRLƏ BAĞLI QƏRARLARDA ƏSAS SÖZ SAHİBİ OLMAQ İSTƏDİYİMİ BİLDİRDİM"-deyə Xavi sözlərini yekunlaşdırıb.

Qeyd edək ki, "Barcelona" hazırda məşqçi axtarışındadır və namizədlərdən biri kimi məhz Xavinin adı çəkilir.

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


G. Garayev Str
Baku
AZ1000