02/08/2026
29-31 iyul 2026-cı il tarixlərində cüdo uzrə U-17 yeniyetmələr arasında Liqa yarışının III turu keçirilib. Respublika Kompleks İdman Məktəbinin idmançıları yarışda iştirak edərək 83 klub və idman məktəbləri arasında U-17 liqa yarışının III turunda, qızlar arasında I yer və ümumi (3 qızıl, 2 gümüş, 1 bürünc) medal sayına görə II yeri əldə etmişdir.
1 Fərmanzadə Fatimə Elvin qızı - 48 kq - I yer
2 Ağamirzəzadə Nərmin İlqar qızı - 52 kq - I yer
3 Əliyeva Zümrüd Fərux qızı - 70 kq - I yer
4 Nağıyev Aqil Nağı oğlu - 55 kq - II yer
5 Hüseynova Gilas Ruhin qızı - 48 kq - II yer
6 Hüseynov Yusif Eldəniz oğlu - 66 kq - III yer
28/07/2026
25-26 iyul 2026-cı il tarixlərində Bakı şəhərində cüdo üzrə Avropa Cüdo Ümidləri Turniri keçirilib. Respublika Kompleks İdman Məktəbinin idmançıları yarışda iştirak edərək 10 ölkənin 81 klubu arasında ümumi medal sayına görə (2 qızıl, 3 gümüş, 1 bürünc) II yerə layiq görülüb.
1. Cəbrayıllı Bəxtiyar Cəbrayıl oğlu - 42 kq - I yer (U-14)
2. Əliyeva Zümrüd Fərux qızı - 70 kq - I yer (U-16)
3. Allahverdiyev Ömər Ruslan oğlu - 50 kq - II yer (U-14)
4. Fərzəliyeva Nərgiz Fərahim qızı - 44 kq kq - II yer (U-14)
5. Məmmədli Bayram Faiq oğlu - 55 kq - II yer (U-14)
6. Məmmədli Ayan Təvəkkül qızı - 40 kq - III yer (U-14)
23/07/2026
12-17 iyul 2026-cı il tarixlərində Türkiyənin Kocaeli şəhərində cüdo üzrə "Memory of Emre Yazgan " beynəlxalq turniri və təlim məşq toplanışı keçirilib. Respublika Kompleks İdman Məktəbinin idmançıları yarışda, təlim məşq toplanışında iştirak edərək böyük təcrübə və mükafata layiq yerlər əldə ediblər.
1. Mehralızadə Kamil Anar oğlu - 34 kq - I yer.
2. Məmmədli Əli Ramil oğlu - +66 kq - III yer.
20/07/2026
15-18 iyul 2026-cı il tarixlərində Gürcüstanın Qori şəhərində boks üzrə beynəlxalq turnir keçirilib. Respublika Kompleks İdman Məktəbinin idmançısı Əliyev Şükar milli yığma komandanın tərkibində yarışda iştirak edərək 80 kq çəki dərəcəsində qızıl medal qazanmışdır.
14-17 iyul 2026-cı il tarixlərində Almaniyanın Frankfurt şəhərində boks üzrə beynəlxalq turnir keçirilib. Respublika Kompleks İdman Məktəbinin idmançısı Qasımov Nihat milli yığma komandanın tərkibində yarışda iştirak edərək 55 kq çəki dərəcəsində gümüş medal qazanmışdır.
10/07/2026
10.07.2026-cı il tarixində Respublika Kompleks İdman Məktəbində YAP Nizami rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti 115” ünvanında yeni ərazi partiya təşkilatı təsis edilib.
Keçirilən təsis iclasında çıxış edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Respublika Kompleks İdman Məktəbinin direktoru Rüstəm Alimli və başqaları bildiriblər ki, 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis olunması yeni, müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoyub. Bu gün də Yeni Azərbaycan Partiyasının fəaliyyətində Ümummilli Lider Heydər Əliyevin ideya və arzuları yaşayır. Hazırda isə Ulu öndər Heydər Əliyevin siyasi kursu ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb.
Vaqif İsmayılov yekdilliklə “Heydər Əliyev prospekti 115” ünvanı üzrə yeni ərazi partiya təşkilatının sədri, Afiq Səfərli isə sədr müavini seçilib. Ərazi partiya təşkilatının sədr və sədr müavininə gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
30/06/2026
26-29 iyun 2026-cı il tarixlərində 2008-2009-cu il təvəllüdlü oğlanlar və qızlar arasında badminton üzrə Respublika birinciliyi keçirilib. Respublika Kompleks İdman Məktəbinin idmançısı Mehdi Omar yarışda iştirak edərək qoşa proqramda - II yer əldə etmişdir.
29/06/2026
26-28 iyun 2026-cı il tarixlərində kamandan oxatma idman növü üzrə Bakı şəhər kubokunun II mərhələsi keçirilib. Respublika Kompleks İdman Məktəbinin idmançıları yarışda iştirak edərək uğurlu nəticə əldə etmişdirlər.
1 İsmayılov Məhəmməd Rüfət oğlu - I yer ( U15 )
2 Rəhimli Nurlan Ruhin oğlu - I yer ( böyüklər )
3 Vəliyev Sərdar Eyvaz oğlu - II yer ( böyüklər )
29/06/2026
Bosniya və Herseqovinanın Sarayevo şəhərində boks üzrə U-19 Olimpiya ümidləri turniri keçirilib. Respublika Kompleks İdman Məktəbinin idmançısı Qasımov Nihat yarışda iştirak edərək 55 kq çəki dərəcəsində qızıl medal qazanmışdır.
29/06/2026
21-26 iyun 2026-cı il tarixlərində boks üzrə Məktəblilərin Respublika İdman Olimpiadası keçirilib. Respublika Kompleks İdman Məktəbinin idmançıları yarışda iştirak edərək ümumilikdə 5 qızıl və 1 bürünc medal əldə etmişdirlər.
1 Bayramlı Rəhman - 57 kq - I yer
2 Məmmədli Yusif - 66 kq - I yer
3 Məmməzadə Yusif - 70 kq - I yer
4 İsrafilov Anzor - 75 kq - I yer
5 Əliyev Şükar - 80 kq - I yer
6 Kərimli İbrahim - 63 kq - III yer
25/06/2026
24 iyun 2026-cı il tarixində badminton üzrə Məktəblilərin Respublika İdman Olimpiadası keçirilib. Respublika Kompleks İdman Məktəbinin idmançıları yarışda iştirak edərək ümumilikdə 2 qızıl, 2 gümüş və 5 bürünc medal əldə etmişdirlər.
1 Əhmədli Dəniz Pərviz qızı - qarışıq qoşa proqramda - I yer, qoşa - III yer, şəxsi - III yer
2 Quliyeva Həbibə Vahid qızı - şəxsi proqramda - I yer, qoşa - II yer, qarışıq qoşa - III yer
3 Məmmədova Əsma Səmral qızı - qoşa proqramda - II yer, şəxsi - III yer
4 Qarayev Murad Elşən oğlu - qoşa proqramda - III yer