Gunners FC - Azerbaijan

Gunners FC - Azerbaijan

Share

Sabah FK`nın Azərbaycandakı ilk fan-səhifəsinə xoş gəldiniz!

11/08/2024

🏁 || Komandaya mütləq transfer lazımdır. Letiç`in və Amin`in cinahlarından edilən istənilən asma uğurlu alınır. Bu mövsüm görürük ki, artıq Boyan Letiç`in hücumdakı effektivliyi də azalıb. Həmçinin futbolçularımızın topsuz qaldıqda mövqeyi demək olar ki bərbaddır. Amin isə tez-tez top itirir və biz əks-hücumlarda əlacsız qalırıq. Nə deyək. Ümid edirik ki, "Sent-Patriks"lə matçda bütün problemləri həll edərik.

11/08/2024

Matç bitdi. Məğlub olduq.

Sabah FC 0:2 Zirə FK

Qollar - Rafael Utziq, Salifu Suma.

Send a message to learn more

10/08/2024

Yeni transferimiz İqor Noqeyra ilə tanış olaq!

İqor futbola ilk addımını öz ölkəsinində – Braziliya`nın "Fluminense" klubunda atıb. Doğma klubundan 7 il sonra ayrılıb və Belçika nəhəngi "Gent"ə icarə əsasında qoşulub. Lakin burada ilk 11 oyunçusu ola bilməyib və öz klubuna qayıdıb.

İlk rəsmi matçına isə 2015-ci ildə "Fluminense" formasında çıxıb (İnternacionala qarşı). 2024-cü ilə qədər "Figueirense", "CRB", "Gil Vicente", "Mazatlan", "Juventude", "Santa Clara" və "Chaves" klublarının formasını geyinib.

Həmçinin Noqeyra çıxdığı 167 matçda 6 qol 3 asisstlə yadda qalıb. Transferimizin boyu 1.87-dir və yaşı bizim liqaya uyğundur (29).

Ümid edirik ki, Sabah FC üçün uğurlu olar!

10/08/2024

Sorğu❓| Əziz izləyicilər, sizcə səhifəmizdə nə çatışmır? Hansı tipli paylaşımlar etsək səhifəmiz daha maraqlı olar? Fəaliyyətimizi bəyənirsiniz?

Fikirlərinizi yaza bilərsiniz.

10/08/2024

Xoş gəldin, İqor!

Komandamız heyətini yeni futbolçu ilə gücləndirib. Nəhayət ki, müdafiə bölgəsinə Portuqaliyanın "Şaveş" klubundan İqor Noqeyra transfer edilib. Müqavilə müddəti 2 illik planlanıb.

Qeyd edək ki, futbolçunun adı artıq 4 gündür siyahıdadır. Əgər ayın 15-nə qədər hazır olsa, St. Patriks`lə cavab matçında onu görə bilərik.

08/08/2024

Matç bitdi. Vətənə məğlubiyyətlə qayıdırıq.

St. Patricks 1:0 Sabah FC

08/08/2024

İlk hissə bitdi. Komandamız minimal fərqlə geridədir.

St. Patricks 1:0 Sabah FC

08/08/2024

📄 | Start XI!

08/08/2024

Oyun Günü! 🦉

⚽. "Sent Patriks - Sabah FC"
🏆. UEFA Avropa Konfrans Liqası III təsnifat mərhələsi
🏟️. Tallaght Stadium
⏰. 22:45 {🇦🇿}
🚹. Vilhjalmur Alvar Thorarinsson {🇮🇸}
📺. İctimai TV (canlı), İctimai TV YouTube.

06/08/2024

Komandamız az öncə İrlandiya`ya yola düşüb. Sabah bir günlük məşq və 2 gün sonra isə matç. Uğurlar! 🦉

05/08/2024

Konfrans liqasının pley-off mərhələsinin püşkü atıldı. Komandamız "Sent-Patriks" klubunu keçsə, pley-off mərhələsində "İberia - Başakşehir" cütünün qalibi ilə qarşılaşacaq.

05/08/2024

Komandamız "Sent-Patriks" səddini keçsə, pley-off mərhələsində qarşılacağı rəqiblər.

Chelsea - İngiltərə
Mlada Boleslav (Çexiya) : Hapoel Byer-Şeva (İsrail)
İberia 1999 (Gürcüstan) : Başakşehir (Türkiyə)
İlves (Finlandiya) : Djurgarden (İsveç)
Molde (Norveç) : Cercle Brugge (Belçika)

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Bayıl, Azərbaycan
Baku