Bakıda keçirilmiş U-17 dünya çempionatından sonra Beynəlxalq Olimpiya Komitəsinin təşəbbüsü, Dünya Güləş Birliyi və Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə “More Than Medals World” layihəsinə start verilib.
Layihənin əsas məqsədi gənc güləşçilərin peşəkar inkişafına dəstək vermək, onların texniki və taktiki hazırlığını gücləndirmək, məşqçilərin bilik və bacarıqlarını təkmilləşdirmək, təmiz idman dəyərlərini təşviq etmək, idman psixologiyası və performansın idarə olunması sahəsində maarifləndirməni artırmaqdır. Bununla yanaşı, proqram müxtəlif ölkələrdən olan idmançılar arasında qarşılıqlı təcrübə paylaşımına, dostluq əlaqələrinin möhkəmlənməsinə və qarşılıqlı anlaşmanın güclənməsinə şərait yaradır.
Layihə çərçivəsində Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) nümayəndələri iştirakçılar üçün antidopinq mövzusunda maarifləndirici seminar keçiriblər. Təlim zamanı antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, qadağan olunmuş maddə və üsulların sağlamlığa mənfi təsirləri, eləcə də 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartlarda nəzərdə tutulan yeniliklər barədə ətraflı məlumat verilib.
İnteraktiv formada təşkil olunan seminarda iştirakçılar antidopinq mövzusuna həsr edilmiş viktorinada biliklərini sınayıblar. Fəallığı ilə seçilən iştirakçılara AMADA tərəfindən xatirə hədiyyələri təqdim olunub.
Seminarda 20 ölkədən 100-dək güləşçi və məşqçi iştirak edib.
Azərbaycan Güləş Federasiyası - Azerbaijan Wrestling Federation
Azərbaycan Güləş Federasiyasının rəsmi Facebook səhifəsi
Official page of the Azerbaijan Wrestling Federation
Official page of Azerbaijan Wrestling Federation
Azərbaycan Güləş Federasiyasının rəsmi səhifəsi
YENİ TARİX
2016 - Avropa çempionatı 2 qızıl - 2 gümüş - 4 bürünc
2015 - Dünya çempionatı 2 qızıl - 3 gümüş - 3 bürünc
2015 - Avropa Oyunları 6 qızıl - 2 gümüş - 7 bürünc
2014 - Dünya çempionatı 1 qızıl - 3 gümüş - 3 bürünc
2014 - Avropa çempionatı 3 qızıl - 5 gümüş - 2 bürünc
2013 - Dünya çempionat
During the U17 World Championships, Baku welcomed the world's most talented young wrestlers. 🤼
From the moment they arrived, the Championship branding displayed across the city reflected the scale and prestige of this world-class event. 💙
Once again, Baku demonstrated its ability to host major international sporting events to the highest standards. 🤝
----
U17 Dünya Çempionatı günlərində Bakı dünyanın ən istedadlı yeniyetmə güləşçilərini qarşıladı 🤼
Şəhərin müxtəlif nöqtələrində yerləşdirilən çempionat brendinqi bu mötəbər yarışın miqyasını ilk andan hiss etdirirdi 💙
Bu çempionat Bakının beynəlxalq idman tədbirlərini yüksək səviyyədə təşkil etmək bacarığını bir daha nümayiş etdirdi 🤝
06/08/2026
Kristofer Nolanın gözündən güləş üzrə U17 dünya çempionatı 📸
06/08/2026
Bu gün yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi Məhəmməd Bənanın doğum günüdür.
Təbrik edirik 🎂
Gələcəyin çempionları axtarışında! 🤩
Bakı Güləş Məktəbində yeni istedadların seçimi üçün qabiliyyət imtahanının ikinci mərhələsi keçirilib. Gənc namizədlər fiziki hazırlıqlarını nümayiş etdiriblər 🤼♂️
U17 dünya çempionatının son günü belə yadda qaldı 😍
05/08/2026
Bu gün çimərlik güləşi üzrə milli komandanın baş məşqçisi, çimərlik güləşi üzrə dünya çempionu🥇və Dünya Çimərlik Oyunlarının mükafatçısı🥉Oyan Nəzərianinin doğum günüdür.
Təbrik edirik 🎂
Güləşdən sonra, şirniyyat sınağı başladı 😄
Xarici idmançılar milli şirniyyatlarımızı daddılar 🇦🇿✨
İdmanın gücü paylaşdıqca daha da böyüyür 💙
U17 Dünya Çempionatının həyəcanını ekranlara daşıyan, yarışın bütün seanslarını yüksək keyfiyyətlə canlı yayımlayan "CBC Sport" telekanalına təşəkkür edirik 👏
Bu böyük idman hekayəsinin bir parçası olduğunuz üçün minnətdarıq 🤼♂️
03/08/2026
Türkiyənin Kocaeli şəhərində güləş üzrə Hasan Gemici və Qazanfer Bilgenin xatirə turniri keçirilib.
Ənənəvi turnirin son 2 günündə 5 güləşçimiz fəxri kürsüyə qalxıb. Sərbəst güləşdə Ruslan Abdullayev (65 kq) qızıl, onunla eyni çəkidə yer alan Musa Ağayev isə bürünc medal qazanıb. Yunan-Roma güləşində Ruslan Nurullayevlə (77 kq) Tuncay Vəzirzadə (87 kq) çempion olub. Nihat Məmmədli (63 kq) isə bürünc medalı boynundan asıb.
Xatırladaq ki, ilk yarış günündə güləşçilərimiz 4 medal qazanıb. Sərbəst güləşdə Xetaq Karsanov (125 kq) gümüş, Ramik Heybətov (70 kq) bürünc, yunan-Roma güləşində isə Sərxan Məmmədov (130 kq) gümüş, ən ağır çəkidəki digər təmsilçimiz Beka Kandelaki isə bürünc medal əldə edib.
Click here to claim your Sponsored Listing.
Location
Contact the business
Telephone
Website
Address
Heydər Əliyev Prospekti, 152 (Çinar Plaza)
Baku
AZ1154
Opening Hours
| Monday | 10:00 - 18:00 |
| Tuesday | 10:00 - 18:00 |
| Wednesday | 10:00 - 18:00 |
| Thursday | 10:00 - 18:00 |
| Friday | 10:00 - 18:00 |