ATU musahibe

ATU musahibe

Share

Hormətli tələbələrimiz!

Müsahibə vermək istəyən və ya hansısa bir həkimin, müəllimin müsahibəsin səhifəmizdə görmək istəyən tələbə səhifənin inboksuna yaza bilər.

25/09/2021

Samir Cavadov

(Part 2) Müsahib mikrobiologiya və immunologiya kafedrasının dossenti Dr.Samir Cavadov

Ps: Müsahibənin əvvəli səhifəmizdə paylaşılmışdır! Buyurun ardını oxuya bilərsiz.

S: Xaricdə təhsilə necə baxırsız?
C: Yaxşı. Amma qayıdıb kiməsə yuxarıdan aşağı baxmaq yox, orada öyrəndiyini buradakı həmkarları ilə paylaşarsa daha gözəl nəticələr əldə edilmiş olar. Bir nəfər on nəfərə öyrətsə, o on nəfərdə hərəsi on nəfərə öyrətsə səhiyyəmiz daha yaxşı inkişaf edər. Bizim cəmiyyətdə həkimlər sosial şəbəkələrdə bir birini qınayır. Hansı həkim səhv edirsə o biri deyir filan həkim səhv etdi mən düzəltdim amma bunu başqa cür də etmək olar. Bir seminar təşkil etmək olar və həmin seminarda mövcud problemləri qabardaraq həll yollarını göstərmək olar ki, bu xəstəliyin protokolu bu qaydadır. Hamıya öyrətmək olar amma bizdə yalnız qınaq məqsədilə və özünü reklam məqsədilə bu kimi şeylər edilir!!!
S: Niyə məhz mikrobiologiya?
C: İkinci kursda mikrobiologiya dərsi keçəndə mənə bizim kafedranın dosenti, çox sevdiyim müəllimim Adil Bayramov elmi iş vermişdi. O vaxtdan mənə mikrobiologiyanı sevdirdi. Elmi işlə dərsə mane olmamaq məqsədilə həmişə dərsdən sonra məşğul olurdum. Adil müəllim işdən çıxana qədər onun yanında olurdum və öyrənirdim. Bu mən universiteti qurtarana qədər davam etdi və mən mikrobiologiyaya bağlandım.
S:Rezidentura səviyyəsi sizi qane edir?
C: Belə deyək mən rezidentlərimi özüm seçirəm və şərt qoyuram o şərtə razıdılarsa qəbul edirəm. İndiyə qədər razı olmadığım rezidentim olmayıb. Mən rezitenti baxmaqla yetişdirmirəm. İki və ya üç ay baxdıqdan sonra özləri sərbəst işləməlidirlər. Bundan sonra mən baxıram ne sualları da olsa kömək edirem.
S: Bədii kitablarla aranız necədir?
C: Çox gözəldir. Əsasən tarixi esərləri sevirəm. Hal hazırda oxuduğum əsər “Troyanın süqutu”dur.
S: Tibb universitetinin imtahan sistemi sizcə tələbələri qane edir?
C: Test sistemi qane edir amma bu sistem qane etmir. Dünyanın heç bir yerində belə bir sistem yoxdur. Suallar verilir, cavablar verilir sizdə imtahan verirsiz. Heç bir ədalətə də uyğun deyil! Heç oxumayan tələbələr belə imtahanda oxuyanlardan daha çox bal toplayır. İndi tələbələr heç referata da gəlmirki onsuz da imtahandan 50 yazıb keçəcəm. Əslində boloniya sistemi belə deyil. Bizdə nəsə düzəldəndə onu Azərbaycansayağı edirlər. O cür sistem yarada bilərlər ki, xaricdəki kimi ara imtahanlar olsun, bu imtahanlarda giriş balı yazılsın, bir də əsas imtahanla yekun bal müəyyənləşsin. Tələbədən gündəlik dərs soruşmazlar! Tələbəyə gündəlik dərs danışarlar, izah edərlər! Bura orta məktəb deyil!!!
S: Ədəbiyyatlarımız barədə nə deyə bilərsiz?
C: Kitab yazmaq Azərbaycandadır ancaq! Dünya təcrübəsində isə mövcüd ədəbiyyatlardan istifadə edilir. Yaxşı ədəbiyyatlar seçilir, müəyyənləşdirilir, dili uyğundursa istifadə edilir, uyğun deyilsə razılıq alınaraq tərcümə edilib istifadə edilir. Məsələm Guyton tibbi fiziologiya aid kitab dünyada referens kitablardan biridir amma bizdə soruşsanız çox müəllim qəbul etməyəcək.Biz isə kitabları bəzəyirik, bir mövzunu edirik əlli səhifə, tələbə də kitabı açır görür əlli səhifədi oxumur! Kitab gərək kitab formatında olsun.
S: Son olaraq tələbələrə məsləhətiniz.
C: Tələbələrə məsləhətim ilkin olaraq şablon oxuma tipindən çıxmalıdırlar! Tibbdə lazım olan çox oxumaq və araşdırmaqdır. Bir tələbədə ki, araşdırma ruhu yoxdursa işi çox çətin olacaq. Oxuyarkən analiz edərək oxumalıdır. Oxuduğunu özününküləşdirməlidir. Tələbə sırf universiteti bitirmək üçün oxumamalıdır!
-Müsahibəyə görə çox sağ olun

25/09/2021

Samir Cavadov

(Part 1) Müsahib Mikrobiologiya kafedrasının dosenti Samir Cavadov.

Bugün Samir doktordan müsahibə almaq üçün onun çalışdığı müəssisəyə yollandım. Bu dəyərli insandan müsahibə almaq istəyimdən qaynaqlanan həyəcanım özünü büruzə verirdi.
S: Salam! Zəhmət olmasa özünüzü təqdim edin!
C: Mikrobiologiya və immunologiya kafedrasının dosenti Samir Cavadov.
S: Özünüzü bir-iki cümlə ilə necə ifadə edərdiniz ?
C: Samir Cavadov ...)
S: Neçənci illərdə təhsil almışsınız ?
C: 1997-2002-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil almışam.
S: Həyata baxışınız və fəlsəfi fikirləriniz!
C: Nikbin ruhlu bir insanam və hər zaman pozitiv olmağa çalışıram. Doğrudur bəzən neqativ emosiyalarım olur amma çox zaman çalışıram ki, pozitivliyimi qoruyam, yəni ətrafa mənfi enerji verməyi xoşlamıram.
S: Sizcə ideal insan necə olmalıdır ?
C: Məncə ideal insan yoxdur!
S: Bəs ideal həkim ?!
C: İdeal həkim?..... biraz çətindir cavab vermək, hər həkim ideal həkim olmağa cəhd göstərir. Hərbir halda qüsurlar qaçılmazdır.
S: Sizin fikrinizcə Azərbaycanda tibb təhsili sistemindəki əsas problemlər nələrdir ?
C: Problemlər çoxdur. Təməldən başlayaraq, yəni tələbənin qəbul olunduğu vaxtdan ixtisaslaşma və ondan sonrakı dövrdə də problemlər vardır. Məsələn, ilk başlanğıcda tədris proqramında, dərs yükündə, tədris vəsaitində, tədrisin aparılmasında, müəllimlərdə və tələbələrdə olan çatışmazlıqlar və s. Ümumiyyətlə, bizdə belə bir “qayda” vardır ki, universitetə min nəfər qəbul olunubsa mütləq şəkildə min nəfər də məzun olmalıdır, beş yüz nəfər ixtisaslaşmaya gedibsə hamısı bitirib həkim olmalıdır. Niyə ? Nəyə görə ? Ola bilməz axı bunların hamısı eyni savadda, eyni bilikdə və eyni təfəkkürdə insanlar olsun. Onlardan heç olmazsa müəyyən bir hissəsindəhansısa bir problem ola bilər. Ancaq sadəcə valideynim istəyir deyə mən universiteti bitirməliyəm düşüncəsi zənnimcə tamamilə yanlışdır.
S: Sizcə bəs o vaxtki tələbələrlə indiki tələbələr arasında fərq nədədir ?
C: Fərq var, həm yaxşı, həm də p*s cəhətdən. O vaxtki tələbələrdə əzm və çalışqanlıq çox idi lakin əldə edə bildikləri dərsvəsaiti az idi. Ədəbiyyat ancaq rus dilində və müəyyən bir dövrdə isə kiril əlifbası ilə idi. O dövrdə yaxşı həkim olmaq istəyirdinsə rus dilini mütləq bilməli idin. İnternet yox idi, ona görə də daha çox məlumat əldə edə bilmirdilər.İndiki tələbələr isə istədiyi ədəbiyyatı istədiyi dildə tapa bilir lakin onlarda da əzmkarlıq zəifdir. Xarici dil bilən tələbələrin sayı azdır. Tədqiq etmək, araşdırmaq ruhu demək olar çox az tələbədə vardır. Məsələn, tələbəyə adi bir referat mövzusu (sərbəst iş) verildiyi zaman ona barmaqarası baxır, ya hazır materialın sürətini çıxarır, ya da ki, internetdən məlumatı olduğu kimi çap edir. Halbuki referatda məqsəd tamamilə başqadır. Bu, tələbənin verilən mövzuda sərbəst olaraq ilkin elmi araşdırması və ya elmi işidir. Belə ki, referatı hazırlayarkən tələbə bir neçə ədəbiyyatı oxuyub beynində analiz–sintez edib nəticə çıxartmalı və nəticəni qeyd etməlidir. Bütün tələbələr bucür edirmi? Təəssüflər olsun ki xeyr! Bəs ən asan variant nədir?Sadəcə hazır materialın surətini çıxartdırıb müvafiq "balını" almaq. Başqa sözlə desək, tələbə internetdə ədəbiyyat materialları deyil, müasir proqramlar axtarırki necə rahat bir şəkildə "kseroks " edə bilər.
S: Sizcə təhsildəkibu cür yanaşmanı necə dəyişmək olar?
C: Birinci növbədətəfəkkür dəyişməlidir. İstər müəllim istərsə dətələbə cəhətdən. Hansı müəllimdən soruşursan hamı deyir bizim dövrümüz. Əlbəttə hər dövrün öz müsbət və mənfi cəhətləri vardır. Dəyişiklik etmək üçün mütləq müsbət cəhətləri birləşdirmək lazımdır. Biz deyirik ki, Avropaya inteqrasiya edirik, ancaq təəssüf ki Avropanın mənfi cəhətlərini götürürük. Amma hələ də elm və təhsil mədəniyyətini tam mənimsəyə bilmirik. Məsələn bədii kitab oxumaq mədəniyyətini mənimsəyə bilmişikmi? Texnika və texnologiyanın bu qədər inkişaf etməsinə rəğmən biz hələ də bu yenilikdən yaxşı məqsədlərlə istifadə edə bilmirik.
Hərkəs fikirləşməlidir ki, mən bugün dövlətə, xalqa yararlı olmaq üçün nə öyrəndim. Mən müəlliməmsə bugün tələbəyə faydalıyeni nə bilik öyrətdiyimi özümə sual verməliyəm. Amma bizdə necədir?!!! İllərlə saralmış vərəqlərimizi önümüzə qoyuruq hər il təkrar – təkrar onu öyrədirik. Deyirlər yeniləmişik. Amma nəyi yeniləmişik? Sadəcə olaraq kiril əlifbasından latına keçmişik, saralmış səhifələri ağ səhifələrlə əvəzləmişik. Amma içindəki yazını, proqramı tələbəyə çatdıracaq qədər dəyişməmişik. Mən öz fənnimizdən götürsəm- mən oxuduğum dövrdən indiyə qədər proqram hələ də dəyişməyib. Sadə bir misal gətirim, bizim fənnimiz ikinci, üçüncü kursda tədris edilir. Universiteti bitirən tələbə sərbəst olaraq müəyyən bir mikrobioloji üsulla hansısa bir xəstəliyə diaqnoz qoyulmasını əslində bacarmalıdır amma bacarırmı?Bax bunları öyrətməliyik tələbəyə,50 səhifə ala-bəzək cümlələrlə dərsi əzbərlətməyə gərək yoxdur, 2-3 səhifə olsun ancaq tələbə bilsin ki, oxuduqları ona gələcəkdə də lazım olacaq. (Ardı var...)

06/01/2018

Bu gunki uşaq evi tedbirinden.(6.01.2018) Bütün yardım edenlere teşekkürümüzü bildiririk. İnşallah daha böyük tedbirlerde görüşmek ümidi ile...

14/12/2017

SOS!!! Uşaqlar evine yardım kompaniyası devam edir. Teessüf ki, her ilden ferqli olaraq bu il telebelerimiz zeif çıxış edirler. Bizimle elaqe saxlayarıq deyenler ve elaqe saxlamaq isteyenler elaqe saxlasınlar. Tezlikle uşaq evine gedeceyik. Gelin körpe fidanları sevindirek!

Teşkilatı destek: Hacı Memmedli, Orman Abdul ve kömeklik eden telebelerimiz.

Elave melumat: Aganur Cavadov

12/12/2017

Azərbaycan Tibb Universitetində keçiriləcək olan TEDx ATU layihəsində insanlara tibbi və ya qeyri tibbi ,həqiqətən faydalı və lazımlı məlumatları çatdıra biləcək müəllim və tələbələrdən kimləri görmək istərdiz?

26/11/2017

28.11.17 saat 10:00-dan axşama qədər ATU -nun əsas korpusunda universitetin tələbələrinin iştirakı ilə rəsm sərgisi olacaq. Hamı dəvətlidir.

25/11/2017

Axshaminiz xeyir... Kecen illerde oldugu kimi bu il de Ushaqlar evine getmeyi qerar verdik... Bildiyiniz kimi qarshidan Yeni il gelir ve dushunuruk ki kimsesiz ushaqlarin da sevinmek haqqi var ve biz de onlara maddi ve menevi destek olmaliyiq... Bizlere qoshulmaq isteyen olsa bizimle elaqe saxlasin statusu gorub qacmayin like etmek de lazim deil sadece bizimle elaqe saxlasaz ve bize komek olsaz cox shad olardiq...
P.S yardimda tek pul yigilmir kiminin ishletmediyi oyuncaqlari geymediyi paltarlari ve oxumadigi kitablar varsa destek ucun vere bilerler... Indiden teshekkurler!!!
Elaqe Tel: 051 732 72 65 Haci Memmedli
050 398 48 17 Orman Abdul

Elave melumatlanmaq isteyen sehifenin inboxuna yaza biler ( Ağanur Cavadov )

Photos from ATU musahibe's post 14/11/2017

Salam, əziz tələbələr. Bu gün Yasmin PlayStation Club-un açılışı oldu. Çoxlu sayda oyun çeşidi, tam yeni heyyətlər, sakit məkan, çay, sərinləşdirici içkilər və s. zövq alacağınız bir məkan olacaq.
PlayStation3- 1 AZN
PlayStation4- 1,5 AZN
Ünvan: ATU-nun əsas çıxışı ilə üzbəüz, Yasmin 1-ci mərtəbəsi

10/11/2017

Sehifeye admin ve ya adminka axtarilir. Isteyen inboxa yaza biler.

09/11/2017

Müsahibim insanlara kömək etməyi aşırı sevən əczaçı Aytac Rəsulova

S: Salam! Özünüzü təqdim edin.
C: Salam, Rasulova Aytac

S: Qrup, fakültə, kurs?
C: Əczaçılıq fakültəsi, 3-cü kurs 841b

S: Kimdir Aytac?
C: Insanlara yardım etməyi sevən, pozitiv, əyləncəli biri...

S: Atuya gəlmə səbəbiniz nədir?
C: Insanlara yardım etməyi sevməyim

S: Universitetimiz sizi qane edir?
C: Bəzi müəllimləri və fənləri nəzərə almasaq bəli, qane edir)

S: Bəzi deyendə nəyi nəzərdə tutursunuz?
C: Kobud və balkəsən müəllimlər, lazımsız dərslər

S: Hobbiniz nədir?
C: Kitab oxumaq, musiqi dinləmək, yeni yerlər kəşf etmək

S: Bədii kitablar yoxsa tibb?
C: Hər ikisi)

S: Sizcə dost nə deməkdir?
C: Fikrimcə dost həyatının hər anında yanında olan, nə olursa olsun sənə dəstək olan biridir

S: Gələcəkdə özünüzü harada görürsünüz?
C: Dərman sektorunda yenilik etmiş biri olaraq görürəm)

S: Sizcə universitet sizi nə dərəcədə yetişdirəcək?
C: Fikrimcə yalnız universitet təhsiliylə çox az şey əldə etmək olar, ona görə də xarici ölkələrdə təhsili davam etdirmək daha məqsədəuyğundur.

S: Həkim üçün ən dəyərli olan keyfiyyət nədir?
C: Həkim ilk başda savadlı olmalı və insani keyfiyyətləini itirməməlidir.

S: Bir eczaçı üçün biznes yoxsa tibb?
C: Təbii ki tibb, əgər bura daxil olmuşuqsa sağlamlıq hər şeydən vacib olmalıdı bizim üçün.

S: Əczaçılıq fakültəsinin aktual problemi nədir sizcə?
C: Bizim fakültənin ən böyük problemi fikrimcə işlə bağlıdır, yəni aptek işinə xalqımız dırnaqarası yanaşır və bir də qeyri-ixtisas gəlib aptekdə işləyir. Bunlar da bizə böyük problemlər yaradır.

S: Aptekdə işləyib öyrənmək ya farmakologiya oxumaq?
C: Farmakologiyanı bilməliyik, ancaq hər halda praktika daha çox şey qazandırır

S: Birinci kurslara nə tövsiyyə verə bilərsiniz?
C: Dərslərin çətinliyinə baxmayaraq oxusunlar və boş vaxtlarını düzgün dəyərləndirsinlər, kitab oxusunlar, qrupla gəzməyə getsinlər və s.

S: Səhifəmizdə kimlərin müsahibəsini görmək istərsiniz?
C: Qurup yoldaşım Aytən Rəhmanzadə.

03/11/2017

Müsahibim Teyure Ağayevanın dediyi kimi “ heyat bir andır o da yaşadığınız andır “.

S: Salam! Özünüzü təqdim edin.
C: Salam, Ağayeva Teyurə. Siz soruşmadan deyim ki, mənasını bilmirəm.

S: Qrup, fakültə, kurs?
C: Tpf 3cü kurs, 625a qurup nümayəndəsi.

S: Kimdir Teyurə?
C: Sakit. Biraz saf. Gülməyi sevən) Qrup yoldaşlarımın fikrinə görə fərasətsiz 

S: Atuya gəlmə səbəbiniz nədir?
C: Bizim qohumlar həkimlik sənətini sevirler biraz. Uşaqlıqdan beynime doldurublar desəm yerine düşər. 3 yaşımdan mənə həkim şeirin əzbərlədiblər . O vaxtdan həkimliyə həvəsim olub.

S: Universitetimiz sizi qane edir?
C: Ne deyim vallah. Biraz he, biraz yox. Eslinde universitet yaxsidi, sadəcə bəzi muellimler korluyur.

S: Bəzi deyəndə nəyi nəzərdə tutursunuz?
C: Məsələn:Yaşi kecmiş müellimler, usaqları öyretmək yerinə sadəcə pul fikirlesen müəllimler ve.s.

S: Hobbiniz nədir?
C: Bir çox hobbilərim var: futbola baxmaq(oynadıgim vaxtlarda olub), kitab oxumaq, şekil cəkmək, piano çalmaq.

S: Bədii kitablar yoxsa tibb?
C: Məcburiyyətdən kitablara çox vaxt ayıra bilmirəm. Amma bədii kitabların yeri başqadi)

S: Sizcə dost nə deməkdir?
C: Dost her vəziyyətdə yaninda olmalidır. Səhvlərini də düzlerini də üzüne deməlidir. Unidə əsl dostlar qazanmisam).

S: Gələcəkdə özünüzü harada görürsünüz?
C: Gələcəyi çox fikirləşmirəm. "Heyat bir andır ,o da yaşadiginiz andır" fəlsəfəsiylə yaşayıram

S: Sizcə universitet sizi nə dərəcədə yetişdirəcək?
C: Həkim kimi yetişmek özümüzdən asılidır. Öz üzərimizdə nə qədər çox işlesək o qədər də yaxşi, işini bilen hekim kimi yetişerik. Uniye ve dərslərə həvəslə, mesuliyyetle yanaşmaq lazımdır. 6il bu unide oxuyacağiqsa tebii ki, onu sevməliyik. Çetin ola bilər amma dözməliyik. Bu cəhət də bizi digər unilərdən və tələbələrindən fərqləndirir.

S: Həkim üçün ən dəyərli olan keyfiyyət nədir?
C: Məncə dürüstlük.

S: Birinci kurslara nə tövsiyyə verə bilərsiniz?
C: Birinci kurslara tövsiyyəm odur ki, əsas dərsləri oxusunlar. Birde çox fikir etməsinlər. Mən özum 1ci kursda çox stress kecirmşəm. Adam heyacanlananda bildiyi də yadından çıxır)

S: Səhifəmizdə kimlərin müsahibəsini görmək istərsiniz?
C: Zəhmət olmasa 3 cü kurs 1-ci müalicə profilaktika fakültesinin 5b qrup tələbəsi, hazırlıq dostum, kolleqam Dilarə Miriyevadan müsahibə alın.

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Baku