25/08/2021
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin təsdiqlədiyi birgə Əsasnaməyə əsasən 10-12 avqust 2021-ci il tarixlərdə Şəmkir Olimpiya İdman Kompleksində mini futbol üzrə Respublika "Könüllülər Kuboku" yarışının final mərhələsi keçirilmişdir. Yarışın açılış mərasimində Gənclər və İdman Nazirliyinin əməkdaşları Əliniyaz Mirzəyev və Pərvin Mehdiyev, Azərbaycan İdman Könüllüləri ictimai birliyinin sədri Miraqil Seyidzadə, Şəmkir Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov çıxış edərək yarışların və könüllülük hərəkatının mahiyyəti haqqında iştirakçıları məlumatlandırmış, onlara uğurlar arzu etmişdirlər. Ümumilikdə 76 rayon və şəhər komandasının iştirakı ilə keçirilən yarışlarda I yeri Astara könüllüləri, II yeri Bakı könüllüləri və III yeri Şirvan könüllülərindən ibarət komandalar tutmuşdur.
̇dmannazirliyi
20/08/2021
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan İdman Könüllüləri ictimai birliyinin təsdiqlədiyi birgə Əsasnaməyə əsasən 16 avqust 2021-ci il tarixində Göygöl şəhər Olimpiya İdman Kompleksində basketbol üzrə Respublika "Könüllülər Kuboku" yarışının final mərhələsi keçirilmişdir. Yarışın açılış mərasimində Gənclər və İdman Nazirliyinin əməkdaşları Əliniyaz Mirzəyev və Pərvin Mehdiyev, Azərbaycan İdman Könüllüləri ictimai birliyinin sədri Miraqil Seyidzadə, Göygöl rayon Gənclər və İdman İdarəsinin əməkdaşları çıxış edərək yarışların və könüllülük hərəkatının mahiyyəti haqqında iştirakçıları məlumatlandırmış, onlara uğurlar arzu etmişdirlər. Ümumilikdə 76 rayon və şəhər komandasının iştirakı ilə keçirilən yarışlarda qızlar arasında Sumqayıt, Gəncə və Göygöl, oğlanlar arasında isə Cəlilabad, Gəncə və Bakı könüllülərindən ibarət komandalar ilk üç pillədə qərarlaşıblar.
̇dmannazirliyi
20/08/2021
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin təsdiqlədiyi birgə Əsasnaməyə əsasən 18-20 avqust 2021-ci il tarixlərində Lənkəran şəhər Olimpiya İdman Kompleksində şahmat üzrə Respublika "Könüllülər Kuboku" yarışının final mərhələsi keçirilmişdir. Yarışın açılış mərasimində Gənclər və İdman Nazirliyinin əməkdaşları Əliniyaz Mirzəyev və Pərvin Mehdiyev, Azərbaycan İdman Könüllüləri ictimai birliyinin sədri Miraqil Seyidzadə, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi Ramin Rəhimov çıxış edərək yarışların və könüllülük hərəkatının mahiyyəti haqqında iştirakçıları məlumatlandırmış, onlara uğurlar arzu etmişdirlər. Ümumilikdə 76 rayon və şəhər komandasının iştirakı ilə keçirilən yarışlarda Gəncə, Lənkəran və Astara könüllülərindən ibarət komandalar ilk üç pillədə qərarlaşıblar.
̇dmannazirliyi
10/08/2021
Xaçmaz Olimpiya İdman Kompleksində 15-17 yaşlı yeniyetmələr arasında "Könüllülər kuboku”nun proqramına daxil olan mini futbol üzrə zona birinciliyi keçirildi. Birincilikdə Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran Xızı və Sumqayıt komandaları qüvvəsini sınamışdır.
Final oyununda Xaçmaz komandası Şabran kollektivinə qalib gəlməklə zona birincisi ünvanını qazandı və Şəmkirdə keçiriləcək final mərhələsində iştirak hüququ əldə etdi.
̇dmannazirliyi
09/08/2021
6-8 avqust 2021-ci il tarixində Astara Olimpiya Kompleksində şahmat üzrə yarış keçirildi.
I yer - Lənkəran şəhər komandası;
II yer - Astara rayon komandası layiq görülmüşdür.
̇dmannazirliyi
09/08/2021
6-8 avqust 2021-ci il tarixində Şirvan Olimpiya İdman Kompleksində basketbol idman növü üzrə yarış keçirildi.
Oğlanlar arasında
I yerə-Şirvan şəhər komandası;
II yerə-Hacıqabul rayon komandası;
III yerə-Kürdəmir rayon komandası layiq görülmüşdür.
Qızlar arasında
I yerə-Şirvan şəhər komandası;
II yerə-Hacıqabul rayon komandası layiq görülmüşdür.
̇dmannazirliyi
07/08/2021
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə 6 avqust 2021-ci il tarixində Şirvan Olimpiya İdman Kompleksində basketbol idman növü üzrə “Könüllülər Kuboku” Respublika turnirinin VI zona yarışı keçirildi.
Yarışda Şirvan şəhərinin, Hacıqabul, Kürdəmir, Zərdab, Saatlı rayonlarının oğlan komandaları iştirak etdi.
Oğlanlar arasında
I yerə — Şirvan şəhər komandası;
II yerə — Hacıqabul rayon komandası;
III yerə — Kürdəmir rayon komandası layiq görülmüşdür.
Qızlar arasında
I yerə — Şirvan şəhər komandası;
II yerə — Hacıqabul rayon komandası layiq görülmüşdür.
̇dmannazirliyi
06/08/2021
30 iyul 2021-ci il tarixində Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan İdman Könüllüləri ictimai birliyinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq Salyan rayon Olimpiya İdman Kompeksində “Covid-19” pandemiyasına qarşı əsas müdafiə tədbirlərinə əməl etmək şərtilə, açıq hava şəraitində basketbol üzrə Respublika “Könüllülər Kuboku” turnirinin rayon mərhələsi keçirilmişdir.
İdman mübarizəsi ilə yadda qalan yarışın yekun nəticələrinə əsasən, I yeri "Qartal" komandası, II yeri "Xəzər" komandası, III yeri isə "Muğan" komandası tutdu.
Qalib komandalar "Könüllülər Kuboku"nun müvafiq diplomları ilə təltif olundular.
̇dmannazirliyi
06/08/2021
27 iyul 2021-ci il tarixində Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan İdman Könüllüləri ictimai birliyinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq Salyan rayon Olimpiya İdman Kompeksində “Covid-19” pandemiyasına qarşı əsas müdafiə tədbirlərinə əməl etmək şərtilə, açıq hava şəraitində mini-futbol üzrə Respublika “Könüllülər Kuboku” turnirinin rayon mərhələsi keçirilmişdir.
İdman mübarizəsi ilə yadda qalan yarışın yekun nəticələrinə əsasən, I yeri isə Kür komandası, II yeri Zəfər komandası, III yeri Aran komandası tutdu.
Qalib komandalar "Könüllülər Kuboku"nun müvafiq diplomları ilə təltif olundular.
̇dmannazirliyi
06/08/2021
26 iyul 2021-ci il tarixində Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan İdman Könüllüləri ictimai birliyinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq Salyan şəhər Uşaq Əyləncə Parkında “Covid-19” pandemiyasına qarşı əsas müdafiə tədbirlərinə əməl etmək şərtilə, açıq hava şəraitində şahmat üzrə Respublika “Könüllülər Kuboku” turnirinin rayon mərhələsi keçirilmişdir.
İdman mübarizəsi ilə yadda qalan yarışın yekun nəticələrinə əsasən, I yeri isə Eyvazlı Tunar Coşqun oğlu, II Səfərli Ayxan Rövşən oğlu, III yeri Qədirli Nəzrin Şahmar qızı tutdu.
Qaliblər "Könüllülər Kuboku"nun müvafiq diplomları ilə təltif olundular.
̇dmannazirliyi