09/04/2026
"AZERRAIL"in daha bir nümayəndəsi, komandamızın həkimi Sevinc Nəcəfova doğum gününü qeyd edir. Sevinc xanımı bu münasibətlə təbrik edir, şəxsi həyatında və işlərində uğurlar arzulayırıq.
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Azerrail Volleyball Club, Professional Sports Team, Bül-bül prospekti 22, Baku.
09/04/2026
"AZERRAIL"in daha bir nümayəndəsi, komandamızın həkimi Sevinc Nəcəfova doğum gününü qeyd edir. Sevinc xanımı bu münasibətlə təbrik edir, şəxsi həyatında və işlərində uğurlar arzulayırıq.
09/04/2026
"AZERRAIL" VK-nın voleybolçusu Mohammadhossein Charkhlouei doğum gününü qeyd edir. Voleybolçumuzu təbrik edir və yeni-yeni uğurlar arzulayırıq.
06/04/2026
Hörmətli Oksana xanım!
Sizi doğum gününüz münasibətilə “AZERRAIL” voleybol klubu adından səmimi qəlbdən təbrik edirik! Keçmiş voleybolçu kimi meydançadakı əzmkarlığınız və hazırda məşqçi kimi gənc nəslin yetişdirilməsində göstərdiyiniz fədakarlıq bizim üçün çox dəyərlidir. Sizə cansağlığı, xoşbəxtlik və gələcək voleybol ulduzlarını yetişdirmək yolunda uğurlar arzulayırıq.
Doğum gününüz mübarək!
06/04/2026
Klubumuzun 25 illik zəngin tarixində qazandığımız saysız-hesabsız qələbələr, çempionluqlar və beynəlxalq arenalardakı uğurlarımız bizim üçün qürur mənbəyidir.
Biz böyük bir ailə kimi, hər bir oyunçuya, məşqçiyə və azarkeşə bu yolda yanımızda olduqları üçün dərin minnətdarlığımızı bildiririk. Gələcək uğurlarımız bu güclü köklərə əsaslanaraq daha da parlayacaq.
25 illik yubileyimiz mübarək, AZERRAIL!
03/04/2026
"DH Volley" & "AZERRAIL" oyunundan fotolar
02/04/2026
İrəli "AZERRAIL"
2 aprel 2026
Yüksək Liqa (qadınlar) | 1/4 final, 2-ci oyun
18:00. "DH Volley" - "AZERRAIL"
GİN-in Voleybol Mərkəzi (giriş sərbəstdir)
30/03/2026
"AZERRAIL" voleybolçuları bu gün yüksək liqanın XX turunun son oyununa çıxıb. Qarşılaşma komandamızın qələbəsi ilə yekunlaşıb.
30 mart 2026
Yüksək Liqa (kişilər) | XX tur (son tur)
"Neftçi" 2:3 "AZERRAIL"
(25:22, 20:25, 25:17, 23:25, 12:15)
FHN-nin idman zalı
30/03/2026
Yüksək liqa oyunları davam edir. Kişi voleybolçularımız bu gün XX turun son oyununa çıxır.
30 mart 2026
Yüksək Liqa (kişilər) | XX tur (son tur)
16:00. "Neftçi" - "AZERRAIL"
FHN-nin idman zalı
29/03/2026
14 yaşlı voleybolçu qızların Azərbaycan birinciliyinə yekun vurulub. Komandamızı təmsil edən "AZERRAIL-3" voleybolçuları yarışı 2-ci pillədə başa vurub.
Final qarşılaşmalarından sonra mükafatlandırma mərasimi keçirilib. Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov bu mərasimdə çıxış edib. O öz çıxışında uşaq voleybolunun inkişafını xüsusi vurğulayıb və sonda qalib komandaları təbrik edib.
Biz də voleybolçularımızı təbrik edir, növbəti müsabiqələrdə uğurlar arzulayırıq.
29/03/2026
"AZERRAIL" VK-nın 14 yaşlı qızlardan ibarət komandası bu gün final oyununa çıxır. Gənc voleybolçularımıza uğurlar arzu edirik.
Final qarşılaşması GİN-nin voleybol mərkəzində baş tutacaq. Giriş sərbəstdir.
U-14 (qızlar)
Final
13:00. "AZERRAIL" - "Turan"
"AZERRAIL" & "DH Volley" oyunundan