The Center for Economic and Social Development (CESD)

The Center for Economic and Social Development (CESD)

Share

The Center for Economic and Social Development (CESD), top think tank in Azerbaijan Public Finance Policy and Management (PFPM) is one of main areas CESD works.

The Center for Economic and Social Development (CESD), top think tank in Azerbaijan, has been set up to promote research and analysis into domestic economic and social issues for the purpose to positively influence the public policy decision-making processes. The Center is a leading Azerbaijani think tank specialized in economic and social policy issues working with and establishing bridge between

Photos from The Center for Economic and Social Development (CESD)'s post 17/07/2026

Last month, the EFI Central Asia Economic Olympiad Bootcamp 2026 brought together exceptional high school students from Azerbaijan, Kazakhstan, Kyrgyzstan, and Uzbekistan for a week dedicated to academic excellence, collaboration, and international exchange.

Throughout the Bootcamp, participants expanded their knowledge of economics, strengthened their quantitative problem-solving abilities, and refined their analytical thinking through intensive lectures and challenging tasks. One of the most valuable aspects of the program was the opportunity to learn directly from distinguished professors, ask questions, exchange ideas, and engage in insightful discussions on topics they are passionate about.

Beyond the academic program, the Bootcamp fostered meaningful connections among talented young people from across Central Asia. Students formed new international friendships, shared experiences, discovered different perspectives, and enjoyed an unforgettable week while preparing for the International Final Round of the Economic Olympiad in Ancient Olympia, Greece.

Congratulations to all participants on successfully completing the Bootcamp! Our sincere appreciation goes to the professors, mentors, organizers, chaperones, and everyone whose dedication and hard work made this remarkable experience possible.

We wish all of our students the very best as they represent their countries at the International Final Round of the Economic Olympiad. May they approach this exciting challenge with confidence, curiosity, and determination, and may this Bootcamp serve as the foundation for many future achievements.

We express our deep gratitude to our organizers and partners who made the camp possible for Azerbaijan. We sincerely thank the Economic Fundamentals Initiative, Narxoz University, and our partners in Kazakhstan for their valuable support, cooperation, and contribution to the realization of this successful initiative.

Photos from The Center for Economic and Social Development (CESD)'s post 17/07/2026

Ötən ay İqtisadiyyat Müsabiqəsinin EFI Mərkəzi Asiya 2026-cı il Düşərgəsi Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan istedadlı orta məktəb şagirdlərini akademik inkişaf, beynəlxalq əməkdaşlıq və mədəni mübadilə mövzularına həsr olunmuş bir həftə ərzində bir araya gətirdi.

Düşərgə boyunca iştirakçılar iqtisadiyyat haqqında biliklərini genişləndirdilər, mürəkkəb iqtisadi məsələləri həll etmə bacarıqlarını gücləndirdilər və intensiv mühazirələr və çətin tapşırıqlar vasitəsilə analitik düşüncələrini təkmilləşdirdilər. Proqramın ən dəyərli aspektlərindən biri də görkəmli professorlardan birbaşa öyrənmək, suallar vermək, fikir mübadiləsi aparmaq və həvəsli olduqları mövzular üzrə dərin müzakirələrdə iştirak etmək imkanı idi.

Akademik proqramdan əlavə, Düşərgə Mərkəzi Asiyanın hər yerindən olan istedadlı gənclər arasında mənalı əlaqələr yaratdı. Şagirdlər yeni beynəlxalq dostluqlar qurdular, təcrübələrini bölüşdülər, fərqli perspektivlər kəşf etdilər və Yunanıstanın Qədim Olimpiya şəhərində keçiriləcək İqtisadiyyat Müsabiqəsinin Beynəlxalq Final Turuna hazırlaşarkən unudulmaz bir həftə keçirdilər.

Düşərgəni uğurla başa vurduqları üçün bütün iştirakçıları təbrik edirik! Bu əlamətdar təcrübəni mümkün edən professorlara, mentorlara, təşkilatçılara, müşayiətçilərə və fədakarlığı və zəhməti olan hər kəsə dərin minnətdarlığımızı bildiririk.

İqtisadiyyat Müsabiqəsinin Beynəlxalq Final Turunda ölkələrini təmsil edəcək bütün şagirdlərimizə uğurlar arzulayırıq. Bu təlim düşərgəsinin gələcək bir çox nailiyyətlərin təməli olduğuna inanırıq.

Düşərgənin Azərbaycan üçün mümkün olmasını təmin edən təşkilatçılarımıza və tərəfdaşlarımıza dərin minnətdarlığımızı bildiririk. Economic Fundamentals Initiative, Narxoz Universiteti və Qazaxıstandakı tərəfdaşlarımıza bu uğurlu təşəbbüsün reallaşmasına verdikləri dəyərli dəstəyə, əməkdaşlığa və töhfəyə görə səmimi təşəkkür edirik.

Photos from The Center for Economic and Social Development (CESD)'s post 18/06/2026

İqtisadiyyat Müsabiqəsi 2026: Nəticələrin Elan Edilməsi və Sertifikatların Təqdimatı

18 iyun tarixində Safran Hoteldə "İqtisadiyyat Müsabiqəsi 2026"nın nəticələrinin elan edilməsi və sertifikatların təqdimatı mərasimi keçirildi.

Tədbirdə Milli Məclisin millət vəkilləri, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) rəsmiləri, eləcə də ölkənin müxtəlif bölgələrindən olan yuxarı sinif şagirdləri iştirak etdilər.

Mərasim çərçivəsində müsabiqənin məktəb, regional və milli mərhələləri üzrə nəticələr təqdim olundu, ölkə üzrə Top 10 finalçı və Top 3 qalib elan edildi. Həmçinin Yunanıstanda keçiriləcək beynəlxalq final mərhələsində Azərbaycanı təmsil edəcək şagirdlər rəsmi şəkildə təqdim olunaraq sertifikatlarla təltif edildilər.

"İqtisadiyyat Müsabiqəsi" gənclər arasında iqtisadi savadlılığın artırılması, analitik və tənqidi düşüncə bacarıqlarının inkişaf etdirilməsi və gələcəyin iqtisadçılarının yetişdirilməsinə töhfə verən mühüm təhsil təşəbbüsüdür.

Bu uğurlu layihənin həyata keçirilməsini mümkün edən və gənclərin iqtisadi biliklərinin inkişafına verdiyi töhfəyə görə EFI – Economics for Initiative (econfun.initiative) komandasına dərin təşəkkürümüzü bildiririk.

Eyni zamanda, tədbirin yüksək səviyyədə təşkilinə və keçirilməsinə göstərdikləri dəyərli dəstəyə görə Safran Hotel və Smart Hotels Group komandasına səmimi minnətdarlığımızı ifadə edirik. Peşəkar əməkdaşlığınız və göstərdiyiniz dəstək tədbirin uğurla baş tutmasına mühüm töhfə verdi.

Bütün iştirakçılara təşəkkür edir, qaliblərimizi təbrik edir və beynəlxalq final mərhələsində Azərbaycanı təmsil edəcək şagirdlərimizə uğurlar arzulayırıq!

Photos from The Center for Economic and Social Development (CESD)'s post 18/05/2026

16 may 2026-cı il tarixində Bakı şəhərində İqtisadiyyat Müsabiqəsinin milli tur mərhələsi keçirilmişdir. Müsabiqənin üç mərhələdən ibarət seçim prosesinin sonuncu mərhələsində respublikanın müxtəlif iqtisadi rayonlarını təmsil edən ümumilikdə 235 şagird iştirak etmişdir. İştirakçılar imtahanı Azərbaycan, ingilis və rus dillərində vermişdir.

Müsabiqə ölkənin istedadlı şagirdlərini bir araya gətirərək onların iqtisadi biliklərini, analitik düşünmə bacarıqlarını və praktiki yanaşmalarını nümayiş etdirmələri üçün mühüm imkan yaratmışdır. Müsabiqə çərçivəsində şagirdlər mikroiqtisadiyyat, makroiqtisadiyyat, maliyyə savadlılığı və iqtisadi təhlil üzrə biliklərini müxtəlif tapşırıqlar vasitəsilə sınamışlar.

İngilis dili bölməsi üzrə uğurlu nəticə göstərən şagirdlər növbəti mərhələ olan müsahibə mərhələsinə dəvət ediləcəklər. Həmin mərhələdə iştirakçıların iqtisadi bilikləri ilə yanaşı, dünyagörüşü, ölkəni beynəlxalq səviyyədə təmsil etmə bacarığı, təqdimat və ünsiyyət qabiliyyətləri, eləcə də analitik düşünmə bacarıqları da qiymətləndiriləcəkdir.

Müsabiqənin əsas məqsədi gənclər arasında iqtisadi savadlılığın artırılması, iqtisadiyyat sahəsinə marağın təşviq edilməsi və Yunanıstanda Beynəlxalq Final Turunda ölkəni uğurla təmsil edə biləcək iştirakçıların müəyyən edilməsidir.

Bütün iştirakçılara uğurlar və gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.

Photos from The Center for Economic and Social Development (CESD)'s post 28/04/2026

Bu il keçirilən İqtisadiyyat Müsabiqəsinin məktəb turunda 273 məktəbdən ümumilikdə 1697 şagird iştirak etmişdir.

Azərbaycandakı son mərhələ olan milli tur isə növbəti həftələrdə keçiriləcəkdir.

Milli tura vəsiqə qazanan bütün şagirdləri təbrik edirik. Müsabiqədə iştirak edən, lakin növbəti mərhələyə keçə bilməyən şagirdlərə isə ruhdan düşməməyi, əldə etdikləri bilik və təcrübəni daha da inkişaf etdirərək gələcək illərdə yenidən iştirak etməyi tövsiyə edirik.

Eyni zamanda bu prosesdə dəstək olan müəllimlərə və məktəblərə təşəkkürümüzü bildiririk.

Yeniliklərdən xəbərdar olmaq üçün bizi Instagram-da izləyin:
👉 .economics.olympiad

Photos from The Center for Economic and Social Development (CESD)'s post 08/12/2025

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) tərəfindən həyata keçirilən “Azərbaycanda Dayanıqlı Yaşıl İnkişaf: Sirkulyar İqtisadiyyat Təşəbbüslərinin Dəstəklənməsi” layihəsi çərçivəsində təşkil olunan maarifləndirici təlimlərin yekun mərhələsi Şamaxı şəhərində uğurla baş tutub.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan layihə çərçivəsində təlimlər iyul–oktyabr–noyabr aylarını əhatə etməklə ümumilikdə Şamaxı və Füzuli (Horadiz) şəhərlərində keçirilib. Təlimlər 25–26 iyul, 23–24 oktyabr, 29–30 oktyabr və 13–14 noyabr tarixlərində təşkil olunub. Hər rayondan 25 nəfər olmaqla qadınların və gənclərin iştirakı təmin edilib.

Layihənin məqsədi Azərbaycanda dayanıqlı yaşıl iqtisadi inkişaf siyasəti kontekstində kiçik və orta sahibkarların, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin bilik və bacarıqlarını artırmaq, həmçinin sirkulyar iqtisadiyyatın genişlənməsinə töhfə verməkdir.

Təlimlərin əsas məqsədi sahibkar olmaq istəyən və artıq fəaliyyət göstərən şəxslərin bilik və bacarıqlarını artırmaq, dayanıqlı biznes təcrübələrini və dairəvi iqtisadiyyat prinsiplərini təşviq etmək, eləcə də yerli icmalarda inklüziv iqtisadi artıma dəstək göstərməkdir. Layihə Füzuli və Şamaxı şəhərlərini əhatə edir və KOB-ların, qadınların və gənclərin iqtisadi fəallığının artırılmasına yönəlib. Bu təşəbbüs Azərbaycanda inklüziv və dayanıqlı iqtisadi inkişafın təşviqinə mühüm töhfə verir.

Təlimlər zamanı iştirakçılara dayanıqlı biznes modelləri, resursların səmərəli idarə edilməsi, dairəvi iqtisadiyyat prinsipləri və müasir sahibkarlıq yanaşmaları barədə ətraflı məlumat verilib. Sessiyalar həm nəzəri biliklər, həm də praktiki tapşırıqlarla zəngin olub və iştirakçılara öz biznes potensiallarını dəyərləndirmək imkanı yaradıb.

Xüsusilə peşə və ixtisas sahibi olan xanımlar təlimlərdə yüksək fəallıq nümayiş etdiriblər. Onlar sahibkarlığa başlamaq üçün zəruri addımları öyrənib, öz biznes ideyalarını formalaşdırmaq məqsədilə təlimçilərlə məsləhətləşmələr aparıblar. Aparılan müzakirələr yeni ideyaların inkişafına, biznes planlaşdırma bacarıqlarının gücləndirilməsinə və gələcək təşəbbüslərin strukturlaşdırılmasına mühüm dəstək verib.

Təlimlərin yekunlaşması ilə layihənin maarifləndirmə mərhələsi tamamlanıb və əldə edilən biliklərin yerli icmalarda dayanıqlı iqtisadi fəallığın artırılmasına əhəmiyyətli töhfə verməsi gözlənilir. Layihə ilə bağlı məlumatlar və yeniliklər KİVlər və sosial media hesabları vasitəsilə ictimaiyyətə mütəmadi olaraq çatdırılıb.

Photos from The Center for Economic and Social Development (CESD)'s post 26/08/2025

Sizinlə gözəl xəbəri bölüşməkdən məmnunluq hissi duyuruq!

17–21 avqust 2025 tarixlərində şagirdlərimiz Afinada 2025 Beynəlxalq İqtisadiyyat Hazırlıq Düşərgəsində iştirak etdilər. Bu proqram Economic Fundamentals Initiative (EFI) tərəfdaşımız tərəfindən təşkil və maliyyələşdirilmiş, tanınmış professorlar Randall Filer, Joe Calhoun və Tawni Hunt Ferrarini tərəfindən tədris olunmuşdur.

Təlim zamanı Azərbaycanı Beynəlxalq İqtisadiyyat Müsabiqəsinin Finalında təmsil edəcək 5 nəfər şagirdimiz Mikroiqtisadiyyat, Makroiqtisadiyyat sahələrində mühüm biliklər qazandılar və şifahi imtahan təcrübəsi üzrə bacarıqlarını təkmilləşdirdilər. Paralel olaraq, 7 ölkədən olan iştirakçılar Afinanın tarixi və gözəlliklərini kəşf edərək, mədəni turlarda iştirak edib ömürlük dostluqlar qurdular.

Düşərgədən dərhal sonra, 21–24 avqust 2025 tarixlərində, Beynəlxalq İqtisadiyyat Olimpiadasının Final Mərhələsi qədim Olimpiya şəhərində — Olimpiya Oyunlarının müqəddəs beşiyi sayılan Yunanıstanda, Beynəlxalq Olimpiya Akademiyasının nüfuzlu kampusunda keçirildi. Təxminən 28 ölkədən 140-a yaxın şagird yarışaraq öz bilik və bacarıqlarını nümayiş etdirdi.

Eyni zamanda şagirdlər “Meet a Mentor” sessiyaları, fərqlənənlərin mükafatlandırılma mərasimi, Yunan ənənəvi rəqsləri, ice-break və idman fəaliyyətləri, muzey ziyarətləri və sərgilərdən ibarət zəngin proqramdan keçdilər.

Qürurla bildiririk ki, Azərbaycan komandası bu mötəbər yarışdan bürünc medalla qayıtdı! Bu uğur onların zəhmətinin və hazırlıq düşərgəsində əldə etdikləri biliklərin parlaq nəticəsidir.

Gəncləri iqtisadi biliklərlə gücləndirdiyi və bu imkanları yaratdığı üçün Economic Fundamentals Initiative-ə dərin təşəkkürümüzü bildiririk.

Photos from The Center for Economic and Social Development (CESD)'s post 26/08/2025

We are delighted to share some wonderful news!

From 17–21 August 2025, our top students participated in the International Preparatory Economic Bootcamp 2025 in Athens, organized and financed by our partner Economic Fundamentals Initiative and led by distinguished professors Randall Filer, Joe Calhoun, and Tawni Hunt Ferrarini.

During this training, the top 5 students from Azerbaijan gained essential knowledge in Microeconomics, Macroeconomics and sharpened their skills through oral examination practice. Alongside the intense sessions, students from 7 different countries explored the history and beauty of Athens, enjoying cultural tours and building lifelong friendships.

Right after the Bootcamp, from 21–24 August 2025, the International Final Round of the Economics Olympiad was hosted at the prestigious campus of the International Olympic Academy in Ancient Olympia, Greece — the revered birthplace of the Olympic Games. Nearly 140 students from 28 countries competed, showcasing their knowledge, passion, and dedication.

At the same time, the students participated in a rich program including “Meet a Mentor” sessions, an awards ceremony for outstanding participants, Greek traditional dances, ice-break and sports activities, as well as museum visits and exhibitions.

We are proud to announce that Azerbaijan’s team returned home with a Bronze medal! This remarkable achievement is a testament to their hard work and the excellent preparation during the Bootcamp.

A heartfelt thank you to the Economic Fundamentals Initiative for empowering young people with knowledge and opportunities in Economics.

Photos from The Center for Economic and Social Development (CESD)'s post 01/07/2025

On July 1, 2025, the award ceremony of the Economics Competition 2025 among schoolchildren was held at the New Baku Hotel.

This competition is an important initiative that covers thousands of students across the country and aims to educate youth about economics.
The main goal of the project is to promote economic knowledge among schoolchildren, develop analytical and critical thinking, increase the economic literacy of young people, and support their future formation as economists.

A number of influential figures - MP Vugar Bayramov, founder of the Center for Economic and Social Development (CESD), member of the Science and Education Committee of the Milli Majlis Jeyhun Mammadov, member of the Economic Policy, Industries and Enterprising Committee of the Milli Majlis Mushfig Jafarov, as well as Deputy Director of the State Agency for Preschool and General Education Vafa Yagublu - attended the event and gave speeches and messages of support to students. They emphasized the importance of forming economic education and literacy from school age.

During the event, a presentation was made about the statistical results of the project and the stages of the competition. The competition covered school, regional, and national stages, and at the end, the Top 5 and Top 10 finalists were determined through written and oral exams.

The Top 5 and Top 10 winners in the country, who will participate in the international final round in Greece, were officially announced during the ceremony, and the winning students were presented with electronic gifts and certificates of appreciation. All participants were also thanked, and their interest in economic knowledge was highly appreciated.

This initiative serves to increase interest in economic knowledge among young people, as well as to form their critical thinking and decision-making skills. The Economics Competition aims to be organized on a larger scale in the coming years, covering more schools and students.

Once again, we would like to thank Economic Fundamentals Initiative for this initiative and their support.

, , ,

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Baku
SHIRINMIRZEYEV76“A”/33,BAKU,AZ1002,