Olympic Moves Azerbaijan

Olympic Moves Azerbaijan

Share

"Olympic Moves" ("Olimpiya Hərəkatı") Azərbaycanda məktəblilər üçün ən yeni fərqli və genişmiqyaslı idman proqramıdır. Növbədə Bakı finalı durur

Beynəlxalq Olimpiya Komitəsi və Coca-Cola şirkətinin Azərbayan Respublikası Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi "Olimpiya Hərəkatı" proqramına cari ildə Bakı şəhər orta ümumthəsil məktəblərindən 50,000 məktəbli, ümumilikdə 1,500 müəllim, 2,500 gənc lider və 5,000 valideynin qatılacağı gözlənilir. Hazırda on minlərlə şagirdin iştirak etdiyi məktəbdaxili yarışlar və rayon birincilikləri başa çatmışdır.

04/06/2020

Sizin 'niz nədir? axımına qoşulun və Milli Olimpiya komitəsindən hədiyyə qazanın. Şərtlərə əməl edin ki, 23 İyun 'ni məqsədimizə çataraq birlikdə qeyd edək. Uğura doğru addım atmaq sizdən, bayram hədiyyəsi də bizdən. ✌🏻
• • •
What is your ? By joining the challenge, you can both reach your goal and win a gift from the National Olympic Committee. Follow the conditions to celebrate June 23 together, reaching goals with us. It is up to you to take a step towards success, and the holiday gift is from us. ✌🏻

23/12/2019

"Olimpiya Hərəkatı" layihəsinin ötən həftə baş tutmuş möhtəşəm final mərasimindən maraqlı kadrları, müsahibələri və mükafatlandırma anlarını özündə əks etdirən video icmalımızı sizə təqdim edirik!💪
Xoş seyirlər!🇦🇿

Photos from Olympic Moves Azerbaijan's post 20/12/2019

"Olimpiya Hərəkatı" layihəmizin möhtəşəm finalı 19 dekabr tarixində baş tutdu!💪
Beləliklə, Azərbaycan Respublika Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə 2015-ci ildən həyata keçirilən məktəblilərin idman proqramı yekunlaşdı.😎
“Olympic Moves” proqramına daxil olan badminton, həndbol və velosiped idman növləri üzrə 3 ay ərzində Bakı şəhərinin 12 rayonundan yarışlara ümumilikdə 13 mindən çox şagird qoşulmuşdur.
Tədbirin əvvəlində həndbol idman növünün Bakı birinciliyi üzrə məktəblər mübarizə apardılar. İlk yerləri tutan qaliblərimizi açıqlayırıq:
I yer - Xəzər rayonu 183 nömrəli məktəb🏆
II yer - Nizami rayonu 12 nömrəli məktəb🏆
III yer - Sabunçu rayonu 80 nömrəli məktəb🏆
Qalib məktəb komandaları təşkilatçı qurumların kubok, diplom, medal və qiymətli hədiyyələr ilə mükafatlandırılıblar.
Xatırladaq ki, “Olympic Moves” proqramının 3-cü mövsümünün I, II və III yerlərini müvafiq olaraq velo idmanı növü üzrə 308, 29, 111 saylı orta məktəb 🚴‍♀️, badminton üzrə 286, 260, 276 saylı orta məktəb 🏸 komandaları bölüşdürdü.👏
Başlıca məqsədimizə nail olduq, gənclərimizi aktiv həyata, idmana cəlb etdik ki, bu da çox qürurvericidir! Layihəmizdə əməyi keçən hər bir kəsə minnətdarıq! 🇦🇿


National Olympic Committee of Azerbaijan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Gənclərlə iş şöbəsi Çingiz Hüseynzadə Coca-Cola Azerbaijan Cycling Federation / AzVİF Azerbaijan Badminton Federation Azerbaijan Handball Federation

20/12/2019
19/12/2019

"Olimpiya Hərəkatı" layihəmizdə 🏸 idman növü üzrə Bakı məktəblərinin final görüşünün video icmalını sizə təqdim edirik.😎
Sizinlə qürur duyuruq, gənclər! 🇦🇿

Photos from Olympic Moves Azerbaijan's post 19/12/2019

"Olimpiya Hərəkatı" layihəmizdə 🏸 idman növü üzrə final görüşündən həyəcanlı kadrları, mükafatlandırma anlarını sizinlə paylaşırıq.😍
Badminton növü üzrə ilk yerləri tutan məktəbləri bir daha təbrik edirik!👏 Bütün idmançılarımıza nailiyyətlər diləyirik! 🇦🇿


Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Gənclərlə iş şöbəsiCoca-Cola National Olympic Committee of Azerbaijan

Photos from Olympic Moves Azerbaijan's post 19/12/2019

"Olimpiya Hərəkatı" layihəmiz çərçivəsində Pirallahı rayonunda baş tutan yarışından fotoları sizə təqdim edirik.
Rayon qaliblərini sizə təqdim edirik:
1) 235 nömrəli məktəb 🏆
2) 168 nömrəli məktəb 🏆
3) 243 nömrəli məktəb 🏆⠀
Qaliblərimizi təbrik edir, gələcək idman fəaliyyətlərində onlara uğurlar diləyirik. 🤗

Photos from Olympic Moves Azerbaijan's post 19/12/2019

"Olimpiya Hərəkatı" layihəsi çərçivəsində Xəzər rayonunda baş tutan həndbol yarışından fotoları sizə təqdim edirik. Mükafatlandırılmış qalibləri təbrik edirik. 🎉

17/12/2019

Binəqədi rayonunda "Olimpiya Hərəkatı" layihəsi çərçivəsində baş tutan 🏸 yarışından müsahibələri, həyəcanlı anları sizə təqdim edirik.🙂
Qeyd edək ki, yekunda 276 nömrəli məktəb Binəqədi rayonu üzrə qalib olmuşdur! Bütün iştirakçılarımızı təbrik edir və uğurlar diləyirik!🎉

17/12/2019

Bu mövsüm 3 idman növünü əhatə edən "Olimpiya Hərəkatı" finalına addım-addım yaxınlaşırıq!🔥 Veloidman 🚴‍♀️ qaliblərimizi bir daha nəzərinizə çatdıraq!
Qeyd edək ki, sabah badminton 🏸, növbəti gün isə həndbol 🤾‍♂️ idman növləri üzrə final görüşləri baş tutacaq. Gözünüz bizdə olsun, dostlar! 🤗

Photos from Olympic Moves Azerbaijan's post 16/12/2019

Layihəmiz çərçivəsində Binəqədi rayonunda badminton yarışı baş tutmuşdur. 🏸 Rayon qaliblərini sizə təqdim edirik:
1) 276 nömrəli məktəb 🏆
2) 102 nömrəli məktəb 🏆
3) 248 nömrəli məktəb 🏆⠀

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Baku
AZ1072