Kral Fitnes Club

Kral Fitnes Club

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kral Fitnes Club, Baku.

05/01/2019

AMİNO nədir və ondan necə istifadə etməli?

Azad enerjinin səviyyəsini artırır, bu isə məşq zamanı daha çox yanaşma sayını yerinə yetirməyə və müvafiq olaraq maksimum nəticə almağa imkan verir.

• Əzələlərin böyüməsi və onların keyfiyyətli şəkildə formalaşması üçün böyük əhəmiyyət kəsb edən zülal sintezini sürətləndirir.

• Əzələ liflərini dağılmadan və stress hormonunun mənfi təsirindən müdafiə edir.

• Anabolik prosesləri aktivləşdirir.

• Metabolizmi sürətləndirir və dərialtı piy yığınlarını yandırır.

İstifadə qaydaları: Yüksək keyfiyyətli aminturşularının sizin orqanizminizə fasiləsiz daxil olması üçün, gün ərzində 3 dəfə, 4 həb qəbul edin.

Photos from Kral Fitnes Club's post 05/01/2019

Zalımız artıq daha da böyüdü. Təmirdən sonra ilk fotolar...

23/01/2018

Zərərli qidalardan, fastfoodlardan qaçın. Unutmayın, bədəniniz sizin diktənizlə hərəkət edir. Onu nəyə, necə öyrəşdirsəniz, elə də hərəkət edəcək!

23/01/2018

Bunlara mütləq diqqət edin!

İdman qidalarını qəbul edən idmançıların orqanizmlərinin istismarı. Əsas məqamlar:

Farmokoloqiya (idman qida və əlavələri) ağır məşqlərdən sonra keyfiyyətli və tam bərpa olunmaq üçün istifadə olunan köməkçi elementlərdir. Bununla sinir sistemi xaricdən daha az dağıdıcı güvvəyə məruz qalır. Bəs bu orqanizmin istismarına təsir edirmi? Buna təsiri var! Beləki, bu qidalar bərpanı sürətləndirir və deməli, hüceyrələrin yenilənməsi sürətlənir. Bizim orqanizmimiz həyatımız boyunca hüceyrələri yeniləyir və nəticədə genetik yorğunluq yaranır. Prosesin sürətlənməsi isə orqanizmdə qocalmanın sürətlənməsinə gətirib çıxardır. Bu nəinki daxili orqanlara, həmçinin xarici görünüşə də öz təsirini göstərir. Yəgin sizlər fikir vermisiniz ki, bir çox professional idmançı 30 yaşında 40 yaşındakı insana bənzəyə bilir. Lakin bunu bilmək lazımdır ki, orqanizm idmandan deyil, bərpa olunmanı sürətləndirən vasitələrdən qocalır.

İdman qidalarını qəbul etməyən idmançıların orqanizmlərinin istismarı. Əsas məqamlar:

Farmoqoloqiyadan (idman qida və əlavələri) istifadə etməyən idmançılarda da orqanizm istismarı var, lakin bu digər səviyyədə özünü göstərir. Bu səviyyə isə məhz ağır və tezliyi yüksək olan məşqlərdir. Məşqlərdən sonra bərpa daha az sürətli olur. Ən p*s hal isə növbəti məşq gününə tam bərpa olmamaq riskidir. Həmçinin sinir yorğunluğu yığıla bilər ki, bu ümumi yorğunluğa, əhval-ruhiyyənin aşağı olmasına və sair bu kimi hallara gətirib çıxarda bilər. Ən qorxulusu isə sümük-bağlayıcı problemləri ola bilər ki, əlavə bərpa edicilərdən istifadə edilmədiyi zaman oynaqlar az elastikli olur və zədələrə gətirib çıxarda bilir. Ümumiyyətlə farmokoloqiyasız ağır çəkilərə girmək olduqca təhlükəlidir və bir çox hallarda zədələrə gətirib çıxarda bilir.

Armokoloqiyadan istifadə edənlərdən fərqli olaraq, naturallar nəticə əldə etmək üçün ağır çəkilərə üz tutmalı və bunu olduqca diqqətli və texnikalı yerinə yetirməlidirlər.

Yaxşı olar ki, hər iki qrup müəyyən bir müddətdən sonra orqanizmlərinə 1-2 həftə istirahət versinlər ki, orqanizmdə tam bərpa prosesi yekunlaşsın.

Orqanizmimizin istismarı hər gün baş verir və bunun səbəbləri həyat tərzimiz, stress, iş və sair ola bilər. Düzdü idman qan dövranını yaxşılaşdırır və bədəninizi daim tonusda saxlayır. Lakin fiziki imkanlarınızdan artıq nailiyyətlər əldə etmək istəyirsiniz isə yuxarıda oxuduqlarınızı nəzərə almalısınız.

Məşq edin, lakin sizin bir gün hər hansı idman yarışlarına qatılmaq fikiriniz yoxdursa, özünüzü çox yormayın. İdman qidaları qəbul edin, lakin bunu daimi deyil, fasilə verərək edin.

23/01/2018

Piyləri yandırmaq üçün kardio necə edilməlidir - Bu videoda...

23/01/2018

Sabahınız xeyir. Gözəl bir gün arzu edirik hər birinizə. Kardionuzu axsatmayın :)

22/01/2018

Əgər gecə vaxtı acmısınızsa, bu yemək tam sizin üçündür:

İçindəkilər ; 250 gr toyuq sinəsi ( 1 çay qaşığı kakos və ya zeytun yağı ilə qovururuq)

2-3 yarpaq ispanaq & 100 gr ananas & 50 gr qara qarağat. Bunları da qovurduğumuz qoyuq əti ilə qarışdırırıq.

Nuş olsun!

22/01/2018

Kral Fitness Club daha böyük sahə ilə xidmətinizdə!

Münasib qiymət, mükəmməl məşq atmosferi, istəyə görə və adama özəl məşq proqramları, qidalanma və faydalı məsləhətlər.

Photos from Kral Fitnes Club's post 22/01/2018

Yağ yandırmanı sürətləndirən möhtəşəm qarışım. Əsasən də kardiodan sonra böyük effekti var.

Alma sirkəsi 1 x/q
İstiot / yarım çay qaşığı
Zəncəfil / 2-3 dilim ( 2 bardaq suya)
Limon - bütöv
Mandarin qabığı ( istəyə uyğun)
Darçın ( 1 ç/q)
Su ( qədərini özünüz nizamlaya bilərsiniz. Buradakı ölçüklər 2 bardaq suya uyğunlaşdırılıb)

Həll qaydası və istifadəsi:

Bütün bunları suda qaynadırıq. Su qaynamağa başlayandan 5 dəqiqə sonra altını söndürüb, məhlulu süzgəcdən keçiririk. Soyuduqdan sonra acqarına içirik.

Nuş olsun!

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Baku
10