19/12/2023
2008-ci ildən ölkədə velosiped yolları üçün lazımı infrastrukturun qurulmasına, o cümlədən ekoloji nəqliyyat vasitələrinə olan diqqətin artırılması istiqamətində fəaliyyət başlayan Yaşıl Velosipedçilər • Green Bikers məqsədlərinə nail olur.
- Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərində velosiped yollarının salınması istiqamətində hazırlanmış icrasına başlanılıb. Layihənin ilkin mərhələsi Bakı şəhərinin əsasən hissələrini – İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edəcək. Mərhələli şəkildə digər küçələrdə də bu tip velosiped zolaqları salınaraq təmin ediləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi əziyyəti olan hər kəsə təşəkkürlər! 👏
16/09/2021
🥰🥳🤩
Dəyərli Təbiət Dostları!
Daha böyük uğurlar əldə etmək və beynəlxalq statusda fəaliyyətimizi davam etdirmək üçün beynəlxalq təbiət dostları logosunu qebul etdik!
Bildiyiniz kimi "Təbiət Dostları" Gənclər İctimai Birliyi 2020-ci ildən International Young Naturefriends - IYNF ("Beynəlxalq Gənc Təbiət Dostları") təşkilatının tamhüquqlu üzvüdür. Beynəlxalq Gənc Təbiət Dostlarının şəbəkəsinə qatıldığımız və beynəlxalq statusda daha yaxşı təmsil olunmaq məqsədi ilə Beynəlxalq Təbiət Dostları təşkilatının loqosundan istifadə edərək fəaliyyətimizi davam etdirəcəyik.
Hörmətlə,
Təbiət Dostları - Azərbaycan
16/06/2021
Yaşıl Velosipedçilər
Yaşıl Veloispedçilər Klubu
25/01/2021
Ayan Şamçiyeva:
“İqlim problemindən narahat olan insan olaraq, bu sammit mənə dünyanın müxtəlif yerlərindən olan insanlarla ünsiyyət qurmağım, bu problemlərin həllində onların ədalət və məsuliyyət, davamlılığın müdafiəsi, təhsil, əməkdaşlıq və tərəfdaşlıq mövzuları ilə bağlı təcrübələrinə əsaslanaraq gələcəkdə ölkəmizdə tətbiq edə biləcəyimiz müəyyən metodlarla bağlı yeni fikirlərimin yaranması üçün şans yaratdı. Ancaq iqlim problemini həll etmək üçün ən böyük addımın "Davamlılığın müdafiəsi" olduğunu düşündüm. Sadəcə danışmaq deyil, həmçinin konkret addımlar atmaq lazım olduğunu hiss etdim. Bu səbəbdən, bu mövzuda olan vörkşopu (bölmə iclası) seçdim. Təəssüf ki, Azərbaycanda ekoloji problemlər barədə danışmaq və bilavasitə onun müdafiəsinə cəlb olunmaq şansımız hələ ki azdır. Lakin bununla belə, sammitdə "Təbiət Dostları olaraq nəyi müdafiə etmək istəyirik?", "Fəaliyyət planımız: necə vəkillik edək?", "Növbəti addımlar nələrdir?" kimi sualların müzakirəsi ölkəmdə vəkillik strategiyaları üçün əyani təsvir yaratmağa kömək etdi. Bunları tətbiq etmək hazırda asan olmasa da, ümid edirəm, gələcəkdə bunu bacararıq”
25/01/2021
Rövşən Allahverdiyev:
“Sammitdə dünyanın müxtəlif ölkələrindən olan Təbiət dostları ilə müzakirələr, fikir mübadilələri çox maraqlı və faydallı oldu. Qatıldığım “Ədalət və məsuliyyət” mövzusunda olan paneldə ölkələrarası münasibətlərdə müvafiq mövzu ilə bağlı mövcud çətinliklər, birgə addımlar, gələcək perspektivlər müzakirə olundu. İştirakçılar maraqlı və fərqli həll yolları təklif etdilər, qarşılıqlı dialoqların qurulması və maarifləndirilmənin aparılması vacib hesab edildi. İnteraktiv keçən müzakirələrdə onlayn vasitələrlə tanış oldum”
21/01/2021
📣Əziz Təbiət Dostları,
Sizin ətraf mühit və onun digər sahələrlə qarşılıqlı əlaqələri (kəsişməsi) 🌳 mövzusunda akademik və ya həvəskar araşdırma 👀, analitik yazılarınızı, məqalələrinizi, tərcümələrinizi və müsahibələrinizi 🤓 qəbul edirik.
Məqalələriniz tamhüquqlu üzv olduğumuz Avropanın ən aktiv ekoloji təşkilatlarından olan International Young Naturefriends - IYNF ("Beynəlxalq Gənc Təbiət Dostları") təşkilatının saytında (http://www.iynf.org/ ) mütəmadi olaraq dərc olunacaq ✌️
Orijinal, İngilis dilində, 1000-5000 simvoldan ibarət, Word Document (.doc və ya .docx) faylında yazılar, yazı ilə əlaqəli şəkillər və müəllifin şəkli isə ayrıca .jpeg formatında qəbul edilir.
Məqalənin əvvəlində mövzunun adı, sonunda isə müəllifin adı və soyadı, İstinadları qeyd etməyi unutmayın 🤗
Sayta seçilmiş işlər yerləşdiriləcək 🥰
Yazıların göndərilməsi üçün xüsusi tarix yoxdur 🕡
Yazıların göndərilməsi və əlavə suallar üçün e-mail ⬇️
[email protected]
30/12/2019
Qarşıdan gələn YENİ İLİNİZ MÜBARƏK!
31/12/2017
Bütün dostlarımızın, təbiətsevənlərin və bizi izləyənlərin Yeni İlini ürəkdən təbrik edir, üzümüzə gələn ildə daha təbiətsevər olmasını arzu edirik!
Hamimiza uğurlar!
Təbiət Dostları :)