01/09/2026
🇦🇿 Atletika üzrə milli komandamızın üzvlərinin növbəti qrupu qış mövsümündə keçiriləcək beynəlxalq yarışlara hazırlıq məqsədilə Göygöl şəhərinə təlim-məşq toplanışına yollanıb.
Toplanış çərçivəsində idmançılar qarşıdakı beynəlxalq yarışlara yüksək səviyyədə hazırlaşmaq, fiziki, texniki və funksional hazırlıqlarını daha da təkmilləşdirmək məqsədilə intensiv məşqlər keçirlər.
Milli komandamıza qarşıdakı hazırlıq mərhələsində uğurlar arzulayırıq! 💪🇦🇿
01/09/2026
Yaradıcılığını göstər, Atletikaya rəng qat! ✨
Azərbaycan Atletika Federasiyasının yeni maskotunu sən dizayn et! Fikirlərini, yaradıcılığını və atletikaya baxışını öz dizaynında əks etdir.
🏆 Ən yaxşı 3 dizayn Azərbaycan Atletika Federasiyası tərəfindən mükafatlandırılacaq.
📅 Müsabiqə tarixi: 01 sentyabr – 30 sentyabr
📩 Dizaynlarınızı bu ünvana göndər: [email protected]
Sənin yaratdığın maskot Azərbaycan atletikasının yeni simasına çevrilə bilər! 🔥
İndi dizayn et və müsabiqəyə qoşul! 💙
31/08/2026
Azərbaycan Atletika Federasiyasında 19 avqust – 01 sentyabr tarixlərində xarici mütəxəssis tərəfindən keçirilən sprint və sədlərlə qaçış üzrə təlim uğurla yekunlaşıb. 🏃🏻♂️
İki həftə ərzində məşqçilər və idmançılar nəzəri və praktiki məşğələlərdə iştirak edərək yeni texniki yanaşmalar, məşq metodları və qaçış texnikasının inkişafına yönəlmiş hərəkətlər öyrəniblər.Təlim həm məşqçilər, həm də idmançılar üçün faydalı təcrübə və yeni biliklərlə yadda qalıb. 💪🏻 Növbəti təlimimiz 21–24 sentyabr tarixlərində Milli komanda üzvü olan məşqçilər üçün beynəlxalq seminar keçiriləcək.
31/08/2026
2026-cı ilin mart–aprel aylarında Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən İstedadlı uşaqların müəyyən edilməsi layihəsi çərçivəsində Oğuz, Tovuz və Şəki rayonlarından seçilərək Bakıya dəvət olunan 11 uşaq üçün 25–30 avqust tarixlərində Avropa Atletikasının dəstəyi ilə təlim-məşq toplanışı keçirilib.
Toplanış müddətində uşaqlar müxtəlif atletika hərəkətləri və texniki bacarıqlar üzərində çalışıb, həmçinin sürət və dözümlülüyün inkişafına yönəlmiş məşqlərdə iştirak ediblər. Məşqlərlə yanaşı, uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif gəzinti və sosial fəaliyyətlər də təşkil olunub.
Toplanışın sonunda məşqçilər tərəfindən uşaqların göstəriciləri qiymətləndiriləcək və nəticələrə uyğun olaraq seçilmiş istedadlarla məşqlər davam etdiriləcək.
Gənclər və İdman Nazirliyi National Olympic Committee European Athletics
31/08/2026
👑 400 metr sədlərlə qaçışda YENİ DÜNYA REKORDU!
🇧🇷 Alison dos Santos (Alison dos Santos ) 400 metr sədlərlə qaçışda dünya rekordunu yeniləyərək 45.80 saniyəlik nəticə göstərib və tarixdə ilk dəfə 46 saniyə baryerini aşan atlet olub! 😮🔥
2022-ci ilin dünya çempionu (Karsten Warholm ‘un ) əvvəlki rekordundan 0.14 saniyə daha sürətli qaçaraq möhtəşəm nəticəyə imza atıb. 🏃♂️🔥
*Rekordun rəsmi təsdiqlənməsi gözlənilir.
31/08/2026
🔥 100 metr sədlərlə qaçışda YENİ DÜNYA REKORDU!
🇺🇸 Masai Russell (Masai Russell OLY✨ ) 100 metr sədlərlə qaçışda dünya rekordunu yeniləyərək 12.09 saniyəlik nəticə göstərib! 🤩
O, tarixdə ilk dəfə 12.10 saniyə baryerini aşaraq bu möhtəşəm nəticəyə imza atan qadın atlet olub. 🔥🏃♀️
28/08/2026
Azərbaycan Respublikasının Əməkdar müəllimi, Əməkdar məşqçisi, Azərbaycan Atletikasının Hakimlər Kollegiyasının sədr müavini, beynəlxalq dərəcəli lektor Nemət Heydərovu 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edirik!
Ona möhkəm can sağlığı, uzun ömür, xoşbəxtlik və gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. 🎉🎂
27/08/2026
Atletika üzrə milli komandamızın 25 nəfər üzvü qış mövsümündəki beynəlxalq yarışlara hazırlıq məqsədilə Göygöl şəhərinə təlim-məşq toplanışına yollanıblar. Təlim-məşq toplanışı çərçivəsində idmançılar qarşıdakı yarışlara yüksək səviyyədə hazırlaşmaq, fiziki və texniki hazırlıqlarını təkmilləşdirmək məqsədilə intensiv məşqlər keçəcəklər.