Yoga Hatha

Yoga Hatha

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yoga Hatha, Yoga studio, Məhəmməd Araz küçəsi, Baku.

12/08/2026

Yoga dərsləri 🧘🏻‍♀️✨

Dərslərimiz sentyabr ayının ikinci həftəsindən başlayır. 🤍

Amma bu dəfə hər şey bir az fərqli olacaq — tamamilə yeni formatda, yeni məkanda və yenilənmiş enerjiylə! ✨

Yenilənmiş yoga müəlliminizlə qaldığımız yerdən daha gözəl şəkildə davam edəcəyik. 🫶🏻

Qayıdan kimi sizi yenə ruhunuza yaxşı gələcək, gözəl enerjili bir tədbirlə sevindirəcəyəm. 🌿✨

Çox darıxmışam, görüşümüzü səbirsizliklə gözləyirə

Photos from Yoga Hatha's post 04/07/2026

Artıq ənənəyə çevrilən bu gözəl gün yenidən gəlir. ☀️

Bu il artıq 4-cü ildir ki, birlikdə 72 dəfə Surya Namaskar edərək Günəşi salamlayacağıq.

Hər hərəkət yeni bir nəfəs, hər dövrə isə güc, minnətdarlıq və yenilənmə deməkdir. Gəlin bu gözəl ənənəni birlikdə davam etdirək, bədənimizi oyadaq, zehnimizi sakitləşdirək və günə yüksək enerji ilə başlayaq.

Səni də bu xüsusi təcrübənin bir parçası olmağa dəvət edirik. 🌿🙏

12.07.2026🕉
Saat 04:00🕉
MƏKAN - Nardaran
GÖRÜŞ YERİ GƏNCLİK✨

SEANS ÖDƏNİŞLİDİR- 45 AZN ❗️

Yerlər məhdud saydadır🕉

Əlaqə üçün mənə zəng edə və ya yaza bilərsiz. +994519077335

Photos from Yoga Hatha's post 24/06/2026

Keçdiyim bütün dərslərin həyatımda özəl yeri var. Amma Four Seasons Hotel Baku -da keçirdiyim dərslərin yeri tamam fərqlidir.
Bu isə ilin ən gözəl tədbirlərindən biri idi. 💛

Photos from Yoga Hatha's post 18/06/2026

Rosso di Sera❤️‍🔥

Bu məkanın bir ruhu var.

Photos from Yoga Hatha's post 05/05/2026

Instagram-da məqsədim sadəcə paylaşmaq deyil, insanlara xoş hisslər, ümid və işıq ötürməkdir. Ən azından mən bunu ürəkdən etməyə çalışıram.

Hər kəs kimi, mənim də bəzən “bu sondur” dediyim anlarım olub. Hətta çox çətin anlarım olub desəm, daha doğru olar. Sadəcə, hər şeyi anlayaraq və sakit şəkildə qəbul etmişəm. Amma nə yalan deyim, çox çətin idi… 0-dan ayağa qalxmaq… ehh…

Amma mən həmişə dünyanın gözəlliyinə inanmışam. Çətinin içindən gözələ keçdiyimi dərk etmişəm. Və indi çox, amma çox şükür edirəm — o gözəlliyin içindəyəm.

Ən önəmlisi isə, heç vaxt özümü tək hiss etməmişəm. “Tələbə” dediyim insanlar dost, rəfiqə oldular. “Yad” dediyim insanların hamısı mənə doğma oldu.

Bu şəkilə baxanda hiss etdim ki, Günel artıq həyatının ən gözəl mərhələsindədir 🥹

Allaha təşəkkür edirəm. Ailəmə təşəkkür edirəm. Sevdiyim insana təşəkkür edirəm.
“Tələbələrim” dediyim dostlarım — sizlərə, mənə doğma olan sizlərə təşəkkür edirəm 🤍

13/04/2026

Bir dəfəlik, xüsusi Sadhu təlimi 🧘‍♀️🔥

Qrup şəklində keçiriləcək bu dərin prosesdə
öz sadhu enerjinlə şəfalanacaq və
başqalarına da bu şəfanı ötürməyi öyrənəcəksən.

Artıq bu terapiya üçün kiməsə ehtiyac yoxdur — güc sənin içindədir.

Özün et.
Özünü dinlə.
Özünlə qal. 🤍

Təlim 2–3 saat davam edəcək.
Sonda isə bu yolun ilk addımını təsdiqləyən sertifikat təqdim olunacaq.

⚠️ Yalnız bir dəfə keçiriləcək.

Photos from Yoga Hatha's post 02/04/2026

İspaniya… həyatımın dəyişdiyi yer 🇪🇸✨
Artıq buranı sadəcə xatirə kimi yox, hiss kimi daşıyacağam.

Həyatımda bir an oldu… hər şey sakit idi, amma içimdə böyük bir ‘hə’ səsləndi. 🤍

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Məhəmməd Araz Küçəsi
Baku