19/01/2023
İki əfsanənin növbəti, bəlkə də, son duelini izlədik.
Ronaldo dubl etdi, Messi bir qol vurdu.
Əl-Hilal&Əl-Nəsr 4:5 PSJ
Avropa Futbolu Haqqında Ən Son Xəbərlər.
19/01/2023
İki əfsanənin növbəti, bəlkə də, son duelini izlədik.
Ronaldo dubl etdi, Messi bir qol vurdu.
Əl-Hilal&Əl-Nəsr 4:5 PSJ
06/01/2023
Əfsanəvi Canluka Vialli 58 yaşında dünyasını dəyişib. O, son 5 ildə mədəaltı vəzi xərçəngi ilə mübarizə aparırdı.
Vialli Avropanın 3 əsas turnirində - Çempionlar Liqası, UEFA Kuboku və Kuboklar Kubokunda qalib olmağı bacaran 9 futbolçudan biri və bu uğura 3 fərqli klubun - "Sampdoriya", "Yuventus" və "Çelsi"nin heyətində imza atan yeganə oyunçu kimi tarixə düşüb.
30/12/2022
Neymar: "Peledən əvvəl "10" sadəcə bir rəqəm idi. Bir vaxtlar bu sözləri haradasa oxumuşdum. Ancaq bu gözəl cümlə yarımçıqdır. Deyərdim ki, Peledən əvvəl futbol sadəcə idman idi. Pele hər şeyi dəyişdi. O, futbolu incəsənətə və əyləncəyə çevirdi.
Kasıbların, qaradərililərin səsi oldu. Və hər şeydən vacib - Braziliyanı hamıya göstərdi. Futbolun və Braziliyanın statusları Kral sayəsində yüksəldi. O, getdi, amma sehri qalır. Pele əbədidir!"
18/12/2022
Argentina tarixində 3-cü dəfə dünya çempionu oldu!!!
Argentina 3:3 Fransa, pen. - 4:2
23' Messi (pen)
36' Di Mariya (Mak Allister)
80' Mbappe (pen)
81' Mbappe (Türam)
109' Messi
118' Mbappe (pen)
18/12/2022
Rio Ferdinand: "Modriç "Real Madrid"ə keçməzdən əvvəl onunla söhbətləşmək imkanımız oldu. Soruşdum ki, "Tottenhem"dən gedirsən? Bunu təsdiqlədi, ancaq hansı kluba transfer olunacağını hələ bilmirdi.
Luka mənə "Mançester Yunayted"də çıxış edəcək ilk xorvat futbolçu olmaq istəyirəm, bunu təşkil edə bilərik?" söylədi. Amma MY artıq başqa oyunçu ilə müqavilə imzalamışdı. Nəticədə Modriç "Real Madrid"ə keçdi. Qalanı isə artıq tarixdir".
18/12/2022
Lionel Messi bu günə qədər Argentina millisiylə 6 dəfə finallarda oynayıb və heç birində əvəzlənməyib.
2 qələbə, 4 məğlubiyyət, 630 dəqiqə, 0 qol, 2 assist.
2022. Finalissima. Argentina - İtaliya 3:0 (2 assist)
2021. Amerika Kuboku. Argentina - Braziliya 1:0
2016. Amerika Kuboku. Argentina - Çili 0:0, pen. - 2:4
2015. Amerika Kuboku. Argentina - Çili 0:0, pen. - 1:4
2014. Dünya Çempionatı. Argentina - Almaniya 0:1, əlavə vaxtda
2007. Amerika Kuboku. Argentina - Braziliya 0:3
18/12/2022
Fransa prezidenti Emmanuel Makrondan fərqli olaraq, Argentinanın ölkə başçısı Alberto Fernandes DÇ-2022-nin finalını izləmək üçün Qətərə yollanmayacaq. O, matça ailəsi ilə birgə Kinta de Olivosda yerləşən iqamətgahında baxacaq.
Yerli mətbuat Fernandesin mövhumatçı insan olduğunu və 32 il əvvəlki hadisənin təkrarlanmasından ehtiyatlandığını yazır. DÇ-90-da son dünya çempionu Argentina açılış oyununda gözlənilmədən Kameruna uduzmuşdu. Fanatlar və jurnalistlər həmin məğlubiyyəti matçı stadiondan izləyən argentinalı prezident Karlos Menem ilə əlaqələndirmişdi.
17/12/2022
Xorvatiya 3-cü yer uğrunda oyunda Mərakeşə minimal hesabla qalib gəldi.
17/12/2022
Jurnalist: "Yarımfinalda Argentinanı çox fəal dəstəkləyirdiniz. Braziliyada emosiyalarınızı heç də hamı anlayışla qarşılamadı. Təkcə Peledən başqa..."
Ronaldinyo: "Pele ilə mən elə bəs edərik (gülür). Tamaşaya baxıb necə emosiyasız qala bilərdim?! Əlbəttə, dostlarıma azarkeşlik edirdim. Bunu mənə heç kim qadağan edə bilməz. Əziz dostum Messi bir futbolçudan daha artıqdır. Leo ilə münasibətlərimizə böyük dəyər verir, həmişə enerjimizin bir hissəsini ona ötürməyə çalışıram. Finaldan sonra ona yaxınlaşıb təbrik etməyi çox istəyirəm".
Jurnalist: "Argentinanın uğuruna bu qədər əminsiniz?"
Ronaldinyo: "Bir dəqiqə belə şübhə etmirəm. Messi Fransanı məhv edəcək. Hesab argentinalıların xeyrinə olacaq, onlar Dünya Çempionatında qalib gələcəklər".
Jurnalist: "Bəs Fransa qələbə qazansa?"
Ronaldinyo: "Xeyr. Axı mən onlara qarşı azarkeşlik edirəm".
16/12/2022
Rivaldo: "Əcnəbi məşqçinin Braziliya millisinə mümkün təyinatı ilə razı deyiləm və bunu yerli çalışdırıcılara hörmətsizlik hesab edirəm. Yığmaya başçılıq edə və yaxşı iş görə biləcək məşqçilərimiz var.
Əcnəbi mütəxəssisin dəvəti heç də dünya çempionu olacağımızın təminatı deyil. Hər halda, bunu dəqiq bacaran olsa idi, yəqin ki, öz ölkəsini və millətini xoşbəxt edərdi.
Şübhəsiz, əcnəbilər arasında da əla mütəxəssislər çoxdur, ancaq "selesao" - bizim millimizdir. Məşqçisi də damarlarına Braziliya qanı axan biri olmalıdır. Ən əsası isə futbolçulardır, onlara kömək etməliyik. Komandanı həvəsləndirməli, oyunçulara özünəinam hissini qaytarmalıyıq".
15/12/2022
Rəsmi: "Real Madrid" "Palmeyras"ın hücumçusu Endriki transfer etdi.
Braziliyalı yeni klubuna 18 yaşı tamam olandan sonra - 2024-cü ilin yayında qoşulacaq.
"Blankos" 16 yaşlı futbolçuya görə ümumilikdə 72 milyon avro ödəyə bilər:
35 milyon nağd
25 milyon bonuslar
12 milyon vergilər
15/12/2022
DÇ-2022-də hakimlər nə qədər qazanırlar?
▶️Mundiala dəvətə görə
Baş hakimlər: 70 min dollar
Köməkçiləri: 25 min dollar
▶️ Hər oyuna görə
Baş hakimlər: qrup mərhələsi - 3 min dollar, pley-off - 10 min dollar.
Laynsmenlər: qrup mərhələsi - 2 min 500 dollar, pley-off - 5 min dollar.
4-cü hakimlər: qrup mərhələsi - 2 min 500 dollar, pley-off - 5 min dollar.
VAR hakimləri: qrup mərhələsi - 3 min dollar, pley-off - 5 min dollar.
[ AS ]