17/04/2020
Avropanın bir sıra klublarının əsas transfer hədəflərindən birinə çevrilən 21 yaşlı mərkəz müdafiəçisi Dayot Upamecano:
"Mənim üçün Dünyanın ən yaxşı müdafiəçisi Sergio Ramos'dur. İlk başlarda bir sıra mövqelərdə oynadım, amma, mərkəz müdafiəçisi olduğumdan bəri, əsas diqqətimi çəkən məhz Sergio Ramos olub. Onun futbolçu xarakteri xüsusidir və istənilən turnirdə öz sözünü deyə bilən oyunçulardandır. Hər şeydən öncə isə, onun oyununu bəyənməmək mümkün deyil."
21/04/2017
12 il sonra ilk dəfə heç bir Almaniya klubu avrokubokun yarımfinallarında iştirak etmir.
20/04/2017
Luis Enrique: "Möhtəşəm baş məşqçiyə və futbolçulara sahibdirlər. Juventus Çempionlar Liqasını qazanmaq üçün hər şeyə sahibdir".
15/09/2016
Ruslan Abışov: "Hər klubda müqaviləmdə qeyd olunan pulumu qazanmışam. Çünki klubu heç vaxt aldatmamışam. Hər zaman öz oyunumla komandaya fayda vermək haqda düşünmüşəm."
13/09/2016
Beşiktaş'ı qəbul edəcək Benfica zədədən əziyyət çəkən 5 futbolçusu Konstantinos Mitroglou, Raúl Jiménez, Jardel, Jonas Gonçalves Oliveira və Rafa Silva xidmətindən yararlana bilməyəcək.
05/09/2016
Ən çox kapitanlıq etmiş futbolçular:
1. Totti 17 il
2. Baresi 15 il
3. Zanetti 15 il
4. Del Piero 14 il
5. Maldini 12 il
6. Gerrard 12 il
01/09/2016
Manchester United 'də ilk 4 oyunu qalib tamamlayan yeganə məşqçi məhz Mourinho oldu, həmçinin Guardiola da Manchester City 'də ilk 5 oyunu qalib tamamlayan ilk məşqçi oldu.
14/06/2016
Antonio Conte: "Belçika matçı bizim bu AÇ'da yaxşı işlər görəcəyimizi sübut etdi".
14/06/2016
Vladimir adlı rus azarkeş: "Bir Fransaya futbola baxmaq üçün deyil, ingilisləri döymək üçün gəlmişik".
14/06/2016
Xorvatiya 1-0 Türkiyə matçı zamanı xorvatiyalı futbolçu Dario Srna'nın atası Uzeir Srna dünyasını dəyişib. Dario bu xəbəri matç bitdikdən sonra öyrənib.