Buza dırmanma alətləri haqqında təlimçimiz Nicat bəyin çıxışı
Laza, Qusar
ŞAMAN Dağçılıq İdman Klubu
Bizi izləyin! Zəng və WhatsApp: +994 50 660 36 86
16/06/2026
FHN və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə “Turizmdə təhlükəsizlik” mövzusunda təlim keçirilib. Təlimdə komandamızın idmançıları da iştirak etmişdir.
Daha ətraflı ➡️ https://fhn.gov.az/az/melumatlar/fhn-ve-dovlet-turizm-agentliyinin-birge-teskilatciligi-ile-turizmde-tehlukesizlik-movzusunda-telim-kecirilib
Bu video 18 May 2025-ci ildə Atatürk və Heydər zirvələrinə yürüş edərkən Məsud Ağa tərəfindən çəkilmişdir.
19/06/2025
Azərbaycan Alpinizm Federasiyası 24 May 2025-ci ildə Kühül Dağ Qayayadırmanma Festivalın Keçirib🇦🇿
Festivalın keçirildiyi yerdə, Kühül dağlarının təbii gözəlliyi və unikal şəraiti, iştirakçılara həm dağçılıq bacarıqlarını nümayiş etdirmək, həm də macəra dolu anlar yaşamaq imkanı verdi. Tədbir, müxtəlif yaş qrupları və təcrübə səviyyələrinə uyğun olaraq, bir neçə kateqoriyada təşkil olundu.
Tədbirin əsas məqamları:
Dağçılıq Master-klassları: Peşəkar dağçılar tərəfindən keçirilən təlimlər və master-klasslar, yeni başlayanlardan təcrübəli dağçılara qədər hər kəsə faydalı oldu.
Təbii Mühitin Qorunması: Festival iştirakçıları, təbii mühitin qorunmasına dair maarifləndirmə tədbirlərində də iştirak edərək, dağçılığın ekosistemə olan təsirlərinə dair biliklərini artırdılar.
Bu tədbir, dağçılıq və qayayadırmanma idman növünün ölkəmizdə daha da inkişaf etdirilməsinə və gələcək nəsillərə bu möhtəşəm təbiət mirasını qoruyub saxlamağa töhfə vermək məqsədini daşıyır. Kühül Dağları kimi gözəl bir təbii sərvəti ziyarət edərək, iştirakçılar həm təcrübə qazandılar, həm də Azərbaycanın dağçılıq potensialını bir daha tanıtdılar.
11/06/2025
Nardaran qayalıqlarında açıq məşq keçiriləcək
Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı ilə 14 iyun 2025-ci il tarixində 07:00-dan 13:00-a qədər Bakı ətrafında yerləşən Nardaran qayalıqlarında açıq məşq təşkil olunacaq. Tədbirin əsas məqsədi alpinistlərin texniki və fiziki hazırlıq səviyyəsinin artırılması, həmçinin yeni başlayanlara qayayadırmanma bacarıqlarının aşılanmasıdır.
Açıq məşq həm təcrübəli alpinistlər, həm də bu sahəyə maraq göstərən yeni iştirakçılar üçün nəzərdə tutulub. Tədbirdə fərqli çətinlik dərəcələrində marşrutlar üzrə çalışmalara yer veriləcək, təhlükəsizlik qaydaları ətraflı izah olunacaq və peşəkar instruktorlar tərəfindən praktik məşğələlər keçiriləcək.
Azərbaycan Alpinizm Federasiyası açıq havada keçirilən bu məşqə hər kəsi — həm idmançılarımızı, həm də dağ idman növlərinə marağı olan vətəndaşlarımızı — qoşulmağa dəvət edir.
Azərbaycan Alpinizm Federasiyası olaraq hər bir iştirakçını aşağıdakı çağırışa qoşulmağa dəvət edirik:
✅ Təbiətdə olarkən tullantı buraxma
✅ Bitkiləri qoparma, daşları sındırma
✅ Ətrafı təmiz saxla, başqalarına da nümunə ol
✅ “Gətirdiyini apar!” prinsipi ilə hərəkət et
✅ Təbiəti sev, ona zərər vermədən yaşa və paylaş
07:30-da Gənclik metrosu Yarmarkanın önündən avtobus yola düşəcək
22/05/2025
Azərbaycanlı qadın alpinistdən tarixi uğur!
Azərbaycanlı qadın alpinist Vəfa Musayeva mayın 15-də dünyanın ən yüksək zirvəsi olan Everesti (8848 m) fəth edib. Əzmkarlıq nümayiş etdirən xanım alpinistimiz Everestdən dərhal sonra dünyanın 4-cü zirvəsi olan Lhotze zirvəsinə (8516 m) də qalxıb.
Bununla da, Everestdə Azərbaycan bayrağını yüksəltmiş xanım alpinistlərin sayı ikiyə çatıb. Bundan öncə yalnız 2023-cü ildə Elmira Aslanova həmin zirvəyə qalxmışdı. Kişi alpinistlərimizdən isə bu uğura imza atanlar 2007-ci ildə İsrafil Aşurlı, 2013-cü ildə Murad Aşurlı, 2019-cu ildə Vadim Vokryaçko olublar.
Mənbə: AR
Biz də klubumuz adından Vəfa xanımı təbrik edir, ona sağlıqla bu yolda yürüməyi arzu edirik🩵🙏🇦🇿
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Baku