Bakı şəhəri 202 sayli tam orta məktəb

Bakı  şəhəri 202 sayli tam orta məktəb

Share

Tam orta məktəb

Photos from Bakı  şəhəri 202 sayli tam orta məktəb's post 04/07/2026

🥇 Qürurumuz

Məktəbimizin 8 b sinif şagirdi Əlizadə Elkin beynəlxalq Kenquru Riyaziyyat Müsabiqəsində qazandığı Qızıl medal münasibətilə mükafatlandırıldı.
Şagirdimizi ürəkdən təbrik edir, ona gələcək təhsil həyatında daha böyük nailiyyətlər və yeni zirvələr arzulayırıq.
Qürurumuzsan, Elkin. 👏🏅

30/06/2026

🌿 Bir tədris ilinin son iş günü…

Bu gün məktəbimizdə daha bir uğurlu tədris ilini birlikdə başa vurduq. Hər bir müəllimimizin zəhməti, fədakarlığı və sevgisi bu ilin uğurlarında öz əksini tapdı. Arxada qalan hər gün yeni biliklər, qazanılmış təcrübələr, sevinclər və unudulmaz xatirələrlə yadda qaldı. Bu uğurların memarı olan bütün müəllimlərimizə və əməkdaşlarımıza təşəkkür edirik.
Əziz müəllimlər, sizə və ailələrinizə sağlamlıq, xoş ovqat, mənalı və unudulmaz yay istirahəti arzulayırıq. Bu istirahət günləri sizə yeni enerji, yeni ilham və yeni uğurlar üçün güc bəxş etsin.

Photos from Bakı  şəhəri 202 sayli tam orta məktəb's post 30/06/2026

Xeyirxahlıq paylaşdıqca çoxalır, dəyərlər yaşadıqca cəmiyyət güclənir. 💚

✅ IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə, IDEA, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və ThinkIn təşkilatının əməkdaşlığı çərçivəsində keçirilən "Kindness Festival” da iştirak etdik.
Festival çərçivəsində keçirilən maraqlı vorkşoplar, panel müzakirələr, interaktiv fəaliyyətlər xeyirxahlıq, empatiya, paylaşma və sosial məsuliyyət kimi dəyərlərin əhəmiyyətini bir daha xatırlatdı. Səmimi atmosfer, dəyərli çıxışlar və fərqli baxış bucaqları festivalı hər kəs üçün yaddaqalan təcrübəyə çevirdi.
🤝 Bu gözəl təşəbbüsə və yüksək səviyyəli təşkilatçılığa, dəvətə görə Mr. Raciv və komandasına, həmçinin layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edir, belə dəyərli layihələrin davamlı olmasını arzulayırıq.

Photos from Bakı  şəhəri 202 sayli tam orta məktəb's post 30/06/2026

📚 Peşəkar inkişaf keyfiyyətli təhsilin əsas sütunudur.
Tədris ilinin son günü məktəbimizdə “Dərsdinləmə və effektiv əks-əlaqə” mövzusunda metodiki görüş keçirildi.
Görüşdə dərsdinləmənin məqsədinin müəllimi qiymətləndirmək deyil, onun peşəkar inkişafını dəstəkləmək, tədris prosesini daha da təkmilləşdirmək olduğu vurğulandı. Eyni zamanda, inkişafyönümlü və konstruktiv əks-əlaqənin xüsusiyyətləri müzakirə edildi, müəllimlərlə səmərəli fikir mübadiləsi aparıldı.
Metodiki görüş çərçivəsində nümunə dərs situasiyaları təhlil olunaraq müşahidə zamanı diqqət yetirilməli məqamlar və effektiv əks-əlaqənin təqdim olunma yolları praktik nümunələr üzərində ətraflı nəzərdən keçirildi.
Görüş məktəbin metodisti Nahidə Əzizova tərəfindən təşkil olunmuşdu.
İnanırıq ki, müəllimlərin davamlı öyrənməsi, təcrübə paylaşımı və qarşılıqlı dəstəyi daha keyfiyyətli dərslərin, daha uğurlu şagirdlərin və daha güclü məktəb mühitinin formalaşmasına xidmət edir.
🌱 İnkişaf öyrənməklə başlayır, keyfiyyət isə əməkdaşlıqla yüksəlir.

Photos from Bakı  şəhəri 202 sayli tam orta məktəb's post 27/06/2026

25.06.2026 ✅ Tədris ilinin yekun pedaqoji şurası keçirildi

2025–2026-cı tədris ilinin yekunlarına həsr olunmuş son pedaqoji şura iclası keçirildi.
İclasda tədris ili ərzində görülmüş işlər təhlil edildi, hesabatlar dinlənildi, əldə olunan nailiyyətlər dəyərləndirildi və qarşıdakı tədris ili üçün əsas hədəflər müəyyənləşdirildi.
İclasda aşağıdakı məsələlər müzakirə olundu:
🔹 Tədris ilinin yekun hesabatının təqdimatı
🔹 Şagird nailiyyətlərinin və təhsil keyfiyyətinin təhlili
🔹 Buraxılış və qəbul imtahanlarının nəticələri
🔹 Müəllimlərin sertifikasiya və peşəkar inkişaf göstəriciləri
🔹 Respublika və beynəlxalq layihələrdə, müsabiqə və olimpiadalarda iştirak və əldə olunan uğurlar
🔹 STEAM, intellektual və yaradıcılıq istiqamətində görülən işlər
🔹 İnklüziv təhsilin təşkili, fərdi tədris planlarının icrası və dəstək tədbirləri
🔹 Şagirdlərin sosial-emosional rifahı və təhlükəsiz məktəb mühitinin təmin edilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər
🔹 Fənn aylıqları, monitorinqlər və daxili qiymətləndirmələrin nəticələri
🔹 Valideyn-məktəb əməkdaşlığının gücləndirilməsi istiqamətində görülən işlər
🔹 Qarşıdan gələn tədris ili üçün prioritet istiqamətlər və fəaliyyət planı.

Pedaqoji şura tədris ilinin uğurlu nəticələrinin ümumiləşdirilməsi, görülən işlərin qiymətləndirilməsi və yeni hədəflərin müəyyənləşdirilməsi baxımından məhsuldar müzakirələrlə yadda qaldı.

🌺 İclasın sonunda pedaqoji fəaliyyətlərini uzun illər ərzində yüksək peşəkarlıq, fədakarlıq və məsuliyyətlə həyata keçirərək 65 yaş həddinə çatmış müəllimlərimizə məktəb rəhbərliyi tərəfindən təşəkkürnamələr və gül dəstələri təqdim olundu. Onların təhsilimizin inkişafına verdikləri dəyərli töhfələr böyük ehtiram və alqışlarla qeyd edildi.
🌺 Eyni zamanda, məktəbimizdə müddətli əmək müqaviləsi ilə fəaliyyət göstərən müəllimlərə də göstərdikləri məsuliyyət və səmərəli fəaliyyətə görə təşəkkürnamələr təqdim edildi.
Hər bir müəllimimizə və məktəb kollektivinə zəhməti, peşəkarlığı və fədakar fəaliyyəti üçün təşəkkür edir, yeni tədris ilində daha böyük uğurlar arzulayırıq.

Photos from Bakı  şəhəri 202 sayli tam orta məktəb's post 25/06/2026

🎉 Müəllimlərimizin sertifikasiya imtahanında qazandıqları uğurlar bizim üçün böyük qürur mənbəyidir.
Şəms Vəlixanova – Texnologiya müəllimi
Xavər Mahmudova – Fiziki tərbiyə müəllimi
Nuriyyə Hümmətova – Tarix müəllimi
Emin Rəhimli – Fiziki tərbiyə müəllimi

Bu nailiyyət münasibətilə dəyərli müəllimlərimizi ürəkdən təbrik edir, onlara gələcək pedaqoji fəaliyyətlərində yeni uğurlar, tükənməz enerji və daha böyük nailiyyətlər arzulayırıq.

22/06/2026

📣VƏTƏNDAŞ QƏBULU

Alı Mustafayev adına 202 nömrəli tam orta ümumtəhsil məktəbində vətəndaş qəbulu hər həftənin çərşənbə günü saat 14:30–16:30 aralığında həyata keçirilir.
Vətəndaş və valideyn müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə qəbul olunur, araşdırılır, aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür və nəticəsi barədə müraciət edənlərə məlumat verilir.

📍 Ünvan: Xətai pr. 47
📞 Telefon: 496 33 29
🌐 E-mail: [email protected]

2025-ci ilin tələbə qəbulu nəticələrinə əsasən, 600 və daha yüksək bal toplayan abituriyentlərin payına görə bir sıra məktəblər yüksək göstəricilər nümayiş etdirib.

Azedu.аz xəbər verir ki, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.

Siyahıda ilk yerlərdə Astara rayonu Ərçivan qəsəbə 3 nömrəli tam orta məktəbi (12 faiz), Fizika, riyaziyyat və informatika təmayüllü Respublika Liseyinin Quba rayonundakı sinifləri (11,86 faiz), Bakı şəhəri 70 nömrəli məktəb-lisey (11,76 faiz) və Gəncə şəhəri 27 nömrəli riyaziyyat-informatika təmayüllü lisey (11,76 faiz) qərarlaşıb.

Yüksək nəticə göstərən digər təhsil müəssisələri arasında Bakı şəhəri 96 nömrəli tam orta məktəb, Bakı şəhəri 327 nömrəli tam orta məktəb, Gəncə şəhəri 30 nömrəli tam orta məktəb, Bakı şəhəri 171 nömrəli tam orta məktəb, Naxçıvan Dövlət Universitetinin nəzdində Gimnaziya və Şəki rayonunun Baş Zəyzid kənd tam orta məktəbi də yer alıb.

Siyahıya daxil edilən Bakı məktəbləri bunlardır:

Bakı şəhəri 70 nömrəli məktəb-lisey;

Gəncə şəhəri 27 nömrəli riyaziyyat-informatika təmayüllü lisey;

Bakı şəhəri 96 nömrəli tam orta məktəb;

Bakı şəhəri 327 nömrəli tam orta məktəb;

Bakı şəhəri 171 nömrəli tam orta məktəb;

Abşeron rayonu Q.Xalıqov adına Qobu qəsəbə 1 nömrəli tam orta məktəbi;

Bakı şəhəri 313 nömrəli tam orta məktəb;

Bakı şəhəri 289 nömrəli tam orta məktəb – “Zəngi” liseyi;

Bakı şəhəri 89 nömrəli tam orta məktəb;

Bakı şəhəri 140 nömrəli tam orta məktəb;

Abşeron rayonu Fatmayı kənd tam orta məktəbi;

Bakı şəhəri 202 nömrəli tam orta məktəb;

Bakı şəhəri 31 nömrəli tam orta məktəb;

Bakı şəhəri 254 nömrəli tam orta məktəb;

Qeyd edək ki, siyahıya yalnız abituriyentlərinin sayı 20 nəfərdən az olmayan təhsil müəssisələri daxil edilib. 21/06/2026

https://www.instagram.com/p/DZzN9G0l3BP/?igsh=MTZibDJoaDVxeGNnOA==

2025-ci ilin tələbə qəbulu nəticələrinə əsasən, 600 və daha yüksək bal toplayan abituriyentlərin payına görə bir sıra məktəblər yüksək göstəricilər nümayiş etdirib. Azedu.аz xəbər verir ki, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib. Siyahıda ilk yerlərdə Astara rayonu Ərçivan qəsəbə 3 nömrəli tam orta məktəbi (12 faiz), Fizika, riyaziyyat və informatika təmayüllü Respublika Liseyinin Quba rayonundakı sinifləri (11,86 faiz), Bakı şəhəri 70 nömrəli məktəb-lisey (11,76 faiz) və Gəncə şəhəri 27 nömrəli riyaziyyat-informatika təmayüllü lisey (11,76 faiz) qərarlaşıb. Yüksək nəticə göstərən digər təhsil müəssisələri arasında Bakı şəhəri 96 nömrəli tam orta məktəb, Bakı şəhəri 327 nömrəli tam orta məktəb, Gəncə şəhəri 30 nömrəli tam orta məktəb, Bakı şəhəri 171 nömrəli tam orta məktəb, Naxçıvan Dövlət Universitetinin nəzdində Gimnaziya və Şəki rayonunun Baş Zəyzid kənd tam orta məktəbi də yer alıb. Siyahıya daxil edilən Bakı məktəbləri bunlardır: Bakı şəhəri 70 nömrəli məktəb-lisey; Gəncə şəhəri 27 nömrəli riyaziyyat-informatika təmayüllü lisey; Bakı şəhəri 96 nömrəli tam orta məktəb; Bakı şəhəri 327 nömrəli tam orta məktəb; Bakı şəhəri 171 nömrəli tam orta məktəb; Abşeron rayonu Q.Xalıqov adına Qobu qəsəbə 1 nömrəli tam orta məktəbi; Bakı şəhəri 313 nömrəli tam orta məktəb; Bakı şəhəri 289 nömrəli tam orta məktəb – “Zəngi” liseyi; Bakı şəhəri 89 nömrəli tam orta məktəb; Bakı şəhəri 140 nömrəli tam orta məktəb; Abşeron rayonu Fatmayı kənd tam orta məktəbi; Bakı şəhəri 202 nömrəli tam orta məktəb; Bakı şəhəri 31 nömrəli tam orta məktəb; Bakı şəhəri 254 nömrəli tam orta məktəb; Qeyd edək ki, siyahıya yalnız abituriyentlərinin sayı 20 nəfərdən az olmayan təhsil müəssisələri daxil edilib.

Photos from Bakı  şəhəri 202 sayli tam orta məktəb's post 21/06/2026

Ölkəmizdə ilk dəfə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi baş tutub. 🏅🇦🇿
2000-dən çox məktəblinin iştirak etdiyi bu mötəbər olimpiada idman mədəniyyətinin inkişafı, sağlam həyat tərzinin təşviqi və gənc istedadların üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.
İnanırıq ki, bu yarışlar şagirdlərin həm fiziki hazırlığının, həm də komanda ruhunun, əzmkarlığının və qalibiyyət iradəsinin nümayişinə çevriləcək.
Məktəblilərin Respublika İdman Olimpiadasında iştirak edən bütün şagirdlərə uğurlar, inamlı çıxışlar və parlaq qələbələr arzulayırıq.🌟

Photos from Bakı  şəhəri 202 sayli tam orta məktəb's post 21/06/2026

Uğurumuz🥰
2025-ci ilin tələbə qəbulu nəticələrinə əsasən, 600 və daha yüksək bal toplayan abituriyentlərin payına görə yüksək göstərici nümayiş etdirən təhsil müəssisələri sırasında Bakı şəhəri 202 nömrəli tam orta ümumtəhsil məktəbi də yer almışdır.
Bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində əks olunmuşdur.
Qeyd edək ki, həmin siyahıya yalnız abituriyentlərinin sayı 20 nəfərdən az olmayan təhsil müəssisələri daxil edilmişdir.
Bu mühüm nailiyyət münasibətilə məktəbimizin müəllim kollektivini, şagirdlərini və valideynlərini təbrik edir, hər birinə gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq.🥰

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Xətai Pr. 49
Baku
1008

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00