20/11/2022
Dünya çempionatının açılış matçında dubl edən Enner Valensiyanın bacısı Ersini 2020-ci ildə girov götürüblər. Futbolçu "Fənərbaxça"ya keçdiyi gün quldurlar bacısını oğurlayaraq cəngəlliyə aparıblar. Ersini "Oliver Sinisterranın cəbhəsi"nin girov götürdüyü bildirilirdi. Cinayətkarlar Valensiyadan bacısının azadlığa çıxması üçün 2 milyon dollar tələb ediblər. Xüsusi təyinatlı qüvvələrin əməliyyatı nəticəsində Ersin meşədə balaca çadırdan azad olunub. Futbolçu hadisədən sonra Ekvador prezidenti Lenin Morenoya təşəkkür etmişdi.
13/11/2022
Dünyanın ən gözəl qadın futbolçularından hesab olunan Ana Mariya Markoviç gəlib çıxıb Bakıya və bu gün onun komandası (Xorvatiya) millimizi 2:1 məğlub edib.
10/11/2022
Azərbaycan futbolunda maraqlı cəzalar silsiləsindən:
Stadionda suyun təzyiqinin olmamasına və futbolçuların sudan normal istifadə edə bilmədiklərinə görə “Sumqayıt” klubu 800 manat cərimə edilsin (maddə 60).
Buna görə, "Azərsu"yu cərimə eləmək daha doğru olmaz?)
10/11/2022
Zlatan İbrahimoviç: "Mən Fransada oynayanda hər mövsüm 50+qol vururdum və ötürmələr verirdim. Amma bu heç imin vecinə deyildi. İndi Messi həmin liqada 20 qol vurur, bütün media bağırır ki, "Qızıl top" vermək lazımdır. Bu ədalətsizlikdir, lakin həmişə belə olub".
(Get French Football News)
09/11/2022
Xorvatiya millisinin və "Qrasshopper"in oyunçusu, dünyanın ən gözəl qadın futbolçusu hesab edilən Ana Mariya Markoviçin 23 yaşı tamam olur.
15/09/2022
Bəlkə də deyə bilərsiniz ki, indiki dönəmdə bu nə yazıdır? Amma fransızların, Fransa mətbuatının mövqeyinə bir daha əmin olmaq üçün bu yazını oxumağınız məsləhətdir.
Dağlıq Qarabağ hərbi gərginliyin mərkəzində olan mübahisəli ərazidir. Son olaraq çərşənbə axşamı orada döyüşlər gedib. Azərbaycan ermənilərin hərbi mövqelərini intensiv atəşə tutmağa başlayıb (həmişə olduğu kimi Fransa mətbuatı yenə də ermənilərin mövqeyindən çıxış edir – red).
“Futbol klubunun geosiyasəti: Dünyanı anlamaq üçün 22 qeyri-adi hekayə” kitabının müəllifi Kevin Veyssieres yazır ki, “başlanğıcda bura ermənilərin və xristianların çoxlut təşkil etdiyi bölgə idi. 1921-ci ildə Ermənistan və Azərbaycan SSRİ-nin tərkibinə daxil ediləndə (burda da müəllif səhvə yol verir Azərbaycan 1920-ci ildə işğal olunub – red) Stalin kartları dəyişdirir və Dağlıq Qarabağ Azərbaycan tərəfə keçir (Stalin 1921-ci ildə hələ SSRİ-də əsas söz sahibi deyildi – red).
02/09/2022
Az deyil. UEFA "Qarabağ"ın hesabına 10 milyon avro köçürdü.
01/09/2022
"Kəpəz"in yeni baş məşqçisi məlum oldu. Tərəflər artıq bütün məsələlərdə razılığa gəlib və yaxın vaxtlarda müqavilə imzalanacaq.
01/09/2022
Azərbayca bir sıra səviyyəli legionerlərin gətirilməsində rolu olmuş Bəxtiyar Musayev hesab edir ki, Ovusu Kvabena İbrahima Vadjidən daha səviyyəli hücumçudur.
31/08/2022
Gürcüstan və Azərbaycan futbolunu müqayisə etdikdə Tbilisi “Dinamo”sunun 20 dəfə SSRİ çempionatının medallarını qazanması, 1981-ci ildə Kuboklar Kubokunda qalib gəlməsi faktları əlbəttə ki, bizim dilimizi-ağzımızı bağlayır. Gürcüstan futbolu və Tbilisi “Dinamo”su tarixən Qafqazın ən güclüsü olub, bununla yəqin ki, heç kim müqayisə etməz.
Lakin müstəqillik illərində avrokuboklara diqqət yetirdikdə qarşımıza fərqli mənzərə çıxır. Gürcüstan klublarından indiyədək cəmi bir dəfə Tbilisi “Dinamo”su 2004-2005-ci illər mövsümündə Avropa Liqasında qrupa düşə bilib. “Qarabağ” isə 9-cu mövsümdür ki, avrokuboklarda oynayır.
30/08/2022
"Qarabağ" İbrahima Vadjini 1,6 milyon avroya satıb. Klub rəsmisi açıqladı.