06/08/2026
🇦🇺 Quillan Salkilld : "Yüngül çəkidə dəhşətli rəqabət var. Heç kim Mateuş Qamrot ilə döyüşmək istəmirdi, amma mən qəbul etdim. Məqsədim adımı boş reklamla yox, əməllərimlə sübut etməkdir. Qamrotdan fərqli olaraq, döyüşü hər yerdə bitirmək bacarıǧım var : istər yerdə, istər ayaq üstə. Hər kəsi mənə hörmət etməyə məcbur edəcəm. Ən aǧır rəqiblər istəyirəm".
06/08/2026
🚨 SON DƏQİQƏ
Arman Tsarukyan bu dəfə Braziliyalı snayper Mauricio Ruffy'ə qarşı döyüşəcək 💣
UFC 331, 19 Sentyabr📍
05/08/2026
🇦🇿 Gənc döyüşçümüz və gələcəyin böyük ulduzu Məhəmmədəli Osmanlı 22 yaşını qeyd edir🎂
UFC bu partlayışa hazır deyil⭐️
05/08/2026
Curtis Blaydes gündəlik həyatında "UFC Baku" t-shirtini seçərək maraqlı bir üslub nümayiş etdirib. Beləki məşhur idmançının sadə, gündəlik tərzində Bakı yazılı geyimə yer verməsi paylaşıma fərqli və xoş bir rəng qatır.
04/08/2026
🇦🇿 Tofiq Musayev yüngül çəkidə Top 14 oldu👑
🇦🇿 Rafael Fiziev isə top 13-də qərarlaşıb.
Tarixdə ilk dəfə iki Azərbaycanlı eyni zamanda UFC-nin top sırasında🫶
03/08/2026
🎭 Maykl Morales : "Bütün pulumu İslamın qələbəsinə basacam. O sarıbaş Qarridən zəhləm gedir və heç bir şansı yoxdur. Yalnız bəxtə bəxt zərbə tutsa, nəsə ola bilər. İslam onu yerə aparıb 5 raund saxlayacaq və yaxud boǧacaq. Aǧ Evdə keçən bütün döyüşləri düz tapmışdım. Mənə inana bilərsiz. İslamla döyüşsəm, özümdə qorxaram, çünki Maxaçev vahiməlidir. Çətin sınaqdır, amma hazıram".
03/08/2026
🚨 Bu həftənin əsas döyüşündə yüngül çəkinin top döyüşçüləri üz üzə gələcək!
1️⃣2️⃣ Quillan Salkilld - Mateuş Qamrot8️⃣
02/08/2026
🦅 Usman Nurmaqomedov : "Bəli, mən yüngül çəkidə özümü dünyanın ən yaxşısı hesab edirəm. Niyə? Çünki dünyanın ən yaxşısı, əfsanə İslam Maxaçev ilə məşq edirəm. Son iki döyüşdə, İslam küncdən mənə düzgün məqamda zərbə atmaǧımı istədi, tapşırıqlar verdi və hər iki zərbə tutdu".
👑 İslam Maxaçev : "Mən həyatımda Usman kimi istedadlı döyüşçü görməmişəm. Sizə deyirəm, bu adam istər ayaq üstə, istər yerdə başqa səviyyədir. Sadəcə onu işlətmək lazımdır. Tənbəl olmasa, p4p 1 nömrə olacaq".
02/08/2026
👀 Usman Nurmaqomedov-un küncünə baxın
🚨 Dana Vayt rəsmi açıqladı ki, Usmanı UFC-ə imzalayacaq✍️
02/08/2026
🇦🇿 Tofiq Musayev : "Favorit deyildim, amma mən özümə inanıram. Kim nə deyir desin, yaş sadəcə bir rəqəmdir. Top 15-dən Bobbi Qrin, hazırlaş, mən gəlirəm. UFC-də bundan sonra çox Azərbaycanlı görəcəksiz. Fərman olsun, Tahir olsun, hamısı mənim dostlarımdır. Məhəmmədəli Osmanlı həmçinin, çox bacarıqlı gənc döyüşçümüzdür. Azərbaycan bayraǧını qaldıran hər kəs bizim fəxrimizdir".