25/05/2026
Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş Sığorta Sektoru minifutbol turniri başa çatdı
Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş Sığorta Sektoru minifutbol turniri möhtəşəm final və rəsmi mükafatlandırma mərasimi ilə yekunlaşıb. Sığorta sektorunun aparıcı qurumlarını bir araya gətirən turnir yüksək təşkilatçılığı, gərgin oyunları və fair-play ruhu ilə yadda qalıb.
Final qarşılaşmasında Mərkəzi Bank və Meqa Sığorta komandaları çempionluq uğrunda mübarizə aparıblar. Böyük maraqla izlənilən görüşdə Mərkəzi Bank komandası rəqibi üzərində 2:1 hesablı qələbə qazanaraq turnirin qalibi olub.
Final oyunundan sonra turnirin rəsmi mükafatlandırma mərasimi keçirilib. Tədbirin açılışında İcbari Sığorta Bürosunun icraçı direktoru Vüsal Məsiyev çıxış edərək turnirin əhəmiyyətindən, sektor əməkdaşları arasında həmrəyliyin və sağlam həyat tərzinin təşviqində bu cür layihələrin rolundan danışıb. O, Sığorta Sektoru minifutbol turnirinin gələcək illərdə ənənəvi şəkildə davam etdirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra fərdi nominasiyalar üzrə qaliblərin təltif olunması mərasimi baş tutub.
Turnirin ən yaxşı qapıçısı nominasiyasına Mərkəzi Bank komandasının üzvü Maşallah Səfərov layiq görülüb.
Turnirin bombardiri mükafatını İcbari Sığorta Bürosunun kapitanı Ruslan Hüseynzadə qazanıb.
Turnirin ən yaxşı oyunçusu adına isə Meqa Sığorta komandasının kapitanı Məhiyəddin Nağıyev layiq görülüb.
Mükafatlar İcbari Sığorta Bürosunun icraçı direktoru Vüsal Məsiyev və QOLAT Sport Service şirkətinin icraçı direktoru Vasif Həşimov tərəfindən təqdim olunub.
Komanda nəticələrinə əsasən turnirin bürünc mükafatçısı İcbari Sığorta Bürosu, gümüş mükafatçısı Meqa Sığorta komandası olub. Turnirin qalibi və qızıl medalların sahibi isə Mərkəzi Bank kollektivi olub.
25/05/2026
🏆 Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş Sığorta Sektoru minifutbol turniri möhtəşəm final oyunu ilə yekunlaşdı.
Turnirin həlledici qarşılaşmasında Mərkəzi Bank və Meqa Sığorta komandaları çempionluq uğrunda meydana çıxdılar. Finala yaraşan gərginlik, yüksək temp və əsl mübarizə şəraitində keçən oyunda komandalar sona qədər qələbə üçün savaşdı. ⚽🔥
Daha soyuqqanlı və effektiv oyun nümayiş etdirən Mərkəzi Bank komandası rəqibi üzərində 2:1 hesablı qələbə qazanaraq turnirin çempionu oldu.
Meqa Sığorta komandası isə finala qədər göstərdiyi uğurlu performans, əzmkarlıq və mübarizə ruhu ilə turnirin ən diqqətçəkən komandalarından biri oldu. Komandaya göstərdikləri yüksək səviyyəli oyun üçün təşəkkür edirik. 🤝⚽️
25/05/2026
Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş Sığorta Sektoru minifutbol turnirində III yer uğrunda keçirilən qarşılaşma futbolsevərlərə əsl mübarizə nümayiş etdirdi.
Turnirin son oyun günündə meydana çıxan İcbari Sığorta Bürosu və Paşa Həyat komandaları bürünc medallar uğrunda prinsipial qarşılaşmada üz-üzə gəldi. Dinamik və gərgin keçən oyunda daha inamlı təsir bağışlayan İcbari Sığorta Bürosu rəqibi üzərində qələbə qazanaraq turniri III pillədə başa vurdu. 🏆🔥
Turnir boyunca sabit çıxışı, komanda oyunu və əzmkar mübarizəsi ilə diqqət çəkən İcbari Sığorta Bürosu mövsümü bürünc medallarla tamamlayaraq yadda qalan komandalardan biri oldu. 👏⚽️
Paşa Həyat komandası da turnir ərzində nümayiş etdirdiyi mübariz futbol, intizam və peşəkar yanaşma ilə rəğbət qazandı. Komandaya turnirdə iştirak və göstərdikləri yüksək mübarizə üçün təşəkkür edirik.
15/05/2026
Sığorta Sektoru minifutbol turnirində yarımfinal mərhələsi başa çatdı. İcbari Sığorta Bürosu-Meqa Sığorta oyunundan fotoları təqdim edirik.
14/05/2026
Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş Sığorta Sektoru minifutbol turnirində finalın adı müəyyənləşdi. Turnirə B qrupundan start verən iki iddialı kollektiv – Meqa Sığorta və Mərkəzi Bank həlledici qarşılaşmada üz-üzə gələcək.
Yarımfinal mərhələsində Meqa Sığorta komandası turnirin güclü kollektivlərindən olan İcbari Sığorta Bürosunu 4-2 hesabı ilə məğlub edərək finala yüksəldi. Digər yarımfinal görüşündə isə Mərkəzi Bank və Paşa Həyat arasında gərgin mübarizə yaşandı. Əsas vaxtı dramatik keçən qarşılaşmada qalib penaltilər seriyasında müəyyən olundu və Mərkəzi Bank 4-2 hesablı qələbə ilə finala vəsiqə qazandı.
Beləliklə, turnirin finalında qrup mərhələsində olduğu kimi yenidən Meqa Sığorta və Mərkəzi Bank komandaları qarşılaşacaq. Azarkeşləri gərgin, maraqlı və yüksək mübarizə vəd edən final gözləyir.
13/05/2026
Sığorta Sektoru minifutbol turnirində 1/4 mərhələ başa çatdı. Mərkəzi Bank-Qala Sığorta oyunundan fotoları təqdim edirik.
13/05/2026
Sığorta Sektoru minifutbol turnirində 1/4 mərhələ başa çatdı. Paşa Həyat-Azsığorta oyunundan fotoları təqdim edirik.
12/05/2026
Sığorta Sektoru minifutbol turnirində 1/4 mərhələsi başa çatdı. Meqa Sığorta-Paşa Sığorta oyunundan fotoları təqdim edirik.
12/05/2026
Sığorta Sektoru minifutbol turnirində 1/4 mərhələsi başa çatdı. İcbari Sığorta Bürosu-Atəşgah Sığorta oyunundan fotoları təqdim edirik.
11/05/2026
Sığorta Sektoru minifutbol turnirində 1/4 final mərhələsi başa çatdı.
06/05/2026
Sığorta Sektoru minifutbol turnirində qrup mərhələsi başa çatdı. Artıq gözlər 1/4 final mərhələsindədir. Finala gedən yolda gərgin və maraqlı mübarizələr bizi gözləyir.
Sizcə yarımfinala hansı komandalar adlayacaq?