30/05/2026
👤🇪🇨 | Komandamızla müqaviləsi bitən oyunçulardan biri də, ekvadorlu Cordan Rezabaladır. Ötən mövsüm komandamıza transfer olunan yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanması barədə paylaşımlar olsa da, əslində müqaviləsi 1+1 il imiş. Bu səbəbdən Cordan hazırda azad agentdir desək yalan olmaz. Əgər "Neftçi" onun mövqeyinə danışıqlar apardığı oyunçunu transfer edə biləsə o zaman Rezabala yeni mövsümdə komandamızda olmayacaq. Əks halda, onun müqaviləsində olan +1 il bəndi klub tərəfindən istifadə ediləcək.
Siz necə düşünürsünüz, Cordan Rezabala yeni mövsümdə "Neftçi"yə lazımdır?
29/05/2026
🗣️ | Vladimir Miçoviç: "Bəli, çox sevinirəm ki, “Neftçi” KL-na vəsiqə qazanmağı bacardı. Mövsümün əvvəlində “Neftçi”nin zəif startını görəndə düşündüm ki, yenə uğursuz bir mövsüm olacaq və bu, çox üzücü idi. Amma Vernidub gəldikdən sonra hər şeyin daha yaxşı olacağını hiss etdim. Dekabrda özüm də “Neftçi”nin bazasında oldum. Orada komanda daxilində yaxşı atmosferi öz gözlərimlə gördüm və əmin oldum ki, “Neftçi” nəticə göstərəcək. Klubun hər bir üzvünü təbrik edirəm". (Futbolinfo)
29/05/2026
🗣️ | İmad F***j: "Təbii ki, uğursuz başlanğıcdan sonra avrokuboklara vəsiqə qazandığımız üçün şadıq. Lakin bununla kifayətlənmək olmaz. İndi qrup mərhələsi barədə düşünməliyik. Baş məşqçimizlə biz bunu bacararıq". (Futbolxeber)
29/05/2026
⚪⚫ | "Neftçi" neçə legioner alacaq? İndi bütün suallar belədir. Maraqlıdır, komandamız neçə legioner gətirəcək. Gəlin əvvəlcə heyətə görə analiz aparaq.
Hazırda "Neftçi"nin heyətində 14 legioner var, 3 nəfər gedib. 14 legionerin üçünün müqaviləsi bitib, Ortiz, Rezbala, Varqas və Sambu. Müqaviləsi davam edib göndərilməsi gündəmdə olan hələ ki, Ştoqrin var. Belə olan halda lap bu müqaviləsi bitən 4 nəfər də getsə, ümumi gedən legioner sayı 7 olacaq. Ştoqrini də yola sala bilsək olar 8. MPL-da hər kluba 17 legioner sifarişinə icazə var. Düşünmürəm ki, "Neftçi" Avropa üçün 20-22 legioner alıb, Liqada onların bəzilərinin müqaviləsini asqıya alsın. Və bir də düşünmürəm ki, 17 legionerin hamısı mövsümün ilk yarısında sifariş edilsin. Ən azı ehtiyat olaraq qış üçün 1-2 legioner yeri boş qalacaq. Çünki qışda çatışmayan mövqelərinə oyunçu ala biləsən. Belə olan halda 15 legioner planda ola bilər. Yuxarıda qeyd etdiyim kimi, əgər 7-8 legioner getsə 9-10 legioner qalacaq, belədə 5-6 yeni legionerin alınması gündəmə gələr deyə düşünürəm.
Əgər Varqas qalsa çox güman 4, Sambu qalsa 3 legioner alına bilər. Bir əlavə də edək ki, heyətdə olan legionerlərin bəzilərinin icarəyə getməsi də gündəmə gələ bilər. Amma hazırda elə bir reallıq yoxdur.
Əlavə edək ki, ən çox suallar verilən oyunçulardan Sek, Kurçi, Periç və Ştoqrinin klubla müqaviləsi hələ davam edir.
29/05/2026
👤🇨🇱 | Komandamızın çilili sabiq hücumçusu Nikolas Kanalesin 2012/13 mövsümündə vurduğu 26 qola ondan sonrakı 13 sezonda hələ də kimsə yaxınlaşa bilmir.
29/05/2026
⚪⚫ | "Neftçi".
✍️ Gələnlər;
🇦🇿 Rüfət Abbasov ("Şamaxı" +3 il)
🇦🇿 Rza Cəfərov ("Qəbələ" +1 il, icarədən qayıdıb)
🇦🇿 Elcan Əbilov ("Kəpəz" +1 il, icarədən qayıdıb)
❎ Gedənlər;
🇦🇿 Murad Məmmədov ("Pafos")
🇨🇲 Vensan Abubakar
🇲🇪 Edvin Kuç
🇷🇴 Kristian Kostin
🤝 Müqaviləsi uzadılanlar;
🇳🇬 İfeanyi Metyu +1 il
📝 Müqaviləsi bitənlər;
🇦🇿 Emil Balayev
🇦🇿 Emin Mahmudov
🇦🇿 Elvin Camalov
🇪🇨 Cordan Rezabala
🇵🇾 Luis Ortiz
🇻🇪 Freddi Varqas
🏴 Basalla Sambu
⁉️ Ayrılması gündəmdə olanlar;
🇺🇦 Andrey Ştoqrin
28/05/2026
🗣️ | İmad F***j' "Neftçi" ilə hələ 2 illik müqaviləm var. “Neftçi”də hər şey məni qane edir. Bakıda olmaqdan məmnunam”. (Futbolxeber)
28/05/2026
👤🇦🇿 | Ötən mövsüm icarə əsasında "Kəpəz"ə keçən gənc oyunçumuz Elcan Əbilov icarə müddəti bitdiyi üçün komandamıza qayıdıb. Onun yay toplanışında heyətdə olması gözlənilir.
Xatırladaq ki, 21 yaşlı oyunçu dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edir. Əsas komandamızda da debüt etmiş Elcan U21 millimizə də dəvət alır.
28/05/2026
🇦🇿 | Nə dərəcədə doğru məlumatdır bilmirəm, amma deyilənə görə "Xəzər Lənkəran" klubu qayıdır. Qarşıdakı mövsüm II liqada mübarizə aparacaqlar. Növbəti illərdə isə yavaş-yavaş MPL-na doğru addımlamaq fikirləri var.
Qayıtsın, "Xəzər Lənkəran" başda olmaqla "Şəmkir"də qayıtsın əsas liqaya, "Şahdağ" (Qusar), Bərdə klubu da, Masallıdan "Viləş"də gəlsin futbol elitamıza. Qısa zamanda güclü "Karvan"da olsun. Maraqlı, gərgin və çəkişməli liqa izləyək!
28/05/2026
🗣️ | Rüfət Abbasov: "Yenidən evimdəyəm". 🤍🖤