16/08/2026
Pro Sport İdman Klubunda 2026-2027 mövsümü üçün bədii gimnastika qruplarına qəbul açıqdır! ✨
3 yaşdan etibarən qızları komandamıza dəvət edirik.
⭐ Yeni başlayanlar üçün hazırlıq qrupları
👑 PRO qruplar
👩🏫 Peşəkar məşqçi heyəti
🏆 Yerli və beynəlxalq yarışlara hazırlıq
✨ Yüksək standartlara uyğun məşq zalları
🎁 Sınaq məşqi ödənişsizdir!
📍 Xətai r. - Dinamo İdman Cəmiyyəti
📍 Xətai r. - Kaspi International School
📍 Nərimanov r. - Olimpik Star
📍 Port Baku - “The Club”
📞 İndi qeydiyyatdan keç:
+994 55 922 11 12
Yeni mövsümə Pro Sport ilə başla! 💜
15/08/2026
Nazrin’s cowboy style birthday party 🤠🥳 Happy birthday, Nazik! ❤️
12/08/2026
🤸♀️ GİMNASTİKAYA BAŞLAMAĞIN TAM ZAMANIDIR! ✨
Yeni mövsüm öncəsi “PRO SPORT” İdman Klubu -da yeni üzvlər üçün xüsusi fürsət! 💜
📅 17 avqust - 5 sentyabr tarixlərində yeni qeydiyyatdan keçən üzvlər üçün abonementlərə 20% ENDİRİM tətbiq olunur.
Endirim aşağıdakı filiallarda keçərlidir:
📍 Olympic Star - Nərimanov
📍 Dinamo İdman Cəmiyyəti - Xətai
📍 Kaspi International School - Xətai
🤸♀️ Bədii gimnastika qruplarına 3 yaşdan etibarən qəbul aparılır.
Övladınızın idmana ilk addımını peşəkar məşqçilərlə, düzgün və motivasiyaedici mühitdə atmasını istəyirsinizsə, yeni mövsüm üçün qeydiyyata elə indi başlaya bilərsiniz. ✨
📞 Ətraflı məlumat və qeydiyyat:
+994 55 922 11 12
Endirim yalnız yeni üzvlər üçün nəzərdə tutulub.
01/07/2026
Gimnastımız Yael Potron artıq ikinci dəfədir ki, ölkə xaricində keçirilən beynəlxalq turnirdə klubumuzu və ölkəmizi təmsil edir. 💜
İlk beynəlxalq yarış təcrübəsini ötən ilin dekabr ayında Qətərin paytaxtı Dohada qazanmışdı. Bu dəfə isə İspaniyanın Platja d’Aro şəhərində keçirilən beynəlxalq turnirdə öz bacarıqlarını uğurla nümayiş etdirdi. 🇪🇸✨
Belə beynəlxalq yarışlar balaca gimnastların həm idman, həm də şəxsi inkişafında böyük rol oynayır. Hər yeni ölkə, hər yeni yarış və hər yeni çıxış onlara daha çox təcrübə, özünəinam və unudulmaz xatirələr qazandırır.
Yaelin bu inkişaf yolunu izləmək bizim üçün böyük sevinc və qürur mənbəyidir. İnanırıq ki, bu, hələ başlanğıcdır. Qarşıda onu daha çox beynəlxalq yarışlar, yeni təcrübələr və gözəl uğurlar gözləyir! 🏆🌍
Məşqçi- emiliya_prosport 🫶🏽
30/06/2026
İspaniyadan illərlə sevə-sevə xatırlayacağımız xatirələr… 🇪🇸
Mən həmişə düşünürəm ki, belə səfərlər uşaqlar üçün medallardan daha böyük məna daşıyır. Burada onlar yeni yerlər kəşf edir, yeni dostlar qazanır, müstəqil olmağı öyrənir, komanda ruhunu daha yaxından hiss edir və özlərinə olan inamlarını artırırlar.
Mənim üçün isə ən gözəl hiss onların sevincini görmək, birlikdə gülmək və bu anların bir parçası olmaqdır. 💜
Bu səfəri daha da gözəl edən bütün gimnastlarıma və hər addımda övladlarının yanında olan dəyərli analarımıza ürəkdən təşəkkür edirəm.
İnanıram ki, bu, hələ başlanğıcdır. Qarşıda bizi yeni ölkələr, daha çox yarışlar və birlikdə yaşayacağımız çox gözəl xatirələr gözləyir. ✈️
27/06/2026
🇦🇿✨ Daha bir beynəlxalq uğurumuz!
Pro Sport gimnastı Yasmin Kazımlı İspaniyanın Platja d’Aro şəhərində keçirilən Grand Premium 2026 beynəlxalq turnirində uğurla çıxış edərək yarışını yüksək nəticə ilə başa vurdu. 💜🏆
Bu yarış Yasmin üçün xüsusilə yaddaqalan oldu. Çünki o, ölkə xaricində ilk dəfə alətlə proqramını təqdim etdi və bu həyəcanın öhdəsindən inamla gəldi. Bu, onun beynəlxalq arenada qazandığı dəyərli təcrübənin və gələcək uğurlarının başlanğıcıdır.
Yasmini bu gözəl nəticə münasibətilə təbrik edir, ona daha böyük uğurlar, inamlı çıxışlar və yeni qələbələr arzulayırıq! 💜✨
Səninlə qürur duyuruq, Yasmin! 💪🇦🇿
25/06/2026
🏆 İlk beynəlxalq yarış və ilk unudulmaz xatirələr!
2021-ci il təvəllüdlü ekiz gimnastlarımız İlayda Məmmədova və Nilufər Məmmədova İspaniyanın Platja d’Aro şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış edərək yarışdan qalibiyyətlə ayrıldılar. 💜🇦🇿🇪🇸
Bu səfər balaca gimnastlarımız üçün xüsusi əhəmiyyət daşıyırdı. Bu, onların ölkə xaricində ilk beynəlxalq yarış təcrübəsi idi. Əminik ki, burada yaşadıqları həyəcan, qazandıqları dostluqlar, ilk böyük səhnəyə çıxışları və ilk qələbələri onların yaddaşında hər zaman xüsusi yer tutacaq.
İnanırıq ki, bu uğur onların beynəlxalq arenadakı ilk qələbəsidir və gələcəkdə bunun ardınca daha neçə-neçə möhtəşəm nailiyyətlər gələcək. Bu isə uzun və gözəl idman yolunun yalnız başlanğıcıdır. ✨
Balaca çempionlarımızı ürəkdən təbrik edir, onlara sağlamlıq, inam, böyük uğurlar və hər zaman qürurla dalğalanan Azərbaycan bayrağı ilə yeni-yeni qələbələr arzulayırıq!
Sizinlə fəxr edirik! 💜
Məşqçi- Aziza 💜
20/06/2026
🇪🇸 İspaniyada keçiriləcək beynəlxalq turnirə yollanmazdan öncə son kontrol məşqimizi tamamladıq! ✨
Bu dəfə Pro Sport komandasını 6 gimnast təmsil edəcək:
💜 Nəzrin Nəzirli (2015)
💜 Selin Abasova (2017)
💜 Yasmin Kazımlı (2017)
💜 Yael Potron (2018)
💜 Nilufər Məmmədova (2021)
💜 İlayda Məmmədova (2021)
Qızlarımız uzun müddətdir bu yarışa hazırlaşırlar və artıq öz bacarıqlarını beynəlxalq arenada nümayiş etdirməyə hazırdırlar. Bizim üçün ən vacibi onların yeni təcrübə qazanması, özlərinə inanması və yarışdan zövq almasıdır. 🌟
Qızlarımıza bol uğurlar, inam, gözəl çıxışlar və unudulmaz xatirələr arzulayıram! Biz sizə inanırıq və sizinlə qürur duyuruq! 💜✨
08/06/2026
🌍🏆 Pro Sport & Venera Cup 2026-nın ən gözəl tərəflərindən biri müxtəlif ölkələrdən gələn gimnastları eyni meydanda bir araya gətirməsi idi.
Mükafatlandırma mərasimində balaca çempionlarımızı öz ölkələrinin bayraqları ilə görmək xüsusi qürur hissi yaşadırdı. Hər bayraq bir ölkəni təmsil etsə də, bütün uşaqları birləşdirən ortaq dəyərlər var idi - idmana sevgi, zəhmət, əzmkarlıq və yeni dostluqlar. ❤️
Bu iki gün ərzində Bakı müxtəlif mədəniyyətlərin, dillərin və ənənələrin görüş nöqtəsinə çevrildi. Gimnastlar yalnız yarışmadılar, eyni zamanda bir-biriləri ilə tanış oldular, xatirələr topladılar və idmanın insanları necə birləşdirdiyini bir daha göstərdilər. ✨
Bu kadrlara baxdıqca bir daha anlayırıq ki, bədii gimnastika uşaqların özlərinə inanmağı öyrəndiyi, dostluqlar qurduğu və ömür boyu xatırlayacaqları anlar yaşadığı bir yoldur. 💜
Bütün iştirakçılarımızla qürur duyuruq və hər birinizə Pro Sport & Venera Cup 2026-nın bir hissəsi olduğunuz üçün təşəkkür edirik! 🏆🌍❤️
08/06/2026
PRO SPORT & VENERA CUP 2026 ❤️
30-31 мая Баку объединил гимнасток из Азербайджана, России, Израиля, Казахстана, Узбекистана, Туркменистана, Кыргызстана, Турции и Франции. 🌍
Для меня было большой честью организовать этот турнир вместе с Венерой Зариповой Леви - легендой мировой художественной гимнастики, человеком, который на протяжении многих лет вдохновляет новые поколения спортсменок своей преданностью нашему виду спорта. ✨
Особым подарком для участниц стал мастер-класс Венеры Зариповой Леви, где юные гимнастки смогли получить ценные знания и вдохновение от одной из самых ярких представительниц художественной гимнастики.
В то же время этот турнир стал результатом огромной работы всей команды Pro Sport, нашего организационного комитета, тренеров, судей, волонтёров, партнёров и родителей. ❤️
Спасибо каждому, кто вложил частичку своей души в PRO SPORT & VENERA CUP 2026. Вместе нам удалось создать настоящий праздник спорта, дружбы и красоты. 🏆✨
А теперь - самые яркие моменты этих незабываемого мастер-класса 🌟