31/08/2026
Əgər sənin “uğurlu transferlərin” orxanlar, antonlardısa, artıq sənin məşqçilik bacarığın da, transfer siyasətin də ciddi şübhə altına düşür. On minlərlə azarkeşi bu dərəcə aldatmaq, o dəyərli rəhbərliyə, Tovuz futboluna nəfəs verən, ayağa qaldıran gözəl bir insana xəyanətdi, xəyanət!
https://www.matc.az/news.php?id=97203
28/08/2026
Hansı tərəfdən baxırsansa bax, Qurban Qurbanovun da, “Qarabağ”ın da Azərbaycan futbolunda uğurları danılmazdı və bunu danmaq nankorluqdu. Ölkəmizi Avropa futbol xəritəsinə salan, ardıcıl 12 il qitə miqyasında özündən söz etdirən məhz “Qarabağ” olub!
Qurban Qurbanova sevginiz yoxdursa, olmasın, rəğbət bəsləməyə də kimsə məcbur deyil. Bəli, səhvləri olub, var və yenə olacaq. İdeal, karyerası boyu uduzmayan, səhv etməyən məşqçi varmı, olubmu, olacaqmı yer üzündə?
12 illik uğurlu dövrü bircə məğlubiyyət gözü ilə qiymətləndirən “divan ekspertləri” əvvəlcə özlərinə baxsınlar. Qurban Qurbanov büdcə talayıb, yoxsa saxta səslə məşqçi olub?
Əsl artistlər kənarda durub haqq-ədalətdən dəm vuranlardı.
27/08/2026
Qarabağ - həm də muğam deməkdir.
Muğamın belə bir vacib qaydası var - ifaya hansı pərdədə başlamısansa, sonda həmin tonallıqda (və ya məyədə) yekunlaşdırmalısan.
(Mövzu musiqi deyil, daha dəqiq də yazmaq olar).
Yəni muğam ifasına qapıdan daxil olub, pəncərədən çıxmaq olmaz.
Naşılıqdır.
“Qarabağ” 11 ardıcıl qrup mərhələsi - muğam dili ilə desək - dəstgahına “Tvente” ilə başlamışdı, “Tvente” ilə bitirdi.
Usta xanəndə kimi.
Başladığı pərdədə “ayaq elədi”.
Həmişə “Çahargah” üstündə gəzişmək olmaz, mütəmadi olaraq səni qələbəyə, düşmən (və ya rəqib) üzərinə qəhrəmanlıqla şığımaq üçün ruh yüksəkliyi verən “Mənsuriyyə” oxuya bilməzsən.
Həyatın hər addımı “Rast” gətirməz.
Bunun həzin “Bayatı-Şiraz”ı da var, ürək dağlayan “Segah”ı da.
Futbol da həyat kimidir (və yəqin ki, buna görə də çox sevilir)…
…Bu gün “Qarabağ” “Segah” ladında idi…
Muğamın ən virtuoz ifa aləti tardır.
11 simi var.
“Qarabağ”ın 11 “qrup mövsümü” kimi.
Bu ilin mayında - çempionluq itiriləndə - o simlərin kökdən düşdüyü “eşidildi”.
Bu gün “sarı sim” qırıldı.
Amma usta ifaçının əlində tarı kökləmək də, qırılan simi bərpa eləmək də çətin iş deyil.
…Bəli, “Qarabağ” bu gün “Segah” ladında idi.
“Xaric segah” “oxudu”.
Qrup xaricində qaldı.
“Xaric segah”ın bir adı da var.
“Yetim segah”.
“Qarabağ”ın bu günü ilə daha çox səsləşə(i)r.
Məğlubiyyət həmişə yetimdir…
Firuz Abdulla
27/08/2026
"Mən elə şeylərə inanmıram"
Qurban Qurbanov "Tvente"yə məğlubiyyət haqda
https://matc.az/news.php?id=97090
27/08/2026
UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın “Tvente” klubu ilə qarşılaşan Ağdam təmsilçisi səfərdəki 1:0 hesablı parlaq qələbədən sonra, Bakıdakı cavab matçında dramatik mübarizə nəticəsində rəqibinə 1:4 hesabıyla məğlub oldu (əlavə olunmuş vaxtda) və ümumi hesabda üstünlüyü qoruya bilməyərək cari mövsümdə avrokuboklardakı iştirakını dayandırdı.
Bu nəticə uzun illər ardıcıl olaraq payızda Azərbaycanı avrokubokların qrup/əsas mərhələsində təmsil edən komandamız və azarkeşlər üçün olduqca məyusedici və gözlənilməz bir sonluq oldu.
Təəssüf...
Sizcə, "Qarabağ" niyə böyük hesabla uduzdu?
27/08/2026
Çempionlar Liqasının əsas mərhələsinin püşkü. Kim kimlə harada oynayacaq?
27/08/2026
Xeyirli olsun!
MATC.AZ: "Qarabağ" iki yeni transferini təqdim etdi
Gündəlik idman xəbər servisi, Azərbaycan, dünya, sport, müsahibə və şərhlər, foto və videolar
27/08/2026
Qaradan artıq rəng olmaz. Bu nə püşk, bu nə sınaqdı?
Dəhşət ağır püşk oldu.
"Sabah"ın Çempionlar Liqasında rəqibləri
"Barselona" (e), "Arsenal" (s), "Borussiya" (e), "Mançester Yunayted" (s), "Vilyareal" (s), "Napoli" (e), "Slaviya" (e), "Vikinq" (s)
Gözləntilər maraqlıdı...
26/08/2026
"Buna ancaq sevinə bilərik. Təsadüf deməzdim... Bəlkə bu, onların alın yazısıdır"
Qurban Qurbanov: Azərbaycan klublarını ciddiyə alırlar
Qurban Qurbanov: Azərbaycan klublarını ciddiyə alırlar
25/08/2026
Dəhşətli oyun alındı, öldük-dirildik.
Əsas odu ki, “Hapoel” kimi keçiləsi rəqib layiq olduğu cavabı aldı. Əsas odu ki, mərhələni keçdik.
Dirəkdən dönən, tirdən qayıdan toplar, Umaralı Rahmonaliyevin dəf edilən o möhtəşəm zərbəsi şanssızlıq idisə, bütün komandanın əziyyətini yerə vuran Stas Pokatilovun uşaq, Şahruddinsayağı səhvləri həlledici olmaq üzrə idi. Bəlkə də hamı bu uğursuzluqla barışmışdı...
Amma nə yaxşı ki, matçın son saniyələrində əvəzetmədən meydana çıxan Tellur Mütəllimov hamını cuşa gətirən gözəl, ümumi hesaba tarazlıq gətirən qola imza atdı. O bürküdə, o həyəcanda azarkeşlərin ürəyinə su səpdi Tellur.
Döyüşdülər, mübarizə apardılar və layiq olduqlarını haqq etdilər. Əlavə vaxtda Orfe Mbina və Coy-Lens Mikelsin qolları isə “Hapoel”i ippona saldı– 5:2.
Və artıq “Sabah” Çempionlar Liqasının Liqa mərhələsindədi!
Böyük zəfərdi!
Bu mübarizə üçün bütün “Sabah” ailəsinə böyük təşəkkür düşür.
Yeri gəlmişkən, mərkəzi arena dolmuşdu. Deməli, bizim azarkeşlərə konkret bir komandanın uğuru yox, ölkəni təmsil edən istənilən klubun qələbəsi, uğuru, qrup mərhələsi lazımdı!
Buna həm vəfalı azarkeşlər layiqdi, həm “Sabah”, həm də Konfrans Liqasında ilk pley-off oyununda səfərdə “Tvente”ni minimal hesabla məğlub edən “Qarabağ”.
Yolunuz açıq olsun, Azərbaycan klubları!
Liqa mərhələsində qələbə sevinclərimiz davamlı olsun!