Gömrükçü İdman Klubu

Gömrükçü İdman Klubu

Share

Sport

Klubun fəaliyyət istiqamətləri aşağıdakılardır:

1.Komitə sistemində bədən tərbiyəsi işinin təşkilini və idmanın inkişafını təmin edir;

2.Gömrük əməkdaşlarının bədən tərbiyəsi vasitəsiilə sağlamlıqlarının profilaktikasının və iş qabiliyyəti səviyyəsinın, fiziki hazırlığının yüksəldilməsini təmin edir;

3.Müvafiq idman növləri üzrə vətəndaşlara pullu xidmət göstərir.

Photos from Gömrükçü İdman Klubu's post 24/11/2021

“Ədalətli Oyunlar və idman mətbuatı” mövzusunda tədbir keçirilib

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) rəsmi nəşri olan “Olimpiya dünyası” qəzetinin 20 illik yubileyinə həsr olunmuş “Ədalətli Oyunlar və idman mətbuatı” mövzusunda tədbir keçirilib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil edilən tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, AzƏOK-un sədri Xəzər İsayev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, ADBTİA-nın rektoru Fuad Hacıyev, “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Olimpiya çempionları, tanınmış idmançılar və idman ictimaiyyətinin bir sıra tanınmış nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
MOK-un vitse-prezidenti Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Xəzər İsayev çıxış edərək AzƏOK-un Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 1997-ci ildə yaradıldığını bildirib. O qeyd edib ki, təşkilat yarandığı ilk gündən fəaliyyətini uğurla davam etdirir: “Qurumun Avropa Ədalətli Oyunlar Hərəkatı və Beynəlxalq Ədalətli Oyunlar Komitəsi (BƏOK) ilə uğurlu əməkdaşlığı mövcuddur. Belə ki, 2009 və 2015-ci illərdə Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının Konqres və Assambleyaları ölkəmizdə uğurla təşkil edilib”.
X.İsayev qeyd edib ki, uğurlu əməkdaşlığın nəticəsi olaraq müxtəlif illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva qurumun xüsusi medalları ilə təltif ediliblər. Komissiya hər ilin yekununda ədalətli oyun prinsiplərinə görə fərqlənənləri “ədalətli oyun prinsiplərinə sadiq idman xadimi, təbliğatçı, idmançı, məşqçi, hakim nominasiyaları üzrə təltif edir. 2021-ci il aprelin 15-dən iyunun 15-dək AzƏOK tərəfindən “Olimpiya dünyası” qəzeti ilə birgə “İdman və ədalətli oyunlar” mövzusunda rəsm müsabiqəsi keçirilib. Fərəhli haldır ki, bu müsabiqədə 3-8 yaş qrupu üzrə ikinci pillədə qərarlaşmış Azərbaycan təmsilçisi Mədinə Cəbiyeva BƏOK-un keçirdiyi “İdman sənin üçün nə deməkdir?” mövzusunda rəsm müsabiqəsində ikinci pillədə qərarlaşıb.
Xəzər İsayev “Olimpiya dünyası” qəzetinin fəaliyyətindən danışaraq qeyd edib ki, qəzetin səhifələrində ədalətli oyun prinsipinin təbliğinə xüsusi önəm verilib, bu sahədə ədalətli oyunlar komissiyası ilə birgə bir sıra tədbirlər keçirilib.
Bildirilib ki, sentyabrın 23-dən 26-dək Avstriyanın paytaxtı Vyanada Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) 26-cı Konqres və Assambleyası çərçivəsində 22 ölkə nümayəndəsinin iştirakı İcraiyyə Komitəsinin üzvlüyünə seçkilər keçiriıib. Səsvermə nəticəsində MOK tərəfindən namizədliyi irəli sürülən Xəzər İsayev Avstriya və Fransa nümayəndələrini səs çoxluğu ilə üstələyərək 4 il müddətinə Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) İcraiyyə Komitəsinin üzvü seçilib. Qeyd olunub ki, AƏOH-un İcraiyyə Komitəsinin qərarına əsasən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev AƏOH-un jüri heyətinin üzvü seçilib.
Tədbirdə çıxış edən gənclər və idman naziri İsmayıl İsmayılov Azərbaycan idman mətbuatında xüsusi rolu olan «Olimpiya dünyası» qəzetinin yarandığı dövrdən ölkəmizdə idman və Olimpiya Hərəkatının təbliği sahəsində fasiləsiz fəaliyyət göstərdiyini bildirib. O, nəşrin ölkəmizdə Olimpiya və idman hərəkatının təbliğində, eləcə də idman jurnalistikasının formalaşmasında özünəməxsus rolu olduğunu qeyd edib: “Olimpiya dünyası” qəzetinin səhifələrində Yay və Qış Olimpiya Oyunları, Yeniyetmələrin Yay Olimpiya oyunları, Avropa Gənclər Yay Olimpiya festivalları, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 və bir çox mötəbər beynəlxalq yarışlar, eləcə də, ölkəmizdə keçirilən turnir və tədbirlər yüksək səviyyədə işıqlandırılıb.
AzƏOK-un fəaliyyətindən söz açan nazir müavini qeyd edib ki, ölkəmizdə bu sahədə görülən işlər təqdirəlayiqdir. O, bildirib ki, idman ictimaiyyətinin nümayəndələri daim ədalətli oyun prinsiplərinə sadiqliklərini nümayiş etdirirlər ki, bu da vacib məqamlardan hesab olunur.
Sonra çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Olimpiya çempionu Zemfira Meftahetdinova, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev, Qarabağ qazisi Anar Məmmədov və başqaları AzƏOK-un, eləcə də “Olimpiya dünyası” qəzetinin fəaliyyətindən danışıblar.

Photos from Gömrükçü İdman Klubu's post 08/11/2021

Zəfər günü zəfərə doğru

DGK İSM-ın dırmanıcıları açıq birincilikdə mübarizə aparırlar

Noyabrın 8-də “Climbaku”Dırmanma Mərkəzində Zəfər gününə həsr olunmuş idman dırmanması üzrə açıq birinciliyə start verilib. Sürət növü üzrə keçirilən yarışda 16 yaşdan yuxarı kişi və qadınlar mübarizəyə qoşulublar. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin 4 təmsilçisi-Elçin Xudiyev, Məhəmməd Babayev, Yaqub Quliyev, Səlim Abdulayev də qüvvələrini sınayırlar.

08/11/2021

Zəfər günün mübarək,Azərbaycan!

Photos from Gömrükçü İdman Klubu's post 05/11/2021

Milli Olimpiya Komitəsində görüş keçirilib

Noyabrın 5-də Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Xəzər İsayev, ölkəmizdə səfərdə olan Şimali Kipr Respublika Olimpiya Komitəsinin prezidenti, Dünya Budo Döyüş Növləri Federasiyasının prezidenti Eyup Zafer Gökbilənlə görüşüb. Milli Olimpiya Komitəsinin inzibati binasında keçirilən görüşdə MOK-un idman idarəsinin rəisi Həsənağa Rzayev, Dünya Qlobal Taekvondo Federasiyasının vitse-prezidenti Pınar Akarpınar və Azərbaycan Budo Federasiyasının prezidenti Faiq Rəfiyev iştirak edib. Tərəflər idman sahəsində görülən işlərdən və gələcək planlardan danışıblar. Sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev Dünya Budo Döyüş Növləri Federasiyasının prezidenti Eyup Zafer Gökbilənə və Dünya Qlobal Taekvondo Federasiyasının vitse-prezidenti Pınar Akarpınara xatirə hədiyyələri təqdim edib.

Photos from Gömrükçü İdman Klubu's post 04/11/2021

İdmançılarının ictimaiyyətə və mediaya köməyi mövzusunda tədbir keçirildi
Azərbaycan Mətbuat Şurasında (MŞ) tədbir keçirilib.

Apasport.az saytının məlumatına görə, görüş Azərbaycan idmançılarının ictimaiyyətə və mediaya köməyi, həmçinin Milli Olimpiya Komitəsinin rəsmi orqanı olan "Olimpiya dünyası" qəzetinin 20 illiyi ilə bağlı olub.

Öncə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən MŞ sədri Əflatun Amaşov bildirib ki, idmanla məşğul olmaq bir çox p*s vərdişlərdən, ən əsası narkomaniyadan uzaq durmağa faydalıdır.

Daha sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev narkomaniyanın ziyanlarından danışıb: "Çalışmalıyıq ki, gənclərimiz düzgün yolla getsin, təhsilə yönəlsin və narkomaniyadan uzaq dursun. Bu, bütün dünyada bir xəstəlikdir. Hüquq Mühafizə Orqanlarımız bu sahədə çox fəallıq göstərir. Üzdə olan insanlarımızın vasitəsilə gənclərin bu xəstəlikdən uzaq durması vacibdir. Dünya narkotiklə mübarizə aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyi ilə birgə bu sahədə uğurlu işlər aparmaq vacibdir".

İsayev eyni zamanda "Olimpiya dünyası" qəzetinin yubileyini təbrik edib, uğurlar arzulayıb.

Ardından "Olimpiya dünyası" qəzetinin baş redaktoru Murad Fərzəliyevə diplom təqdim edilib. Sonra əməkdar jurnalist qəzetin iş prinsiplərindən, onun Azərbaycan idmanındakı rolundan danışıb: "Biz bu tip tədbirlərdə müntəzəm iştirak etməyə çalışırıq. Qəzetimiz yeganə idman nəşri idi ki, Olimpiya Oyunlarında olan hadisələri ətraflı və yerində işıqlandırıb".

Fərzəliyev vurğulayıb ki, cəmiyyətimizin əsas problemlərindən biri narkomaniyadır: "Bizim çox tanınmış idmançılarımız var. Onlar həm də cəmiyyətdə nümunədirlər. Bu nümunələrdən də istifadə edib, gəncləri p*s vərdişlərdən uzaq tutmaq lazımdır. Bu, bir növ iradədir. Hər bir idmançı yarışa çıxarkən həyəcanlı olur, psixoloji gərginlik keçirir. Ancaq o, hansısa məqamda özünü toparlaya bilir. Yəni iradəsi olan stressli anlara qalib gələ bilir. Narkomaniyadan uzaq durmaq da bir iradədir. Həmçinin media da aparılan profilaktik tədbirləri gündəmdə saxlamalıdır. Narkomaniya daha çox mənəviyyatla bağlıdır. Bir insan mənəvi cəhətdən zəifdirsə, onun fiziki sağlamlığının heç bir önəmi yoxdur".

Baş redaktor futbolun da narkomaniyaya qarşı mübarizədə önəmli faktor olduğunu düşünür: "Bizdə futbolun inkişafının başlıca şərti məhəllə futboludur. Bakıda tikilən binaların həyətlərində meydança salınmalıdır. Məhəllələrdə idman qurğuları, meydançalar olmalıdır ki, gənclər vaxtını çay evlərində keçirməsinlər. Bu bəla nə qədər ki, övladlarımızın qapısını döyməyib, qarşısını alaq. Bir idmançının müsbət nümunəsi yetərlidir ki, minlərlə gənc idmana gəlsin, bəladan uzaq dursun".

DİN nümayəndəsi Nadir Məmmədov narkomaniyanın son dövrlərin ən böyük bəlasına çevrildiyini qeyd edib: “Bu, Azərbaycandan da yan keçməyib. Narkotiklərdən artıq yeniyetmələr də istifadə etməyə başlayıb. DİN olaraq onlara qarşı mübarizə aparırıq. Son vaxtlar daha çox sintetik narkotiklər aşkarlanır. Gənclərin sosial şəbəkədəki fəallığını nəzərə alsaq, sosial media üzrə də işlər aparırıq, videoçarxlar yayımlayırıq. Narkotiklərin acı fəsadlarını gənclərə göstərməyə çalışırıq. Sosial şəbəkə hesablarına vətəndaşların narkomaniya ilə bağlı şikayətləri də olur. Məhz bunun sayəsində uğurlu əməliyyatlar aparırıq".

Olimpiya çempionu, DİN İdman Klubunun rəisi, polis polkovniki Zemfira Meftəhətdinova uşaqları qorumağın əsas məqsədlərdən olduğunu vurğulayıb: “İdmançılar necə həyat sürmək lazım olduğunu göstərirlər. Onların uğurlarını görəndə uşaqlar Namiq Abdullayev, Elxan Məmmədov, Elnur Məmmədli kimi olmaq istəyirlər. Tək uşaqlardan yox, böyüklərdən də söhbət gedir. Həm idmançılar, həm də polislər bu məsələyə ciddi yanaşırlar".

18/10/2021

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 30 il ötür

Bu il müzəffər Azərbaycan xalqı dövlət müstəqilliyimizin bərpasının 30 illiyini qeyd edir.
AZƏRTAC xəbər verir ki, 30 il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxladı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında bu sənəd qəbul edildi. Bu il oktyabrın 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqlədi. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olundu.
Təbii ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Lakin xalqımız bu ağır günlərdə qətiyyətli iradə nümayiş etdirərək öz taleyinə sahib çıxmağı bacardı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Əslində, Azərbaycan əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Azərbaycanı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisi elan edən ümummilli lider Heydər Əliyev müasir dövlət quruculuğu işlərinə başladı. Ulu Öndərin yorulmaz səyləri nəticəsində qısa müddətdə Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Bir sözlə, əgər Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin nəticələrinə arxalanaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi əldə edilib. Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Dövlətimizin başçısının müəyyənləşdirdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkə iqtisadiyyatı inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə durur.
Ümummilli Liderin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin bu arzusunu da onun layiqli davamçısı Prezident İlham Əliyev yerinə yetirdi. Ötən il 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, düşmən torpaqlarımızdan qovuldu, ərazi bütövlüyümüz bərpa edildi. Bu tarixi Zəfəri qazanan xalqımız bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir!

Photos from Gömrükçü İdman Klubu's post 29/09/2021

Xəzər İsayev AƏOH-un İcraiyyə Komitəsinin üzvü seçilib

Sentyabrın 23-dən 26-dək Avstriyanın paytaxtı Vyanada Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) 26-cı Konqres və Assambleyası keçirilib. 22 ölkənin nümayəndəsinin iştirakı ilə keçirilən tədbirdə ölkəmizi Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev və AzƏOK-un məsul katibi Aysel Sultanova təmsil ediblər. Konqresin əsas mövzusu “Ədalətli Oyunlar üçün təhsil-Təşəbbüslər və Layihələr” olub.
Mövzu ətrafında bir sıra nümayəndə heyətlərinin məruzələri dinlənilib, Avropa Ədalətli Oyunlar Hərəkatının 2020/2021-ci illərin yekununa əsasən mükafatları sahiblərinə təqdim edilib.
Azərbaycan nümayəndə heyəti tərəfindən AzƏOK-un 2020-2021-ci illər ərzində gördüyü işlərin hesabatı məruzə edilib.
Sentyabrın 25-də Assambleya çərçivəsində qurumun prezidentliyinə və İcraiyyə Komitəsinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, yeganə namizəd olan belçikalı Filip Housiaux AƏOH-un prezidenti seçilib. Latviyalı Baiba Veisa, xorvatiyalı Biserka Vrbek quruma yeni vitse-prezident təyin olundular. MOK tərəfindən namizədliyi irəli sürülən AzƏOK-un sədri Xəzər İsayev 4 il müddətinə AƏOH-un İcraiyyə Komitəsinə üzv seçilib.
Tədbirin sonunda AƏOH-un yeni seçilmiş prezidentinə MOK-un xatirə hədiyyəsi təqdim edilib.

28/09/2021
Photos from Ilham Aliyev's post 28/09/2021
Photos from Gömrükçü İdman Klubu's post 24/09/2021

Azərbaycan nümayəndə heyəti AƏOH-un 26-cı Konqres və Assambleyasında ölkəmizi təmsil edir

Sentyabrın 23-də Avstriyanın paytaxtı Vyanada Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) 26-cı Konqres və Assambleyasına start verilib. Tədbirdə ölkəmizi Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev və AzƏOK-un məsul katibi Aysel Sultanova təmsil edirlər. Konqresin əsas mövzusu “Ədalətli Oyunlar üçün təhsil-Təşəbbüslər və Layihələr”dir.
Sentyabrın 24-də bu mövzu ətrafında bir sıra nümayəndə heyətlərinin məruzələri dinləniləcək, Avropa Ədalətli Oyunlar Hərəkatının 2020/2021-ci illərin yekununa əsasən mükafatları sahiblərinə təqdim ediləcək.
Sentyabrın 25-də Assambleya çərçivəsində qurumun prezidentliyinə və İcraiyyə Komitəsinə seçkilər keçiriləcək.
Konqress və Assambleyaya sentyabrın 26-da yekun vurulacaq.

22/09/2021

Süleyman Bağır oğlu Məmmədli

Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Hapkido Federasiyasının prezidenti, tanınmış idman mütəxəssisi, Süleyman Məmmədli sentyabrın 22-də, ömrünün 73-cü ilində vəfat edib.

Süleyman Bağır oğlu Məmmədli 28 avqust 1948-ci ildə Tovuz rayonunda anadan olub. O, orta təhsilini Tovuzda, ali təhsilini isə Rusiyada alıb. Daha sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.

1969-cu ildə ilk dəfə karate idman növüylə tanış olduqdan sonra Şərq döyüş növləriylə məşğul olmağa başlayıb.
1990-cı illərdən başlayaraq taekvondoyla məşğul olmağa başlayıb. Müxtəlif beynəlxalq seminarlarda iştirak edib.

Bir çox döyüş növlərini Azərbaycana məhz o gətirib. Belə ki, Azərbaycanda taekvondonun, hapkidonun, uşunun, kikboksinqin, subakso tanqsudonun, çun kundonun, Tae K*k Mu Sul-un, Cit Kun Do-nun, Donq Ku Yudo Kvan-ın və s. yaradıcısı olub. Chun Kuhn Do, Turan Do, Combat Mixed MA, Combat Chinese, Musul Taekwon Do, Combat Korea MA, Jeet Kune Do döyüş sənəti üzrə qrand-master olub. Tae K*k Mu Sul, Universal Combat MA və Turan Do üzrə 10-cu dan qara kəmər ustası olub.

Süleyman Məmmədli vəfat edənədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdmanın təkmübarizlik növləri” kafedrasında dosent vəzifəsində çalışıb.

Süleyman Məmmədli əziz xatirəsi onu tanıyanların və idman ictimaiyyətinin qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Тбилисский проспект 44 с , рядом с метро 20 Января, сзади "Велотрек"
Baku
AZ1141

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00