Azərbaycan Savat Federasiyasi

Azərbaycan Savat Federasiyasi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Azərbaycan Savat Federasiyasi, Sports Team, Baku., Baku.

05/09/2026

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Savat Federasiyasının 2026-cı il üçün təsdiq edilmiş təqvim planına uyğun olaraq, Böyüklər arasında Savate Assault üzrə Dünya Çempionatı 9–13 sentyabr 2026-cı il tarixlərində 🇫🇷 Fransanın Boulogne-sur-Mer şəhərində keçiriləcək.

🇦🇿 Azərbaycan milli komandası sözügedən dünya çempionatında ölkəmizi təmsil edəcək.

Yarışda iştirak edəcək milli komandamıza uğurlar arzulayır, idmançılarımıza yüksək nəticələr və layiqli qələbələr diləyirik.👏🏻 🔥 🇦🇿 🏆
̇mi̇bi̇rli̇kdə

26/08/2026

Hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyeva!

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Allah Sizi qorusun! 🌹

Müsahibələrinin birində ölkə prezidenti İlham Əliyev ailəsi ilə bağlı bu fikirləri bölüşmüşdü: “Təbii ki, hər bir ana kimi, mənim də anam gəlin tapmağa çalışırdı. Amma Mehribanla tanış olanda özlüyümdə qərara aldım ki, bax, bu qız xoşuma gəlir... Əlbəttə, zahiri görünüş böyük rol oynayır. Amma onun daxili aləmindən gələn və indi də gəlməkdə olan mehribanlıq, yəqin ki, zahiri görkəmi ilə yanaşı daha çox cəlb edirdi.

Photos from Qazax - Tovuz Regional Gənclər və İdman İdarəsi's post 17/08/2026

@топовые поклонники

17/08/2026

✅ Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI: 17-23 avqust

🔹 Tennis üzrə 14-16 yaşlararası “Baku 2026 - Dünya İdman Paytaxtı” layihəsinə həsr olunan Avropa tennis turniri – 14-23 avqust (Bakı);

🔹 “Bakı 2026 – Dünya İdman Paytaxtı” seçilməsi ilə əlaqədar olaraq yoqa təlimi – 18 avqust, saat 18:00 (Böyükşor parkı);

🔹 “İdman həyətimdə” layihəsi – 19 avqust, saat 9:00 (Xəzər rayonu, Binə qəsəbə stadionu);

🔹 “Bakı 2026 – Dünya İdman Paytaxtı” seçilməsi ilə əlaqədar olaraq məktəbli qızlar arasında çimərlik voleybolu üzrə Xəzər rayon turniri – 19 avqust, saat 10:00 (Buzovna çimərliyi);

🔹 Aerobika və akrobatika gimnastikası üzrə ölkə çempionatı – 19-20 avqust (Bakı);

🔹 “İdman həyətimdə” layihəsi – 20 avqust, saat 9:00 (Sabunçu rayonu, Şamil Kamilov küçəsi 40, 90/94, ABAD məhəllə);

🔹 “Bakı 2026 – Dünya İdman Paytaxtı” seçilməsi ilə əlaqədar həvəskarlar arasında ayaqüstü avarlı lövhə və ya ayaqüstü avarçəkmə (Stand Up Paddleboarding - SUP) üzrə “BAKU SUP” turniri - 21 avqust, saat 7:00 (Şıxov çimərliyi);

🔹 Velosiped (trek) üzrə qrup ötüşmələri: (skretç, qrup ötüşməsi çıxmaqla qrup ötüşməsi, 2 km fərdi ötüşmə, “Qit” 500 metr) yeniyetmə oğlanlar və qızlar arasında ölkə çempionatı – 21-26 avqust (Bakı);

🔹 Voleybol üzrə “CEV EuroVolley 2026-Women” Avropa çempionatı – 21-28 avqust (Bakı);

🔹 “Bakı 2026 – Dünya İdman Paytaxtı” seçilməsi ilə əlaqədar olaraq küçə məşqi ("Street workout") – 23 avqust, saat 9:00 (Yasamal parkı).

17/08/2026

✅ Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI: 17-23 avqust

🔹 Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi

- Atletika üzrə 2011-2013-cü il təvəllüdlü oğlan və qızlar arasında Sumqayıt şəhər turniri – 17 avqust, saat 10:00 (Sumqayıt şəhər 30 nömrəli tam orta məktəb);
- Stolüstü tennis üzrə 2013-cü il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında Sumqayıt şəhər turniri - 18 avqust, saat 10:00 (Sumqayıt şəhəri, “Qarabağ” NN stolüstü tennis bazası);
- “Səhər idmanı” layihəsi çərçivəsində səhər gimnastikası - 19 avqust, saat 9:00 (Sumqayıt şəhəri, Nəsimi adına mədəniyyət və istirahət parkı);
- “Gimnastika hamı üçün” layihəsi çərçivəsində səhər idmanı - 19 avqust, saat 9:00 (Xızı rayonu, Giləzi qəsəbə UGİŞM-i);
- “Gimnastika hamı üçün” layihəsi çərçivəsində səhər idmanı - 19 avqust, saat 9:00 (Abşeron rayonu, Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəb);
- “Gimnastika hamı üçün” layihəsi çərçivəsində səhər idmanı - 20 avqust, saat 9:00 (Xırdalan şəhəri, Heydər Əliyev parkı);
- “İdman hamı üçün” layihəsi çərçivəsində kapoeyra üzrə nümunəvi çıxışlar – 21 avqust, saat 9:00 (Xırdalan şəhəri, Heydər Əliyev parkı);
- Həvəskarlar arasında nərd üzrə Sumqayıt şəhər turniri – 21 avqust, saat 10:00 (Sumqayıt şəhəri, Nəsimi adına mədəniyyət və istirahət parkı);
- “İdman hamı üçün” layihəsi çərçivəsində üzgüçülük üzrə 2017-2018-ci il təvəllüdlü oğlan və qızlar arasında Sumqayıt şəhər turniri - 23 avqust, saat 10:00 (Sumqayıt Olimpiya İdman Kompleksi).


🔹 Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi

- "İdman həyətimdə" layihəsi çərçivəsində kütləvi idman tədbiri - 19 avqust, saat 11:00 (İsmayıllı şəhər “Sağlam məhəllə”);
- Həvəskarlar arasında dama üzrə Ağsu rayon turniri - 20 avqust, saat 10:00 (Ağsu rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- Şahmat üzrə uşaq və yeniyetmələr arasında Qobustan rayon turniri - 20-21 avqust, saat 10:00 (Qobustan UGİŞM);
- "İdman hamı üçün" layihəsi çərçivəsində məşqçi-müəllim, idman ustası Qadir Talıbovun rəhbərliyi ilə muaytay üzrə nümunəvi çıxışlar - 21 avqust, saat 16:00 (Şamaxı şəhər Heydər Əliyev parkı);
- Həvəskar komandalar arasında futbol üzrə Ağsu rayon turniri - 22-23 avqust, saat 17:00 (Ağsu rayon N.Vahidov adına Çiyni kənd stadionu).


🔹 Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi

- “Balaca çempionlar” əyləncəli idman oyunları - 18 avqust, saat 11:00 (Göygöl Heydər Əliyev parkı);
- "Sən de, o etsin" adlı əyləncəli idman tədbiri - 20 avqust, saat 18:00 (Naftalan şəhəri Habil Əliyev küçəsi, "Sağlam məhəllə");
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Üzgüçülük hamı üçün" - 21 avqust, saat 15:00 (Samux rayon üzgüçülük hovuzu);
- "Şəhərsalma və Memarlıq İli"nə həsr olunmuş kikboksinq üzrə Göygöl rayon açıq birinciliyi - 23 avqust, saat 10:00 (Göygöl Olimpiya İdman Kompleksi).


🔹 Qarabağ Regional Gənclər və İdman İdarəsi

- Üzgüçülük idman növü üzrə uşaq, yeniyetmə və gənclər arasında rayon turniri – 18 avqust, saat 9:30 (Ağcabədi Olimpiya İdman Kompleksi);
- Beynəlxalq Boks Günü münasibətilə boks idman növü üzrə uşaq, yeniyetmə və gənclər arasında rayon turniri - 20 avqust, saat 14:00 (Tərtər Olimpiya İdman Kompleksi);
- “Səhər idmanı” layihəsi çərçivəsində səhər gimnastikası – 21 avqust, saat 9:00 (Tərtər rayonu, Heydər Əliyev parkı).


🔹 Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi

- “Qazax İdman Paytaxtı-2026" çərçivəsində şəhər sakinlərinin, idmançılar və məşqçi-müəllimlərin iştirakı ilə səhər gimnastikası - 18 avqust, saat 9:00 (Qazax şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkı);
- Uşaq və yeniyetmələr arasında dama üzrə rayon turniri - 18 avqust, saat 10:00 (Ağstafa rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- Səhər gimnastikası - 19 avqust, saat 9:00 (Şəmkir şəhər Bayraq Meydanı);
- Kütləvi bədən tərbiyəsi tədbirləri - 20 avqust, saat 10:00 (Ağstafa şəhər “Sağlam məhəllə” idman zonası);
- “Qazax İdman Paytaxtı-2026" çərçivəsində idman festivalı - 20 avqust, saat 10:00 (Qazax şəhər Mütəfəkkirlər parkı);
- “Rekordu sən de!” kütləvi idman tədbiri - 20 avqust, saat 10:00 (Tovuz şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkı);
- Kütləvi idman tədbiri və nümnəvi çıxışlar - 21 avqust, saat 10:00 (Şəmkir şəhər Bayraq Meydanı);
- Səhər gimnastikası - 22 avqust, saat 9:00 (Gədəbəy şəhər stadionu);
- Vətən müharibəsi şəhidi Təbriz Quliyevin xatirəsinə həsr olunmuş ənənəvi karate (fudokan) üzrə uşaq, yeniyetmə və gənclər arasında açıq turnir - 22 avqust, saat 10:00 (Qazax Olimpiya İdman Kompleksi).


🔹 Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi

- "Gimnastika hamı üçün" layihəsi çərçivəsində uşaq, yeniyetmə və gənclərin iştirakı ilə səhər idmanı - 18 avqust, saat 10:00 (Şabran rayon Bayraq Meydanı);
- "Kütləvi idman tədbirləri" layihəsi çərçivəsində 5-13 yaşlı uşaq və yeniyetmələr arasında "Şən estafetlər" əyləncəli oyunu - 18 avqust, saat 18:30 (Xaçmaz şəhəri, "Nağıl" uşaq istirahət parkı);
- Minifutbol üzrə uşaqlar arasında Şabran rayon turniri - 19-20 avqust, saat 10:00 (Şabran şəhər Bayraq Meydanında yerləşən süni örtüklü minifutbol meydançası);
- “Sağlam həyat” layihəsi çərçivəsində uşaqlar arasında əyləncəli idman tədbiri - 20 avqust, saat 15:00 (Siyəzən Gənclər Evi);
- ⁠"İdman hamı üçün" layihəsi çərçivəsində karate üzrə nümunəvi çıxışlar - 20 avqust, saat 15:00 (Qusar şəhər Terrenkur sağlamlıq cığırı);
- Həvəskarlar arasında kəndirlə mübarizə üzrə Xaçmaz rayon turniri - 20 avqust, saat 18:00 (Xaçmaz şəhəri, Şəxsiyyətlər parkı);
- “Qadınların özünü müdafiəsi təlimi” çərçivəsində cüdo üzrə idman tədbiri - 21 avqust, saat 12:00 (Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksi);
- “60 saniyə rekordu” adlı əyləncəli idman tədbiri - 21 avqust, saat 15:00 (Siyəzən Gənclər Evi);
- "Kütləvi idman tədbirləri" layihəsi çərçivəsində 5-13 yaşlı uşaq və yeniyetmələr arasında uşaqlıq oyunları - 21 avqust, saat 18:30 (Xaçmaz şəhəri, "Nağıl" uşaq istirahət parkı).


🔹 Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi

- "Səhər idmanı" layihəsi çərçivəsində səhər məşqləri - 17 avqust, saat 8:00 (Lənkəran rayon Xəzər dənizinin sahil ərazisi);
- Uşaqlar arasında “Balaca Gimnastlar Festivalı” - 17 avqust, saat 11:00 (Masallı Olimpiya Kompleksi);
- "Səhər idmanı" layihəsi çərçivəsində səhər məşqləri - 18 avqust, saat 8:00 (Astara rayonu, Ümid İdman Kompleksi);
- Uşaqlar arasında əyləncəli idman oyunları - 18 avqust, saat 18:00 (Lənkəran şəhər Sahil parkı);
- Uşaqlar arasında “Sağlam nəsil – güclü gələcək” adlı əyləncəli idman oyunları - 19 avqust, saat 10:00 (Masallı şəhər “Sağlam məhəllə” idman zonası);
- Akrobatika gimnastikası üzrə 31-ci, aerobika gimnastikası üzrə 10-cu ölkə çempionatı – 19-20 avqust, saat 10:30 (Yardımlı İdman Kompleksi);
- Uşaqlar arasında əyləncəli idman oyunları - 19 avqust, saat 17:00 (Lənkəran Yaşayış Kompleksi);
- "Səhər idmanı" layihəsi çərçivəsində səhər məşqləri - 21 avqust, saat 8:00 (Lerik şəhər Heydər Əliyev Meydanı);
- "Səhər idmanı" layihəsi çərçivəsində səhər məşqləri - 21 avqust, saat 8:00 (Cəlilabad şəhər Heydər Əliyev Seyrəngahı);
- Yeniyetmələr arasında üzgüçülük üzrə Lənkəran-Astara region turniri - 21 avqust, saat 11:00 (Lənkəran Olimpiya İdman Kompleksi).


🔹 Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi

- Dövlət qurumlarının əməkdaşları arasında nərd üzrə rayon turniri - 17-20 avqust, saat 16:00 (Zərdab rayon Həsən bəy Zərdabi parkı);
- "Səhər idmanı" layihəsi çərçivəsində kütləvi idman tədbiri - 18 avqust, saat 9:00 (Ucar rayonunda yerləşən “Sağlam məhəllə”);
- "Rekordu sən de" layihəsi çərçivəsində kütləvi idman tədbiri - 18 avqust, saat 18:00 (Yevlax rayon Qarxunlu Əşrəfbəy küçəsi, "Sağlam məhəllə");
- Uşaqlar arasında minifutbol üzrə rayon turniri - 19 avqust, saat 10:00 (Ağdaş rayon stadionu);
- "Rekordu sən de" layihəsi çərçivəsində kütləvi idman tədbiri - 19 avqust, saat 19:00 (Göyçay mərkəzi stadionu).


🔹 Mil-Muğan Regional Gənclər və İdman İdarəsi

- Yeniyetmələr arasında üzgüçülük üzrə rayon turniri - 18 avqust, saat 12:00 (Saatlı Olimpiya İdman Kompleksi);
- Nərd üzrə rayon turniri - 19 avqust, saat 15:00 (Beyləqan şəhəri, Mücrəddin Beyləqani parkı);
- Gənclər arasında qol güləşi üzrə rayon turniri - 20 avqust, saat 11:00 (Sabirabad şəhəri, Sabir bağı);
- Böyüklər arasında bilyard üzrə rayon turniri - 20 avqust, saat 11:00 (İmişli Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Şən startlar" əyləncəli idman oyunu - 21 avqust, saat 11:00 (Sabirabad şəhəri, 1 nömrəli uşaq bağçası).


🔹 Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi

- Həvəskarlar arasında futbol üzrə rayon turniri - 10-31 avqust, saat 18:30 (Qax rayonu, Qaxbaş kənd stadionu);
- "Rekordu sən de!" adlı kütləvi idman tədbiri - 17 avqust, saat 10:00 (Qax rayonu, Qaxbaş kənd stadionu);
- "İdman həyətimdə" adlı kütləvi idman tədbiri - 18 avqust, saat 10:00 (Zaqatala rayonu, “Sağlam məhəllə”);
- "60 saniyə rekordu" adlı kütləvi idman tədbiri - 19 avqust, saat 10:00 (Balakən Olimpiya İdman Kompleksi);
- Həvəskarlar arasında qol güləşi üzrə rayon turniri - 19 avqust, saat 17:00 (Zaqatala rayonu, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı);
- Uşaqlar arasında əyləncəli idman tədbiri - 20 avqust, saat 10:00 (Oğuz rayonu, Həbib Babayev adına 1 nömrəli tam orta məktəb);
- "Rekordu sən de!" adlı kütləvi idman tədbiri - 21 avqust, saat 10:00 (Şəki şəhəri, 12 nömrəli tam orta məktəb);
- Yeniyetmələr arasında üzgüçülük üzrə rayon turniri - 21 avqust, saat 15:00 (Oğuz Olimpiya İdman Kompleksi).


🔹 Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi

- “Səhər idmanı” layihəsi çərçivəsində səhər gimnastikası - 18 avqust, saat 9:00 (Qubadlı rayonu. Abşeron rayonu. St.Sumqayıt qəsəbəsi);
- İdarə, müəssisə və təşkilat əməkdaşları arasında stolüstü tennis üzrə rayon turniri - 19 avqust, saat 10:00 (Kəlbəcər rayonu. Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Əziz Əliyev adına istirahət parkı);
- Mas-reslinq üzrə rayon turniri - 20 avqust, saat 10:00 (Cəbrayıl rayonu. Biləsuvar rayonu, 2 saylı Cəbrayıl qəsəbəsi, Minbaşılı kənd tam orta məktəbi);
- İdarə, müəssisə, təşkilat əməkdaşları və həvəskarlar arasında güllə atıcılığı üzrə rayon turniri - 21 avqust, saat 10:00 (Qubadlı rayonu. Sumqayıt Paralimpiya İdman Kompleksi).


🔹 Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi

- "İdman həyətimdə" layihəsi çərçivəsində açıq hava idman məşqləri - 19 avqust, saat 19:00 (Salyan şəhər "Sağlam məhəllə" idman zonası);
- Kütləvi idman tədbirləri layihəsi çərçivəsində bütün yaş qrupları arasında tədbirlər (60 saniyə rekordu) – 20 avqust, saat 10:00 (Neftçala Olimpiya Kompleksi);
- "İdman həyətimdə" layihəsi çərçivəsində açıq hava idman məşqləri – 20 avqust, saat 17:00 (Biləsuvar şəhər “Sağlam məhəllə” idman zonası);
- "Səhər idmanı" layihəsi çərçivəsində səhər gimnastikası - 21 avqust, saat 9:00 (Salyan regional "ASAN xidmət" mərkəzi yanında park).

Photos from Ilham Aliyev's post 17/08/2026

@топовые поклонники

Photos from Azərbaycan Savat Federasiyasi's post 16/08/2026

16 avqust 2026-cı il tarixində Azərbaycan Savat Federasiyası və İrəvan İdman Klubunun birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin tövsiyəsi ilə 2026-cı il üçün Azərbaycanın İdman Paytaxtı seçilmiş Qazax şəhərində Qazax Olimpiya İdman Kompleksində Savate idman növü üzrə seminar və nümunəvi çıxışlar keçirilmişdir.

Tədbirdə şəhər və rayonlardan 100-ə yaxın idmançı iştirak etmişdir. Seminar zamanı iştirakçılara savate idman növünün qaydaları, texniki və taktiki hazırlıq, yarış prosesi və hakimlik qaydaları barədə nəzəri və praktiki məlumatlar verilmişdir.

Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir. Ardınca idmançılar arasında Savate idman növü üzrə nümunəvi çıxışlar olub.

Tədbirin keçirilməsində əsas məqsəd bölgələrdə idmanın inkişaf etdirilməsi, gənc idmançıların peşəkarlıq səviyyəsinin artırılması, onların yarış təcrübəsinin zənginləşdirilməsi və yeni istedadların üzə çıxarılması olmuşdur.

Keçirilən seminar və açıq turnir Qazax şəhərində Savate idman növü ilə məşğul olan idmançıların inkişafına mühüm töhfə vermişdir.

Photos from Azərbaycan Savat Federasiyasi's post 06/07/2026

06.07.2026-cı il tarixində Gənclər və İdman Naziri cənab Fərid Qayıbov iyun ayı ərzində ölkəmizi müxtəlif beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında uğurla təmsil etmiş idmançılar və məşqçilərlə görüş keçirdi.
Görüşdə Azərbaycan Savat Federasiyasının Avropa çempionatında iştirak etmiş gənclərdən ibarət milli komandası da iştirak edərək ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməyin qürurunu paylaşdı.

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Baku.
Baku
1052