Düz atdınsa, dəstək səninlədir, qaçırdınsa, volanlar səninlədir.😅🏸
•
Hit it right, and the support is on your side. Miss it, and the shuttlecocks are on your side. 😅🏸
Azerbaijan Badminton Federation
Azərbaycan Badminton Federasiyası — Azərbaycanda badmintona nəzarət edən rəsmi qurum Azərbaycan Badminton Federasiyası
Bəzi anlar sadəcə bir kadr deyil, bir hissdir. 🏸
Badmintonun sürəti, hərəkəti və oyunun yaratdığı dinamika həmin anı daha da xüsusi edir.
•
Some moments are more than just a frame they’re a feeling. 🏸
The speed, movement, and dynamic energy of badminton make every moment even more special.
🏸 Azerbaijan Junior Open 2026 turnirində həyəcan və mübarizə bir arada!
9 ölkədən 64 yeniyetmə və gənc badmintonçu Bakıda bir araya gəldi, hər xal uğrunda mübarizə apardı və öz gücünü göstərdi.
Bu turnirdən geriyə isə rəqabət, dostluq, yeni təcrübələr və unudulmaz anlar qaldı. 🏸✨
•
🏸 Azerbaijan Junior Open 2026 brought together excitement and fierce competition!
64 junior and young badminton players from 9 countries came together in Baku, battled for every point, and showcased their skills and determination.
The tournament left behind unforgettable moments of competition, friendship, new experiences, and memories to cherish. 🏸✨
Azərbaycanda keçirilən “Junior Open 2026” turnirində iştirakçılar yarışın təşkilatçılığı, atmosferi və Bakı ilə bağlı ümumi təəssüratlarını bizimlə bölüşdülər. 🏸
At the “Junior Open 2026” tournament held in Azerbaijan, participants shared their impressions of the organization, atmosphere, and overall experience in Baku with us. 🏸
16/08/2026
“Azerbaijan Junior Open 2026” beynəlxalq turnirinin bütün medalçılarını təbrik edirik!🏸
•
Congratulations to all the medalists of the “Azerbaijan Junior Open 2026” international tournament! 🏸
16/08/2026
🏸 “Azerbaijan Junior Open 2026” beynəlxalq turnirinə yekun vurulub!
BWF — Badminton World Federation
Badminton Europe
Ölkəmizdə ilk dəfə badminton üzrə “Junior International Series” kateqoriyasında keçirilən “Azerbaijan Junior Open 2026” beynəlxalq turniri başa çatıb.
Azərbaycan, Türkiyə, Hindistan, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İran, Özbəkistan, Gürcüstan və Tacikistanı təmsil edən ümumilikdə 64 yeniyetmə və gənc badmintonçunun iştirak etdiyi yarışda 5 kateqoriya üzrə qaliblər müəyyənləşib.
🇦🇿 Azərbaycan badmintonçuları turniri uğurlu nəticələrlə başa vurublar.
🥇 Kişilərin qoşa yarışında Ülvi Hüseynov – Əmirxan İmanov tandemi finalda ABŞ təmsilçilərinə 2:0 (21:16, 23:21) hesabı ilə qalib gələrək turnirin qızıl medalını qazanıb.
🥈 Qadınların qoşa yarışında Leyla Camalzadə – Yağmur Quliyeva tandemi, kişilərin şəxsi yarışında isə Ülvi Hüseynov final mərhələsini ikinci pillədə başa vuraraq gümüş medala layiq görülüb.
🥉 Qarışıq qoşa yarışında Əmirxan İmanov – Yağmur Quliyeva tandemi bürünc medal qazanıb.
Turnirin ümumi mükafat fondu 5 000 ABŞ dolları (8 500 manat) təşkil edib.
🌍 Dünya Badminton Federasiyasının (BWF) rəsmi təqvim planına daxil olan “Azerbaijan Junior Open 2026” turnirinin keçirilməsində əsas məqsəd yeniyetmə və gənc badmintonçularımızın beynəlxalq yarış təcrübəsinin artırılması, onların peşəkar inkişafına dəstək göstərilməsi və milli komandada rəqabət mühitinin daha da gücləndirilməsidir.
Azərbaycan badmintonçularını qazandıqları medallar münasibətilə təbrik edir, qarşıdakı yarışlarda uğurlar arzulayırıq! 🇦🇿🏸
Badmintonda hər zərbənin öz səsi, hər rallinin öz ritmi var. 🏸
Onu həm izləmək, həm də, dinləmək lazımdır. 🎧
•
In badminton, every shot has its own sound, and every rally has its own rhythm. 🏸
You have to watch it and listen to it. 🎧
14/08/2026
Bakıda 19 yaşadək gənc və yeniyetmə badmintonçular arasında “Azerbaijan Junior Open 2026” beynəlxalq turnirinə start verilib.
Yarışda Azərbaycan da daxil olmaqla 9 ölkədən 64 badmintonçu 5 kateqoriya üzrə mükafatlar uğrunda mübarizə aparır.
Azərbaycan turnirdə 22 badmintonçu ilə təmsil olunur. Yarışın digər iştirakçıları Türkiyə, Özbəkistan, Gürcüstan, İran, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Hindistan və Tacikistan təmsilçiləridir.
Turnir çərçivəsində badmintonçular oğlan və qızların şəxsi, qoşa, eləcə də qarışıq qoşa kateqoriyalarında qüvvələrini sınayırlar.
“Azerbaijan Junior Open 2026” ölkəmizdə ilk dəfə “Junior International Series” kateqoriyasında təşkil olunan yarışdır.
Yarışa avqustun 16-da keçiriləcək final qarşılaşmaları ilə yekun vurulacaq.
•
The international badminton tournament “Azerbaijan Junior Open 2026” for young and junior badminton players under the age of 19 has started in Baku.
A total of 64 badminton players from 9 countries, including Azerbaijan, are competing for medals in 5 categories.
Azerbaijan is represented by 22 badminton players. The other participating countries are Türkiye, Uzbekistan, Georgia, Iran, the United Arab Emirates, the USA, India, and Tajikistan.
As part of the tournament, badminton players are competing in the boys’ and girls’ singles, doubles, and mixed doubles categories.
The “Azerbaijan Junior Open 2026” is the first tournament in the “Junior International Series” category to be held in Azerbaijan.
The tournament will conclude with the final matches on August 16.
11/08/2026
Diqqətlə baxın, növbəti kadr sizi təəccübləndirəcək. 👀✨
Watch closely, the next shot will surprise you. 👀✨
Kortdakı ən çətin rəqib!💡
Badminton oynayanlar bunu çox yaxşı anlayır. ☺️🏸
The toughest opponent on the court! 💡
Anyone who plays badminton knows this all too well. ☺️🏸
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Website
Address
Bakıxanov Küç. , 6, Bridge Plaza
Baku
AZ1065