Bakı 2015 Avropa Oyunları (ing. 2015 European Games) — 2015-ci ilin iyununda, Azərbaycanın paytaxtı - Bakıda keçirilməsi planlaşdırılan
Bakı 2015 Avropa Oyunları (ing. 2015 European Games) — 2015-ci ilin iyununda, Azərbaycanın paytaxtı - Bakıda keçirilməsi planlaşdırılan, bir çox innovativ idman növünü özündə cəmləşdirən ilk Avropa oyunlarıdır. Oyunlar Avropanın 50 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir. 12-28 iyun tarixləri arasında keçiriləcək Oyunlarda 50 ölkədən 20 idman növü ü
zrə 6000-dən çox idmançının yarışacağı gözlənilir.
Şəhər seçimi
Tarixdə ilk Avropa Oyunlarının keçirilməsi barədə qərar 8 dekabr 2012-ci il tarixində, Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib. Avropa Oyunlarının hər dörd ildə bir keçirilməsi planlaşdırılır, növbəti Oyunlar 2019-cu ildə baş tutacaq. Baş Assambleya iştirakçıları arasında keçirilmiş gizli səsvermə nəticəsində 48 səsdən 38 səs ilə (əleyhinə 8 səs, bitərəf 2 səs) ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edilmişdir. Ermənistan nümayəndələri səsvermədə iştirakdan imtina ediblər. Təşkilat
Bakıda keçiriləcək birinci Avropa Oyunlarından məsul olan Təşkilat Komitəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə qurulmuşdur. Komitəyə Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sədrlik edir. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) Təşkilat Komitəsinin sədrinin qərarı ilə yaradılmışdır. BAOƏK-in baş icraçı direktoru gənclər və idman naziri cənab Azad Rəhimov və baş əməliyyat direktoru cənab Saymon Kleqdir. Hazırlıq
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş direktoru cənab Saymon Kleq 8 oktyabr 2014 tarixində Avropa Oyunlarına hazırlıq işlərinin təyin olunmuş vaxtda tamamlanacağı barədə bəyanat vermişdir.Səhifənin mətni.
İdman Obyektləri
Avropa Oyunları üçün 4 obyekt qrupu üzrə 18 yarış obyekti mövcuddur. Daimi idman obyeklərinin sayı 12-dir. Onlardan beşi- Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və Olimpiya Stadionu yeni inşa edilmişlərdir. Həmçinin Su Polosu Arenası, Çimərlik Arenası, Basketbol Arenası, Dağ Velosipedi Veloparkı, eyni zamanda Triatlon və Velosiped yarışları üçün nəzərdə tutulmuş altı müvəqqəti idman obyekti də yaradılmışdır. Olympic Village|Atletlər Kəndi Bakının Nizami rayonunda yerləşir. Atletlər kəndi 13 binadan, üç və dörd otaqlı 16 müxtəlif növ mənzildən ibarətdir. Daha ətraflı Məlumat http://az.wikipedia.org/wiki/2015_Avropa_Oyunlar%C4%B1